Ketlin Osmond
Ketlin Osmond | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Kaetlyn Osmond | ||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Ketlin Osmond | |||||||||||||||||||||||||
Vətəndaşlığı | Kanada | |||||||||||||||||||||||||
Doğum tarixi | 5 dekabr 1995[1] (29 yaş) | |||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||
Boyu | 165 sm. (5 ft 5 in) | |||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | |||||||||||||||||||||||||
Karyera illəri | 1998—2018 | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ketlin Osmond (5 dekabr 1995[1], Meristoun[d], Nyufaundlend və Labrador) — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həm də 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub.
Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub.
Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub.
Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond 1995-ci il noyabrın 5-də Nyufaundlend və Labrador əyalətinin Meristoun şəhərində anadan olub. Üç yaşından idmanla məşğul olmağa başlayan Ketlin Osmond 2008–2009-cu illər mövsümündə uşaqlar arasında Kanada Çempionatının qalibi olub.
"Ice Palace FSC"-də məşq edən Ketlin Osmondun məşqçisi Ravi Valiyadır. Məhz onun məşqçiyi altında Ketlin Osmond ciddi uğurlara imza atıb.
Karyerası
[redaktə | mənbəni redaktə et]2009–2010-cu illər: Gənclərin Kanada Çempionatında bürünc medal
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond 2010-cu ilin 10–18 yanvarında Onratio əyalətinin London şəhərində baş tutan gənclər arasında Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 42.32 balla beşinci pillənin sahibi olan Ketlin Osmond sərbəst proqramda 72.30 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 114.62 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və gənclər arasında Kanada Çempionatının bürünc medalına sahib oldu.
2010–2011-ci illər: Gənclərin Qran-Prisində debüt
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond 2010–2011-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri yarışının Yaponiya və Çexiya mərhələlərində mübarizə apardı. Əvvəl o, 22–26 sentyabrda Yaponiyanın Karuizava şəhərində baş tutan gənclər arasında ISU Yaponiya Qran-Prisində mübarizə apardı.[2] Ketlin Osmond qısa proqramda 40.78 balla 9-cu, sərbəst proqramda isə 70.94 balla 8-ci pillənin sahibi oldu.[3][4] Bununla da o, ümumi nəticədə 111.72 balla ISU Yaponiya Qran-Prisini onuncu pillədə başa vurdu.[2]
Daha sonra isə Ketlin Osmond Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Çexiya Qran-Prisində mübarizə apardı.[5] O, qısa proqramda 38.96 balla 11-ci, sərbəst proqramda isə 72.94 balla 7-ci pillənin sahibi oldu.[6][7] Bu minvalla da Ketlin Osmond, ümumi nəticədə 111.90 balla ISU Çexiya Qran-Prisini də onuncu pillədə başa vurdu.[5]
Ketlin Osmond, 2011-ci il 16–24 yanvarında Britaniya Kolumbiyası əyalətində baş tutan gənclər arasında Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 5-ci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 8-ci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 108.16 balla 18 idmançı sırasında altıncı pillənin sahibi oldu.
2011–2012-ci illər: Kanada Çempionatında bürünc medal
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond, 2012-ci il 16–22 yanvarında Monston şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 56.94 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 98.54 balla dördüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 155.48 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Kanada Çempionatının bürünc medalına sahib oldu.
26 fevral-4 martda Belarusun ev sahibliyində gənclər arasında Dünya Çempionatı baş tutdu.[8] Ketlin Osmond, qısa proqramda 50.15 balla doqquzuncu, sərbəst proqramda isə 96.10 balla onuncu pillənin sahibi oldu.[9][10] Bu minvalla da o, gənclər arasında Dünya Çempionatını ümumi nəticədə 146.25 balla 54 idmançı sırasında doqquzuncu pillədə başa vurdu.[8]
2012–2013-cü illər: Kanada çempionluğu
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond 2012-ci ilin 26–30 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı.[11] Qısa proqramda 55.68 balla 2-ci, sərbəst proqramda isə 114.52 balla 1-ci pillənin sahibi olan Ketlin Osmond ümumi nəticədə 170.20 balla 22 idmançı sırasında birinci pillənin sahibi oldu və "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.[11][12][13]
Daha sonra o, Kanadanın Vindzor şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı.[14] Qısa proqramda 60.56 balla, sərbəst proqramda isə 115.90 balla 2-ci pillələrin sahibi olan Ketlin Osmond ümumi nəticədə 176.46 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və ISU Kanadan Qran-Prisinin qızıl medalına sahib oldu.[14][15][16]
Ketlin Osmond 2013-cü ilin 12–20 yanvarında Ontario əyalətinin Mississoqa şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.04 balla birinci pillənin sahibi olan Ketlin Osmond sərbəst proqramda 132.30 balla birinci pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 202.34 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və birinci dəfə Kanada Çempionatının qalibi oldu.
