Yusif Sevdimalıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yusif Sevdimalıyev
bayraq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
2 iyul 1992 – 12 sentyabr 1993
ƏvvəlkiEldar İsmayılov
SonrakıŞakir Abuşov
Şəxsi məlumatlar
Doğum tarixi 8 yanvar 1951(1951-01-08) (73 yaş)
Doğum yeri
Təhsili

Yusif Məmmədəli (Yusif Məmmədəli oğlu Sevdimalıyev; 8 yanvar 1951, Çaykənd, Krasnoselsk rayonu) — Sumqayıt şəhər İcra hakimiyyətinin keçmiş başçısı, Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri.

Həyatı

Yusif Sevdimalıyev 1951-ci il yanvarın 8-də Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Universitetdə müəllim, Azərbaycan Sənaye İnstitutunda assistent, baş müəllim, dosent işləyib. 1984-cü ildən 1992-ci ilədək kafedra müdiri olub. Fizika-riyaziyyat elmləri namizədidir. 60-a yaxın elmi məqaləsi nəşr olunub.

1958–1964-cü illərdə Çaykənd kəndində, 1964–1966-cı illərdə Azərbaycan Respblikasının Qazax şəhərində, 1966–1968-ci illərdə isə Bakı şəhəri fizika- riyaziyyat təmayüllü 1 saylı internat məktəbində oxuyub. Əliyevin dövrünə təsadüf edib. Belə ki, Heydər Əliyev Yusif Sevdimalıyevi 12 sentyabr 1993-cü il tarixli sərəncamı ilə vəzifədən azad edib. Əvəzində isə Şakir Zəkəriyyə oğlu Abuşov təyin edilib.[1]

  • 1977–1993 cü ilədək SDU-da (keçmiş Sumqayıt ATTM) işləyib.
  • 1992-ci ilin iyunundan 1993-cü ilin noyabrına qədər Sumqayıt şəhər İH-də işləyib.
  • 1994–2014 cü ilədək ARDNŞ-ın "Neftqazelmitədqiqatlayihə" institutunda işləyib.
  • 2000-ci ildən BDU-da saathesabı qaydada dərs aparmış, 2012-ci ildən etibarən isə yarımştat dosent əvəzi olmuşdur.
  • 2015-ci ildən tam ştatla BDU-da dosent vəzifəsinə seçilmişdir.
  • 2016-cı ilin yanvarından Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiridir.[2]

Ailəsi

Ailəlidir, iki övladı var.

Təhsili və elmi nailiyyətləri

  • 1968–1973 tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti
  • 1973–1976 dissertant, Bakı Dövlət Universiteti
  • 1982-ci il f.-r.e.n."Qeyri xətti ani elastiki deformasiyanın sürüncəklik deformasiyasında nazik divarlı konstruksiya elementlərinin yükdaşıma qabiliyyətinə təsiri" Azərbaycan Dövlət Universiteti, Bakı şəhəri
  • 1989-cu il Mexanika kafedrası üzrə dosent

Əmək fəaliyyəti

  • 2016-dan kafedra müdiri,Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
  • 2015–2016, dosent, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
  • 2014-mühəndis,Praktikal salyuşn Qrup MMC
  • 1994–2014, böyük elmi işçi, laboratoriya müdiri, aparıcı elmi işçi Neftqazelmitədqiqatlayihə institutu, ARDNŞ
  • 1992–1993 Sumqayıt şəhər İH
  • 1977–1993, assistent, baş müəllim, dosent, kafedra müdiri, Mexanika kafedrası , SDU (keçmiş Sumqayıt ATTM)
  • 1973–1977, mühəndis, baş laborant, laboratoriya müdiri, Nəzəri mexanika kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
  • 1973 — Təhsil Nazirliyinin təyinatı, Nəzəri mexanika kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
  • 57 elmi məqalənin və 3 metodik işin müəllifi, ARDNŞ-in 16 indeksləndirilmiş elmi-tədqiqat müqavilələri üzrə hesabat işlərinin rəhbəri və məsul icraçısı .
  • 3 elmlər namizədi yetişdirmişdir[2]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  2. 1 2 "Yusif Sevdimalıyev". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.