Movses Akopyan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Movses Akopyan
erm. Մովսես Հրանտի Հակոբյան
Ermənistanın Baş Qərargah rəisi[d]
3 oktyabr 2016 – 24 may 2018
ƏvvəlkiYuri Xaçaturov
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri[d]
11 may 2007 – 15 iyun 2015
ƏvvəlkiSeyran Ohanyan
SonrakıLevon Mnatsakanyan
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1965(1965-02-04) (59 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Mexanikləşdirilmiş piyada
Döyüşlər
Rütbəsi general-leytenant

Təltifləri "Qırmızı ulduz" ordeni "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Vartan Mamikonyan" ordeni 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "Marşal Baqramyan" medalı "Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı "Beynəmiləlçi-döyüşçüyə" döş nişanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Movses Qrantoviç Akopyan (erm. Մովսես Հակոբյան; 4 fevral 1965, Çartar, DQMV) — Ermənistan hərbi komandiri, general-polkovnik (2017), Xocalı soyqırımını törədənlərdən biri. O, 2007– 2015-ci illərdə tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) müdafiə naziri, 3 sentyabr 2016-cı ildən 24 may 2018-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuşdur.

Həyatı

Movses Qrantoviç Akopyan 4 fevral 1965-ci ildə Azərbaycan SSR-nin Martuni rayonu tərkibində olan Çartar kəndində anadan olmuşdur. O. 1982-ci ildə Çartar kəndindəki orta məktəbi bitirmiş və həmin il Qazaxıstan SSR-də Sovet İttifaqı Marşalı İ. S. Konyev adına Almatı Ali Ümumqoşun Komandirlər Məktəbinə motoatıcı taqım komandiri ixtisası üzrə daxil olmuşdur. 1986-cı ildə məzun olmuşdur.

1986–1987-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Ermənistan SSR-nin Kirovakan şəhərindəki 15-ci motoatıcı diviziyasının 353-cü motoatıcı alayında taqım komandiri vəzifəsində çalışmışdır.[1] 19871988-ci illərdə Bədəxşan vilayətinin Feyzabad şəhərində Türküstan Hərbi Dairəsinin tərkibində SQƏMK-nin 860-cı ayrı-ayrı motoatıcı alayının 5-ci motoatıcı rotasının komandir müavini olmuşdur.[2]

1988-ci ildə Xankəndi şəhərində dislokasiya olunmuş Zaqafqaziya Hərbi Dairəsinin 23-cü Qvardiya motoatıcı diviziyasının 366-cı motoatıcı alayına ezam olunmuş, 1992-ci ilin mart ayına qədər burada motoatıcı taqım komandiri, sonra rota komandiri vəzifələrində xidmət etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Xocalı soyqırımının təşkilatçılarından biridir.[3]

19931998-ci illərdə Xocavənd 2-ci müdafiə bölgəsinin komandiri, 1998–1999-cu illərdə Əsgəran müdafiə bölgəsinin komandiri olmuşdur. 19992000-ci illərdə DQR Müdafiə Ordusu komandanının döyüş hazırlığı üzrə müavini vəzifəsində çalışmışdır. 20002001-ci illərdə DQR Müdafiə Ordusu komandanının birinci müavini olmuşdur. 14 mart 2000-ci ildə ona general-mayor hərbi rütbəsi verilmişdir.[4]

24 iyul 2002-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra Ermənistan müdafiə nazirinin müşaviri, 2003-cü ilin iyulundan isə DQR Müdafiə Ordusu komandanının birinci müavini, qərargah rəisi vəzifəsinə təyin edilmişdir. 11 may 2007-ci ildə tanınmamış DQR prezidenti Arkadi Qukasyanın fərmanı ilə müdafiə naziri və DQR Müdafiə Ordusunun komandanı təyin edilmişdir. 25 may 2007-ci ildə ona general-leytenant hərbi rütbəsi verilmişdir.[4] 15 iyun 2015-ci ildə Ermənistan Prezidenti Serj Sarkisyanın fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilmişdir. 20 may 2016-cı ildə Ermənistan prezidentinin fərmanı Ermənistan müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilmişdir. 3 oktyabr 2016-cı ildə Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Movses Akopyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmişdir. 24 may 2018-ci ildə vəzifədən azad edilmişdir.

30 dekabr 2017-ci ildə ona general-polkovnik hərbi rütbəsi verilmişdir.[5]

Mükafatları

  • Qırmızı Ulduz ordeni
  • Qondarma Dağlıq Qarabağ Respublikasının 1-ci dərəcəli "Döyüş xaçı" ordeni
  • Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni
  • 2 sentyabr 2002-ci ildə "Artsax Qəhrəmanı"
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2015)
  • 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" medalı
  • Müqəddəs Vardan Mamikonyan ordeni
  • bir sıra digər dövlət medalları

İstinadlar

  1. Феськов В.И., Голиков В.И., Калашников К.А., Слугин С.А. «Вооруженные Силы СССР после Второй мировой войны: от Красной Армии к Советской. Часть 1: Сухопутные войска». Томск: Издательство Томского университета. 2013. 533. ISBN 978-5-89503-530-6.
  2. "Бешкарев Александр Иванович. «Афганистан. 860 омсп. Файзабад»". 2016-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.
  3. "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  4. 1 2 "Биография Акопяна Мовсеса Грантовича на сайте Министерства обороны Армении". 2016-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.
  5. "Указ Президента РА". 2018-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.

Xarici keçidlər