2013-cü ilin 8–12 fevralında Yaponiyanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu.[17] Ketlin Osmond qısa proqramda 56.22 balla 8-ci, sərbəst proqramda isə 104.16 balla 7-ci pillənin sahibi oldu. Bununla da Ketlin Osmond ümumi nəticədə 160.38 balla Dörd Qitə Çempionatını yeddinci pillədə başa vurdu.[17][18][19]
Mövsümün əsas yarışı – 10–18 martda Kanadanın London şəhərində baş tutan Dünya Çempionatı idi.[20] Dünya Çempionatlarında debüt edən Ketlin Osmond, qısa proqramda 64.74 balla dördüncü, sərbəst proqramda isə 112.10 balla onuncu pillənin sahibi oldu.[21][22] Bununla da Ketlin Osmond, ümumi nəticədə 176.84 balla 35 idmançı sırasında 8-ci pillənin sahibi oldu.[20]
2013–2014-cü illər: Soçi Olimpiadasında gümüş medal
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond, 2013–2014-cü illər mövsümündə ISU Qran-Pri yarışının Kanada və Rusiya mərhələlərində mübarizə aparmalı idi. Əvvəl o, Kanadanın Sent-Con şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apardı.[23] Ketlin Osmond, qısa proqramda 60.35 balla beşinci pillənin sahibi oldu.[24] Sərbəst proqramda isə o, zədə səbəbilə mübarizə apara bilmədi.[25] Bununla da Ketlin Osmond, ISU Kanada Qran-Prisində mübarizəni dayandırdı.[23] O, həm də 22–24 noyabrda baş tutan ISU Rusiya Qran-Prisində də mübarizə apara bilmədi.
Zədədən sonra Ketlin Osmond, 2014-cü il 8–15 yanvarında Ontario əyalətinin Ottava şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.30 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 136.94 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 207.24 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və növbəti dəfə Kanada Çempionatının qalibi oldu. O, həm də 2014-cü ilin fevral ayında baş tutan Soçi Olimpiadasına da vəsiqə qazandı.
2014-cü il Soçi Olimpiadası
[redaktə | mənbəni redaktə et]2014-cü ilin 6–24 fevralında Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu.[26] Ketlin Osmond, Soçi Olimpiadasında mübarizə aparacaq Kanada yığmasının heyətinə cəlb edildi.[26] Komandaların yarışı 6–8 fevralda, fərdi idmançıların yarışı isə 18–20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Aysberq" Buz İdman Sarayında baş tutdu.[26]
Fevralın 6-da baş tutan yarışda Patris Çen mübarizə apardı və 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu.[26] Bununla da o, Kanada yığmasına 8 bal qazandırdı.[26] Həmin gün cütlərin yarışında mübarizə aparan Meqan Duhamel və Eri Radford cütlüyü isə 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[26] Fevralın 8-də baş tutan yarışda isə Vertyu və Moir cütlüyü 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[26] Həmin gün qadınların yarışında mübarizə aparan Ketlin Osmond isə 62.54 balla beşinci pillənin sahibi oldu və Kanada yığmasına 5 bal qazandırdı.[26][27] Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı.[26] Həmin proqramdan sonra Kanada yığması 32 balla 2-ci pillədə idi.[26] Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Kanada yığması isə cütlərin yarışında mübarizə aparan Duhamel və Radford cütlüyünü, Kirsten Mur-Tauers və Dilan Mossoviç cütlüyünə, cənabların yarışında mübarizə aparan Patris Çen isə Kevin Reynolds isə əvəz etdi.
Sərbəst proqram fevralın 8-də və 10-da baş tutdu.[26] Fevralın 8-də cütlərin yarışında mübarizə aparan Moor-Tovers və Mossoviç cütlüyü mübarizə apardılar və 2-ci pillənin sahibi oldular.[26] Bununla da onlar, Kanada yığmasına 9 bal qazandırdı.[26] Fevralın 10-də isə daha üç yarış üzrə mübarizə aparıldı.[26] Kişilərin yarışında çıxış edən Kevin Reynolds da 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[26] Daha sonra isə "Aysberq" Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar.[26] Ketlin Osmond, növbəti dəfə uğursuz çıxış etdi və onun çıxışı münsiflər heyəti tərəfindən 110.74 balla qiymətləndirildi.[26][28] O, bu nəticəyə əsasən beşinci pillənin sahibi oldu və o, Kanada yığmasına növbəti dəfə 6 bal qazandırdı.[26] Sonda isə buzüstü rəqs yarışında mübarizə aparan Vertyu və Moir cütlüyü mübarizə apardılar və 2-ci pillənin sahibi oldular.[26] Bununlada onlar, Kanada yığmasına 9 bal qazandırdı.[26] Ümumi nəticədə isə 65 balla Kanada yığması 2-ci pillənin sahibi oldu və Soçi Olimpiadasının gümüş medallarına sahib oldu.[26] Fevralın 10-da baş tutan təltifetmə mərasimində Kanada yığmasına, Soçi Olimpiadasının gümüş medalları təqdim edildi.[26]
Komanda yarışlarından sonra isə fərdi yarışlar baş tutdu.[29] Ketlin Osmond fevralın 18-də baş tutan qısa proqramda 56.18 balla 13-cü pillənin sahibi oldu.[30] 2 gün sonra baş tutan sərbəst proqramda isə 112.20 balla 13-cü pillənin sahibi olan Ketlin Osmond ümumi nəticədə 168.98 balla Soçi Olimpiadasını 13-cü pillədə başa vurdu.[29][31]
Soçi Olimpiadasından sonra Ketlin Osmond, 24–30 martda Yaponiyanın Saytama şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[32] Qısa proqramda 62.92 balla 8-ci, sərbəst proqramda isə 107.72 balla 13-cü pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 170.64 balla 11-ci pillənin sahibi oldu.[32][33][34]
2014–2015-ci illər: Zədə səbəbindən başa vurulan mövsüm
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond 2014–2015-ci illər mövsümündə ISU Qran-Pri yarışının Kanada və Fransa mərhələlərində mübarizə aparmalı idi. Amma o, sentyabrın 11-də məşq zamanı ciddi formada zədələndi və mövsümü vaxtından əvvəl başa vurmalı oldu.
