II Varaz Trdat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Varaz Tridat
800 – 822
ƏvvəlkiI Stepanos
ƏvvəlkiI Stepanos
Şəxsi məlumatlar
Vəfat tarixi 812
Atası I Stepanos
Ailəsi Mehranilər
Dini Xristianlıq

II Varaz TrdatQafqaz Albaniyasının Mehranilər sülaləsindən olan son çarı.

Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, I Stepanosun oğludur və 812-ci ildən sonra vəfat etmişdir.[1] Musa Kalankatlı isə onun öldürüldüyünü deyir və hadisəni belə nəql edir:

Həmin ildə Filippin oğlu Nerseh alban knyazı Stepannosun oğlu Varaz-Trdatı öldürdü, onun oğlunu isə anasının qucağında xəncərlə vurub bütün şeylərini qarət etdi. Həmin Varaz-Trdat Albaniyada nəsildən-nəsilə hökmdarlıq edən Mehranilər sülaləsindən idi. O, Albaniyanın birinci knyazı Varaz Qriqordan sonra səkkizinci hökmran idi.

Daha sonra II Varaz Trdatın həyat yoldaşı sağ qalan qızı Sparamı Səhl ibn Sunbatın oğlu Atrnerseh ilə evləndirdi. Beləliklə Girdiman knyazlığı Xaçın knyazlığına birləşdirildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cyrille Toumanoff, Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle : Tables généalogiques et chronologiques,