Yemiş milçəyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yemiş milçəyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yemiş milçəyi
Beynəlxalq elmi adı
  • Myiopardalis pardalina

Yemiş milçəyi (lat. Myiopardalis pardalina) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin əlvanqanadlılar fəsiləsinə aid bir növ.

Ümumi xassələri

Yetkin milçəklər sarı rənglidir və kürək hissəsində parlaq qara ləkələr var. Qanadları üzərindən üç sarı zolaq gedir. Uzunluğu 5,5–6,5 mm-dir. Yumurtası uzunsov və parlaq olub, süd rəngindədir. Böyüklüyü 1 mm-dir. Sürfəsi rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir. Yalançı baramaları sarı-qonur rəngli olub, uzunluğu 7–8 mm-dir.[1]

Həyat tərzi

Dişi milçəklər pupdan uçduqdan 5 gün sonra yumurta qoymağa başlayır. Bir milçək ömrü boyu 25-ə qədər yumurta qoyur. 2–7 gündən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. İnkişafını bitirən sürfələr puplaşır. 13–20 gündən sonra baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır.[2]

Yayılması

Aralıq dənizi, Asiya, Qafqazda,[3] Ermənistan, Gürcüstan, Azərbaycan, Kipr, Qazaxıstanda,[4] Qırğızıstan, Livan, Rusiyanın cənubu, Tacikistan, Türkiyə, Türkmənistan[5], Ukrayna, Özbəkistan, Əfqanıstan, Hindistan, İran, İraq, Pakistan, Suriya[5].Azərbaycanda yemiş əkilən rayonlarında yemiş milçəyi geniş yayılmaqla onun ən təhlükəli zərərvericisidir.

İstinadlar

  1. S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.
  2. N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
  3. Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969–1978.
  4. "Дынная муха — враг № 1". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30.
  5. "Myiopardalis pardalina (Diptera: Tephritidae)". 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.

Xarici keçidlər

Həmçinin bax