2015–2016-cı illər: Karyeranın uğursuz mövsümü
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond, 2015-ci ilin 24–26 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı.[35] Qısa proqramda 60.68 balla, sərbəst proqramda isə 120.74 balla birinci pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 181.42 balla 16 idmançı sırasında birinci pillənin sahibi oldu və "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.[35][36][37]
Daha sonra o, Kanadanın Alberta əyalətinin Letbric şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı.[38] Qısa proqramda 64.22 balla 4-cü, sərbəst proqramda isə 86.86 balla 12-ci pillələrin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 152.08 balla 12 idmançı sırasında 11-ci pillənin sahibi oldu.[38][39][40]
Ketlin Osmond, 26–30 noyabrda Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı.[41] O, qısa proqramda 58.08 balla 8-ci, sərbəst proqramda isə 112.42 balla 7-ci pillənin sahibi oldu.[42][43] Bununla da Ketlin Osmond, ümumi nəticədə 170.50 balla ISU Yaponiya Qran-Prisini altıncı pillədə başa vurdu.[41] Mövsüm ərzində Kanada və Yaponiya Qran-Prilərində mübarizə aparan və 11-ci və 6-cı pillələrin sahibi olan Ketlin Osmond, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Ketlin Osmond, 2016-cı ilin 18–24 yanvarında Yeni Şotlandiya əyalətinin Halifas şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.65 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 128.28 balla üçüncü pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 198.90 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Kanada Çempionatının bürünc medalına sahib oldu.
2016-cı ilin 16–22 fevralında Tayvanın Taybey şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu.[44] Ketlin Osmond qısa proqramda 56.14 balla 11-ci, sərbəst proqramda isə 120.50 balla 4-cü pillənin sahibi oldu.[45][46] Bununla da Ketlin Osmond ümumi nəticədə 176.64 balla Dörd Qitə Çempionatını altıncı pillədə başa vurdu.[44]
2016–2017-ci illər: Dünya Çempionatında gümüş medal
[redaktə | mənbəni redaktə et]Ketlin Osmond, 2016-cı ilin Finlandiyanın Espoo şəhərində baş tutan "Finlandia Trophy" beynəlxalq yarışında mübarizə apardı.[47] Qısa proqramda 65.74 balla, sərbəst proqramda isə 122.54 balla birinci pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 188.28 balla birinci pillənin sahibi oldu və "Finlandia Trophy" beynəlxalq yarışının qalibi oldu.[47][48][49]
Daha sonra o, Kanadanın Mississoqa əyalətinin Ontario şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı.[50] Qısa proqramda 74.34 balla, sərbəst proqramda isə 132.12 balla 2-ci pillələrin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 206.46 balla 11 idmançı sırasında 2-ci pillənin sahibi oldu və Kanada Qran-Prisinin gümüş medalına sahib oldu.[50][51][52] O, dörd ildən sonra birinci dəfə ISU Qran-Pri yarışının medalına sahib olmuşdu.
Ketlin Osmond, 18–20 noyabrda Çinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində (Cup of China) mübarizə apardı.[53] O, qısa proqramda 72.20 balla birinci, sərbəst proqramda isə 125.80 balla üçünü pillənin sahibi oldu.[54][55] Bununla da Ketlin Osmond, ümumi nəticədə 198.00 balla ISU Çin Qran-Prisini 12 idmançı sırasında 2-ci pillədə başa vurdu və gümüş medalın sahibi oldu.[53] Mövsüm ərzində Kanada və Çin Qran-Prilərində mübarizə aparan və gümüş medalların sahibi olan Ketlin Osmond, birinci dəfə ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
Fransanın Marsel şəhərində baş tutan ISU Qran-Pri Finalında altı idmançı — Rusiya nümayəndələri Yevgeniya Medvedyeva, Anna Poqorilaya, Yelena Radionova və Mariya Sotshova, Kanada nümayəndəsi Ketlin Osmond və Yaponiya nümayəndəsi Satoho Miyahara mübarizə apardı.[56] Qısa proqramda Ketlin Osmonda 75.54 balla Yevgeniya Medvedyevadan sonra 2-ci pillənin sahibi oldu.[57] Sərbəst proqramda isə Ketlin Osmond uğurlu mübarizənin davamını gətirə bilmədi. O, 136.92 balla dördüncü pillənin sahibi oldu.[58] Bu da onun ümumi nəticəsinə ciddi təsir göstərdi və o, 212.46 balla dördüncü pillənin sahibi oldu.[56] ISU Qran-Pri Finalının qalibi isə Rusiya təmsilçisi Yevgeniya Medvedyeva oldu.[56]
Ketlin Osmond, 2017-ci ilin 16–22 yanvarında Ontario əyalətinin Ottava şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 82.02 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 138.64 balla birinci pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 220.66 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və üçüncü dəfə Kanada Çempionatının qızıl medalına sahib oldu.
