Yemiş milçəyi (lat. Myiopardalis pardalina) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin əlvanqanadlılar fəsiləsinə aid bir növ.
Yemiş milçəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Yemiş milçəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yetkin milçəklər sarı rənglidir və kürək hissəsində parlaq qara ləkələr var. Qanadları üzərindən üç sarı zolaq gedir. Uzunluğu 5,5–6,5 mm-dir. Yumurtası uzunsov və parlaq olub, süd rəngindədir. Böyüklüyü 1 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir. Yalançı baramaları sarı-qonur rəngli olub, uzunluğu 7–8 mm-dir.[1]
Dişi milçəklər pupdan uçduqdan 5 gün sonra yumurta qoymağa başlayır. Bir milçək ömrü boyu 25-ə qədər yumurta qoyur. 2–7 gündən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. İnkişafını bitirən sürfələr puplaşır. 13–20 gündən sonra baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır.[2]
Aralıq dənizi, Asiya, Qafqazda,[3] Ermənistan, Gürcüstan, Azərbaycan, Kipr, Qazaxıstanda,[4] Qırğızıstan, Livan, Rusiyanın cənubu, Tacikistan, Türkiyə, Türkmənistan[5], Ukrayna, Özbəkistan, Əfqanıstan, Hindistan, İran, İraq, Pakistan, Suriya[5].Azərbaycanda yemiş əkilən rayonlarında yemiş milçəyi geniş yayılmaqla onun ən təhlükəli zərərvericisidir.