Razim Məmmədov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Razim Məmmədov
bayraq
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
26 sentyabr 2006 – 13 dekabr 2018
Əvvəlkiİbrahim Mehdiyev
SonrakıRafiq Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1966(1966-06-21) (57 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Razim Məmmədov (21 iyun 1966, Ağdü, Sisian rayonu) – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018).

Həyatı

Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[1]

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-06.