2017-ci ilin 15–20 fevralında Cənubi Koreyanın Koyan şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu.[59] Ketlin Osmond qısa proqramda 68.22 balla, sərbəst proqramda isə 115.96 balla 2-ci pillənin sahibi oldu.[60][61] Bununla da Ketlin Osmond ümumi nəticədə 184.18 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.[59]
Mövsümün əsas yarışı – 26 mart-2 aprel tarixlərində Finlandiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı idi.[62] Qısa proqramda 75.98 balla, sərbəst proqramda isə 142.16 balla 2-ci pillələrin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 218.14 balla Dünya Çempionatını gümüş medalla başa vurdu.[63][64] Dünya Çempionatının qalibi isə Rusiya təmsilçisi Yevgeniya Medvedyeva oldu.[62]
2017–2018-ci illər: Karyeranın zirvəsi
[redaktə | mənbəni redaktə et]2017–2018-ci illər mövsümü Ketlin Osmondun mübarizə apardığı ən uğurlu mövsüm oldu. Mövsümün əvvəlində o, 20–24 sentyabrda Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutan "Autumn Classic" yarışında mübarizə apardı.[65] Qısa proqramda Ketlin Osmond 76.22 balla birinci pillənin sahibi oldu.[66] Sərbəst proqramda da uğurlu mübarizə aparan Ketlin Osmond 142.34 balla birinci pillənin sahibi oldu.[67] Bu minvallada o, ümumi nəticədə 218.56 balla "Autumn Classic" yarışının qalibi oldu.[65]
Daha sonra isə Ketlin Osmond ISU Kanada və Fransa Qran-Prilərində çıxış etdi. Əvvəlcə o, Kanadanın Reqina şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apardı.[68] Qısa proqramda Ketlin Osmond 76.06 balla birinci pillənin sahibi oldu.[69] Sərbəst proqramda da o, uğurlu mübarizə apardı və 136.86 balla birinci pillənin sahibi oldu.[70] Bununlada Ketlin Osmond 5 ildən sonra növbəti dəfə ISU Kanada Qran-Prisinin qızıl medalına sahib oldu.
16–20 noyabrda isə Fransanın Qrenobl şəhərinin ev sahibliyində ISU Fransa Qran-Prisi baş tutdu.[71] Ketlin Osmond bu səfərdə Qran-Prinin qızıl medalına sahib olmağı hədəfləmişdi. Qısa proqramda o, uğurlu mübarizə apardı və 70.06 balla birinci pillənin sahibi oldu.[72] Amma bir sonra baş tutan sərbəst proqramda Ketlin Osmond uğursuz mübarizə apardı və nəticədə 138.72 balla dördüncü pillənin sahibi oldu.[73] Sərbəst proqramda olan nəticəsi onun ümumi nəticəsinə də təsir göstərdi. Bununla da Ketlin Osmond ümumi nəticədə 208.78 balla ISU Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Qızıl medalı Rusiya nümayəndəsi Alina Zaqitova, gümüş medalı isə digər Rusiya nümayəndəsi Mariya Stoshova qazandı.
Yaponiyanın Naqoya şəhərində baş tutan ISU Qran-Pri Finalında altı idmançı — Rusiya nümayəndələri Alina Zaqitova və Mariya Stoshova, Kanada nümayəndəsi Ketlin Osmond, İtaliya nümayəndəsi Karolina Kostner və Yaponiya nümayəndəsi Vahaba Hiquçi mübarizə apardı.[74] Qısa proqramda Ketlin Osmonda 78.04 balla birinci pillənin sahibi oldu.[75] Sərbəst proqramda isə Ketlin Osmond uğurlu mübarizənin davamını gətirə bilmədi. O, 138.12 balla beşinci pillənin sahibi oldu.[76] Bu da onun ümumi nəticəsinə ciddi təsir göstərdi və o, 216.16 balla üçüncü pillənin sahibi oldu.[74] Bu minvallada Ketlin Osmond ISU Qran-Pri Finalının bürünc medalını qazandı. ISU Qran-Pri Finalının qalibi isə Rusiya təmsilçisi Alina Zaqitova sahib oldu.[74]
Ketlin Osmond 2018-ci ilin 8–14 yanvarında Britaniya Kolumbiyasının ev sahibliyində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 72.42 balla 2-ci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 148.32 balla 2-ci pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 220.74 balla 18 idmançı sırasında 2-ci pillənin sahibi oldu və Kanada Çempionatının gümüş medalına sahib oldu.
