Vaqif Əliyev (siyasətçi)

Vaqif Qədir oğlu Əliyev (17 iyun 1953, Naxçıvan MSSR) — Azərbaycan dövlət xadimi, Mədəniyyət nazirinin birinci müavini(2018–2023), fizika-riyaziyyat elmləri namizədi.

Vaqif Əliyev
bayraq
Azərbaycan Respublikası mədəniyyət nazirinin I müavini
bayraq2
18 may 2018 – 01 mart 2023
bayraq
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin I müavini
bayraq2
18 fevral 2011 – 20 aprel 2018
bayraq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
18 aprel 2003 – 18 fevral 2011
ƏvvəlkiTəvəkkül Məmmədov
SonrakıEldar Əzizov
bayraq
Azərbaycan Respublikası gənclər və idman nazirinin I müavini
bayraq2
26 iyul 1994 – 18 aprel 2003
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1953(1953-06-17) (71 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni

Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1975–1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988–1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.

1994–2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir.

2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Fizika-riyaziyyat elmləri namizədidir (1980).

Yeni Azərbaycan Partiyası yaranan gündən — 1992-ci il 21 noyabr ayında keçirilən təsis konfransından partiyanın İdarə Heyətinin üzvüdür.[1]

2023-cü il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

  1. "Arxivlənmiş surət". 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.