2018-ci il Pxençxan Olimpiadası
[redaktə | mənbəni redaktə et]2018-ci ilin 8–25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində XXIII Qış Olimpiya Oyunları baş tutdu.[77] Komanda yarışları 8–12 fevralda, fərdi yarışlar isə 18–20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Kannın" Buz İdman Sarayında baş tutdu.[77]
Fevralın 8-də baş tutan yarışda Patris Çen mübarizə apardı və 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu.[77] Bununla da o, Kanada yığmasına 8 bal qazandırdı.[77] Həmin gün cütlərin yarışında mübarizə aparan Meqan Duhamel və Eri Radford cütlüyü isə 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[77] Fevralın 11-də baş tutan yarışda isə Vertyu və Moir cütlüyü mübarizə apardı və 80.62 balla birinci pillənin sahibi oldu.[77] Bununla da onlar, Kanada yığmasına 10 bal qazandırdı.[77] Həmin gün qadınların yarışında mübarizə aparan Ketlin Osmond isə 72.34 balla üçüncü pillənin sahibi oldu və Kanada yığmasına 8 bal qazandırdı.[77][78] Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı.[77] Həmin proqramdan sonra Kanada yığması 35 balla birinci pillədə idi.[77] Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Kanada yığması sadəcə qadınların yarışında mübarizə aparan Kelin Osmondu, Qabrielle Dalemanla əvəz etdi.
Sərbəst proqram fevralın 11-də və 12-də baş tutdu.[77] Fevralın 11-də cütlərin yarışında çıxış edən Meqan Duhamel və Eri Radford cütlüyü mübarizə apardılar və birinci pillənin sahibi oldular.[77] Bununla da onlar, Kanada yığmasına 10 bal qazandırdı.[77] Fevralın 12-də isə daha üç yarış üzrə mübarizə aparıldı.[77] Kişilərin yarışında çıxış edən Patris Çen birinci pillənin sahibi oldu və Kanada yığmasına 10 bal qazandırdı.[77] Daha sonra isə "Kannın" Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar.[77] Qabrielle Daleman, çıxışını ciddi səhvsiz başa vurdu və onun çıxışı münsiflər heyəti tərəfindən 180.75 balla qiymətləndirildi.[77][79] O, bu nəticəyə əsasən birinci pillənin sahibi oldu və o, Kanada yığmasına 10 bal qazandırdı.[77] Sonda isə buzüstü rəqs yarışında çıxış edən Vertyu və Moir cütlüyü mübarizə apardılar və 118.10 balla birinci pillənin sahibi oldular.[77] Bununla da onlar, Kanada yığmasına 10 bal qazandırdı.[77] Ümumi nəticədə isə 74 balla Kanada yığması birinci pillənin sahibi oldu və Pxençxan Olimpiadasının qızıl medallarına sahib oldu.[77] Bu minvallada Soçi Olimpiadasında gümüş medalın sahibi olan Ketlin Osmond, bu səfər Pxençxan Olimpiadasında qızıl medalın sahibi oldu.[77]
Komanda yarışlarından sonra 20–22 fevralda fərdi yarışlar baş tutdu.[80] Fərdi yarışların favoritləri Rusiya nümayəndələri Yevgeniya Medvedyeva və Alina Zaqitova, İtaliya nümayəndəsi Karolina Kostner, Yaponiya nümayəndəsi Sataho Miyahara və Kanada nümayəndəsi Ketlin Osmond idi.[80] Fevralın 20-də baş tutan qısa proqramda Ketlin Osmond 78.88 balla Alina Zaqitova və Yevgeniya Medvedyevadan sonra üçüncü pillənin sahibi oldu.[81] Fevralın 22-də isə sərbəst proqram baş tutdu.[82] Ketlin Osmondun əsas hədəfi sərbəst proqramda da uğurlu mübarizə aparıb, Olimpiadanı ən azından bürünc medalla başa vurmaq idi. Kompozisiyasını 22-ci sırada təqdim edən Ketlin Osmonddan əvvəl 1-ci pillədə Alina Zaqitova, 2-ci pillədə Sataho Miyahara, 3-cü pillədə isə Karolina Kostner idi.[81][82] Ondan sonra hələ Yevgeniya Medvedyevanın da mübarizə aparacağını nəzərə alaraq Ketlin Osmondun əsas hədəsi Sataho Miyaharanın nəticəsini geridə qoymaq idi.[82] Klint Mensellin bəstəsi olan "Qara qu quşu" musiqisinin sədaları altında çıxış edən Ketlin Osmondun təqdimatı 154.16 balla qiymətləndirildi və o, Alina Zaqitovadan sonra 2-ci pillədə qərarlaşdı.[82] Bununlada Ketlin Osmond ən azından bürünc medalı özü üçün təmin etdi.[80][82] Ondan sonra mübarizə aparan Yevgeniya Medvedyeva isə qızıl medala bir nömrəli favoritlərdən idi və onun əsas rəqabəti Alina Zaqitova arasında idi.[80][82] Yevgeniya Medvedyeva həmin mübarizədə Alina Zaqitovaya məğlub oldu və bürünc medalın sahibi oldu.[80][82] Nəticədə XXIII Qış Olimpiya Oyunlarının qızıl medalına Rusiya nümayəndəçi Alina Zaqitova, gümüş medala digər Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, bürünc medala isə Kanada nümayəndəsi Ketlin Osmond sahib oldu.[80]
XXIII Qış Olimpiya Oyunlarından sonra 18–25 martda İtaliyanın Milan şəhərinin ev sahibliyində Dünya Çempionatı baş tutdu. Olimpiadanın bürünc medalına sahib olan Ketlin Osmond, Rusiya nümayəndələri Yevgeniya Medvedyeva və Alina Zaqitova, İtaliya nümayəndəsi Karolina Kostner və Yaponiya nümayəndəsi Sataho Miyahara ilə birgə Dünya Çempionatının favoritləri sırasında göstərilirdi. Qısa proqramda Ketlin Osmond, 74.74 balla Karolina Kostner, Alina Zaqitova və Sataho Miyaharadan sonra dördüncü pillənin sahibi oldu. Qısa proqramdan sonra onun Dünya Çempionatının qalibi olmaq ehtimalı çox aşağı idi. İdman mütəxəssislərinin rəylərinə əsasən Ketlin Osmond ən yaxşı halda bürünc medala sahib ola bilər. Martın 24-də baş tutan sərbəst proqram isə idman cəmiyyəti üçün gözlənilməz nəticələrlə dolu oldu. Qısa proqramda sonra birinci pillənin sahibi olan İtaliya nümayəndəsi Karolina Kostner bu proqram uğursuz mübarizə apararaq beşinci pillənin sahibi oldu, ümumi nəticədə isə 208.90 balla dördüncü pillədə qərarlaşdı. Qısa proqramda sonra 2-ci pillədə qərarlaşan Rusiya təmsilçisi Alina Zaqitovada Karolina Kostnerin taleyini yaşadı. Sərbəst proqramda uğursuz mübarizə aparan Alina Zaqitova nəticədə 128.22 balla yeddinci, ümumi nəticədə isə 208.74 balla beşinci pillənin sahibi oldu. Belə olan halda Ketlin Osmondun Dünya Çempionatının qalibi olmaq şansları artırdı. Onun əsas rəqibi Yaponiya nümayəndəsi Sataho Miyahara idi. Digər Yaponiya təmsilçisi Vahaba Hiquçi qısa proqramda 8-ci pillənin sahibi olsa da, sərbəst proqramda 2-ci pillənin sahibi oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sataho Miyaharanın sərbəst proqramda olan çıxışı səhvsiz olsa da, nəticədə 135.72 balla qiymətləndirildi. Bununla da o, ümumi nəticədə 210.08 balla Dünya Çempionatının bürünc medalına sahib oldu. Ketlin Osmond isə sərbəst proqramda qüsursuz mübarizə apardı və 150.50 balla birinci pillənin sahibi oldu. Bu minvalla da o, ümumi nəticədə 225.24 balla Dünya Çempionatının qızıl medalına sahib oldu. Ketlin Osmond 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub.
2019-cu il yanvarın 30-da Ketlin Osmond Nyufaundlenda və Labradora əyalətinin leytenant-qubernatoru Cudi Fut tərəfindən 2018-ci il XXIII Qış Olimpiya Oyunlarında və 2018-ci il Dünya Çempionatında qazandığı uğurlara görə "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edildi.
Kompozisiyaları
[redaktə | mənbəni redaktə et]
|
| |
|
| |
|
||
|
| |
|
| |
| ||
|
|
Uğurları
[redaktə | mənbəni redaktə et]Karyerası ərzində 9 mövsümdə mübarizə aparan Ketlin Osmond, 11 qızıl, 6 gümüş və 6 bürünc medala sahib olub.
Nəticələri
[redaktə | mənbəni redaktə et]10.01.2010 18.01.2010 |
Gənclərin Kanada Çempionatı | Kanada | |||||||
22.09.2010 26.09.2010 |
Gənclərin ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
12.10.2010 16.10.2010 |
Gənclərin ISU Çexiya Qran-Prisi | Çexiya | |||||||
16.01.2011 24.01.2011 |
Gənclərin Kanada Çempionatı | Kanada | |||||||
16.01.2012 22.01.2012 |
Kanada Çempionatı | Kanada | |||||||
26.02.2012 04.03.2012 |
Gənclərin Dünya Çempionatı | Belarus | |||||||
26.09.2012 30.09.2012 |
Nebelhorn Trophy | Almaniya | |||||||
26.10.2012 30.10.2012 |
Kanada Qran-Prisi | Kanada | |||||||
12.01.2013 20.01.2013 |
Kanada Çempionatı | Kanada | |||||||
08.02.2013 12.02.2013 |
Dörd Qitə Çempionatı | Yaponiya | |||||||
12.03.2013 18.03.2013 |
Dünya Çempionatı | Kanada | |||||||
11.04.2013 14.04.2013 |
Komandalararası Dünya Çempionatı | Yaponiya | |||||||
25.10.2013 28.10.2013 |
Kanada Qran-Prisi | Kanada | |||||||
08.01.2014 15.01.2014 |
Kanada Çempionatı | Kanada | |||||||
06.02.2014 08.02.2014 |
Olimpiya Oyunları (Komanda) | Rusiya | |||||||
18.02.2014 20.02.2014 |
Olimpiya Oyunları | Rusiya | |||||||
24.03.2014 30.03.2014 |
Dünya Çempionatı | Yaponiya | |||||||
24.09.2015 26.09.2015 |
"Nebelhorn Trophy" | Almaniya | |||||||
30.10.2015 01.11.2015 |
ISU Kanada Qran-Prisi | Kanada | |||||||
26.11.2015 30.11.2015 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
18.01.2016 24.01.2016 |
Kanada Çempionatı | Kanada | |||||||
16.02.2016 22.02.2016 |
Dörd Qitə Çempionatı | Tayvan | |||||||
06.10.2016 10.10.2016 |
"Finlandia Trophy" | Finlandiya | |||||||
28.10.2016 30.10.2016 |
ISU Kanada Qran-Prisi | Kanada | |||||||
18.11.2016 20.11.2016 |
ISU Çin Qran-Prisi | Çin | |||||||
08.12.2016 10.12.2016 |
ISU Qran-Pri Finalı | Fransa | |||||||
16.01.2017 22.01.2017 |
Kanada Çempionatı | Kanada | |||||||
15.02.2017 20.02.2017 |
Dörd Qitə Çempionatı | Cənubi Koreya | |||||||
28.03.2017 02.04.2017 |
Dünya Çempionatı | Finlandiya | |||||||
20.09.2017 24.09.2017 |
"Autumn Classic" | Kanada | |||||||
26.10.2017 30.10.2017 |
ISU Kanada Qran-Prisi | Kanada | |||||||
16.11.2017 20.11.2017 |
ISU Fransa Qran-Prisi | Fransa | |||||||
06.12.2017 10.12.2017 |
ISU Qran-Pri Finalı | Yaponiya | |||||||
08.01.2018 14.01.2018 |
Kanada Çempionatı | Kanada | |||||||
08.02.2018 12.02.2018 |
Olimpiya Oyunları (Komanda) | Cənubi Koreya | |||||||
20.02.2018 24.02.2018 |
Olimpiya Oyunları | Cənubi Koreya | |||||||
20.03.2018 24.03.2018 |
Dünya Çempionatı | İtaliya |
Mənbələr
[redaktə | mənbəni redaktə et]Keçidlər
[redaktə | mənbəni redaktə et]- Ketlin Osmondun Commonsda olan mediafaylları
- Ketlin Osmondun Facebook səhifəsi
- Ketlin Osmondun Twitter səhifəsi
- Ketlin Osmondun rəsmi Instagram səhifəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yuxarıda get: 1 2 Kaetlyn Osmond // L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (ing.).
- ↑ Yuxarıda get: 1 2 "ISU Junior Grand Prix Japan, 2010 / Ladies / Results" ( (ing.)). 26.09.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Junior Grand Prix Japan, 2010 / Ladies / Short Program" ( (ing.)). 26.09.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Junior Grand Prix Japan, 2010 / Ladies / Free Program" ( (ing.)). 26.09.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Junior Grand Prix Czech Republic, 2010 / Ladies / Results" ( (ing.)). 18.10.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Junior Grand Prix Czech Republic, 2010 / Ladies / Short Program" ( (ing.)). 18.10.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Junior Grand Prix Czech Republic, 2010 / Ladies / Free Program" ( (ing.)). 18.10.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU World Junior Championships, 2012 / Ladies / Results" ( (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Junior Championships, 2012 / Ladies / Short Program" ( (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Junior Championships, 2012 / Ladies / Free Program" ( (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "Nebelhorn Trophy, 2012 / Ladies / Results" ( (ing.)). 30.09.2012. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Nebelhorn Trophy, 2012 / Ladies / Short Program" ( (ing.)). 30.09.2012. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Nebelhorn Trophy, 2012 / Ladies / Free Program" ( (ing.)). 30.09.2012. 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Grand Prix Canada, 2012 / Ladies / Results" ( (ing.)). 22.10.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2012 / Ladies / Short Program" ( (ing.)). 22.10.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2012 / Ladies / Free Program" ( (ing.)). 22.10.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Four Continents Championships, 2013 / Ladies / Results" ( (ing.)). 12.02.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Four Continents Championships, 2013 / Ladies / Short Program" ( (ing.)). 12.02.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Four Continents Championships, 2013 / Ladies / Free Program" ( (ing.)). 12.02.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU World Championships, 2013 / Ladies / Results" ( (ing.)). 18.03.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Championships, 2013 / Ladies / Short Program" ( (ing.)). 18.03.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Championships, 2013 / Ladies / Free Program" ( (ing.)). 18.03.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Grand Prix Canada, 2013 / Ladies / Results" ( (ing.)). 22.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2013 / Ladies / Short Program" ( (ing.)). 22.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2013 / Ladies / Free Program" ( (ing.)). 22.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 "XXII Olympic Winter Games, 2014 / Team / Ladies / Results" ( (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "XXII Olympic Winter Games, 2014 / Team / Ladies / Short Program" ( (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "XXII Olympic Winter Games, 2014 / Team / Ladies / Free Program" ( (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "XXII Olympic Winter Games, 2014 / Ladies / Results" ( (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "XXII Olympic Winter Games, 2014 / Ladies / Short Program" ( (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "XXII Olympic Winter Games, 2014 / Ladies / Free Program" ( (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU World Championships, 2014 / Ladies / Results" ( (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Championships, 2014 / Ladies / Short Program" ( (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Championships, 2014 / Ladies / Free Program" ( (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "Nebelhorn Trophy, 2015 / Ladies / Results" ( (ing.)). 26.09.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Nebelhorn Trophy, 2015 / Ladies / Short Program" ( (ing.)). 26.09.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Nebelhorn Trophy, 2015 / Ladies / Free Program" ( (ing.)). 26.09.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Grand Prix Canada, 2015 / Ladies / Results" ( (ing.)). 01.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2015 / Ladies / Short Program" ( (ing.)). 01.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2015 / Ladies / Free Program" ( (ing.)). 01.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Grand Prix Japan, 2015 / Ladies / Results" ( (ing.)). 30.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Japan, 2015 / Ladies / Short Program" ( (ing.)). 30.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Japan, 2015 / Ladies / Free Program" ( (ing.)). 30.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Four Continents Championships, 2016 / Ladies / Results" ( (ing.)). 22.02.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Four Continents Championships, 2016 / Ladies / Short Program" ( (ing.)). 22.02.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Four Continents Championships, 2016 / Ladies / Free Program" ( (ing.)). 22.02.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "Finlandia Trophy, 2016 / Ladies / Results" ( (ing.)). 10.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Finlandia Trophy, 2016 / Ladies / Short Program" ( (ing.)). 10.10.2016. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Finlandia Trophy, 2016 / Ladies / Free Program" ( (ing.)). 10.10.2016. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Grand Prix Canada, 2016 / Ladies / Results" ( (ing.)). 30.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2016 / Ladies / Short Program" ( (ing.)). 30.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2016 / Ladies / Free Program" ( (ing.)). 30.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Grand Prix China, 2016 / Ladies / Results" ( (ing.)). 20.11.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix China, 2016 / Ladies / Short Program" ( (ing.)). 20.11.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix China, 2016 / Ladies / Free Program" ( (ing.)). 20.11.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 3 "ISU Grand Prix Final, 2016 / Ladies / Results" ( (ing.)). 10.12.2016. 2020-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Final, 2016 / Ladies / Short Program" ( (ing.)). 10.12.2016. 2020-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Final, 2016 / Ladies / Free Program" ( (ing.)). 10.12.2016. 2020-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU Four Continents Championships, 2017 / Ladies / Results" ( (ing.)). 20.02.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Four Continents Championships, 2017 / Ladies / Short Program" ( (ing.)). 20.02.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Four Continents Championships, 2017 / Ladies / Free Program" ( (ing.)). 20.02.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "ISU World Championships, 2017 / Ladies / Results" ( (ing.)). 02.04.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Championships, 2017 / Ladies / Short Program" ( (ing.)). 02.04.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU World Championships, 2017 / Ladies / Free Program" ( (ing.)). 02.04.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "Autumn Classic, 2017 / Ladies / Results" ( (ing.)). 24.09.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Autumn Classic, 2017 / Ladies / Short Program" ( (ing.)). 24.09.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "Autumn Classic, 2017 / Ladies / Free Program" ( (ing.)). 24.09.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2017 / Ladies / Results" ( (ing.)). 30.10.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2017 / Ladies / Short Program" ( (ing.)). 30.10.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Canada, 2017 / Ladies / Free Program" ( (ing.)). 30.10.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix France, 2017 / Ladies / Results" ( (ing.)). 20.11.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix France, 2017 / Ladies / Short Program" ( (ing.)). 20.11.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix France, 2017 / Ladies / Free Program" ( (ing.)). 20.11.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 3 "ISU Grand Prix Final, 2017 / Ladies / Results" ( (ing.)). 10.12.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Final, 2017 / Ladies / Short Program" ( (ing.)). 10.12.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "ISU Grand Prix Final, 2017 / Ladies / Free Program" ( (ing.)). 10.12.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 "XXIII Olympic Winter Games, 2018 / Team / Ladies / Results" ( (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "XXIII Olympic Winter Games, 2018 / Team / Ladies / Short Program" ( (ing.)). 08.02.201. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ "XXIII Olympic Winter Games, 2018 / Team / Ladies / Free Program" ( (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 "XXIII Olympic Winter Games, 2018 / Ladies / Results" ( (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 "XXIII Olympic Winter Games, 2018 / Ladies / Short Program" ( (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 7 "XXIII Olympic Winter Games, 2018 / Ladies / Free Program" ( (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
- Vikipediya:Əlifba sırasına görə seçilmiş məqalələr
- 5 dekabrda doğulanlar
- 1995-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Kanadada doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Kanadanın Olimpiya fiqurçuları
- 2014 Qış Olimpiya Oyunlarında fiqurçular
- 2018 Qış Olimpiya Oyunlarında fiqurçular
- Olimpiya qızıl medalına sahib Kanada idmançıları
- Olimpiya bürünc medalına sahib Kanada idmançıları
- 2018 Qış Olimpiya Oyunlarının medalçıları
- Nyufaundlenda və Labradora ordeni kavalerləri