II Atrnerseh

Atrnerseh, yaxud AdarnerseŞəki hökmdarı. Mənbələrdə adı ilk dəfə 906-cı, sonuncu dəfə isə 944-cü ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın oğlu, Girdman knyazı Saak Sevadanın kiçik qardaşı, Tao-Klarceti[rus.] hakimi, eristavlar-eristavı III Adarnersenin[ing.] qızı Dinarın əri, özündən sonra Şəki hökmdarı olmuş İşxan Əbu Əbdülmalikin atası idi.

Atrnerseh
Şəki hökmdarı
(ranların çarı – [1])
ən geci 906-cı il – ən tezi 944-cü il
ƏvvəlkiQriqor Hammam
Sonrakıİşxan Əbu Əbdülmalik
Şəxsi məlumatlar
Vəfat tarixi 943
Atası Qriqor Hammam
Həyat yoldaşı Dinar (çariça)
Uşağı İşxan Əbu Əbdülmalik
Ailəsi Arranilər

Həyatı və siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

906/907-ci ildə Tatev monastırı mülki sənədində adının çəkilməsi

[redaktə | mənbəni redaktə et]

Stepanos Orbelyanın “Sünik vilayətinin tarixi”ndə Atrnersehin Albaniya knyazları Saak və Qriqor Yesaye ilə birlikdə və Albaniya katolikosu Simeonun (902-923) iştirakı ilə 906/907-ci ildə təsdiq etdiyi Tatev monastırının mülki haqqında sənəddən bəhs edilir[2].

906-cı il hadisələrində "heretilərin çarı" və ya "patrik Adarnerse"

[redaktə | mənbəni redaktə et]
Atrnerseh (Şəki hökmdarı) (Gürcüstan)
Vecini
qalası
Cvari
Bredza
Eredvi
Abxaz çarı III Konistantinin 906-cı il yürüşü ilə bağlı mənbələrdə adı çəkilən bəzi yerlər müasir Gürcüstan xəritəsində

906-cı ildə Abxaz çarı III Konstantin[ing.] və Kaxeti xorepiskopu[qeyd 1] I Kvirike[ing.] Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxetiya ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu;

Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin

" Heretiyə daxil oldu, heretilərin çarını qaçmağa məcbur etdi, oradan sülhlə geri döndü, Alavedidə ibadət etdi, Bredzada[çeç.] gecələdi, bir daha qalxdı və Vecini qalasını dağıtdı[3]. "

Bu hadisə "Kartli salnaməsi"ndə ("Matiane kartlisay"da) aşağıdakı şəkildə təsvir edilir:

Xorepiskop Kvirike abxaz çarı Kostantini çağırdı; Heretiyə daxil oldular və Vecini qalasını mühasirə etdilər. Abxaz çarı yuxarı tərəfdən, Kvirike isə aşağıdan qalaya doğru hərəkət etdi. Az qalmışdı ki qalanı ələ keçirələr, onda patrik Adarnerse gəldi, cümə günü Cvaridə sülh bağladılar; (Adarnerse) abxaz çarına Arişi və Qavazanini, Kvirikeyə isə Orçobini verdi. Barışıqdan sonra geri döndülər. Abxaz çarı Kostanti Alaverdiyə gedib Müqəddəs Georgiyə dua etdi və onun ikonasını qızıla tutdu[4].

909-cu il hadisələrində “Albaniya çarı Atrnerseh”

[redaktə | mənbəni redaktə et]

Erməni katolikosu və tarixçisi Ovanes Drasxanakertli[rus.] müəllifi olduğu “Ermənistan tarixi”ndə Albaniya çarı Atrnersehin adını çəkir; Ovanes Drasxanakertli 909-cu ilin yayında Ermənistandan baş götürüb “Qafqazın şimal-şərqinə” – Albaniya knyazı Saakın (Sevedanın) və Albaniya çarı Atrnersexin yanına qaçmışdır[5].

Xayzan şəhərindəki “çar Adzarnarse”

[redaktə | mənbəni redaktə et]

X əsr ərəb müəllifi İbn Rüstənin yazılma tarixi ən geci 930-cu il hesab olunan əsərində göstərilir ki,

(Sərir[rus.]) hökmdarının qalasının sağından uca dağlar və sıx meşəliklər arasında yol uzanır. Bu yol ilə 12 mərhələyə Xayzan adlı şəhərə yetişmək olar. Bu şəhərdə Adzarnarse adlanan çar var, o, üç dinə sitayiş edir – cümə günü müsəlmanlarla, şənbə günü yəhudilərlə, bazar günü isə xristianlarla ibadət edir. Hər kimsə, kimə çar olmaq nəsib olsa, qərar verir: «Bu dinlərin bütün tərəfdarları başqalarını öz dininə dəvət edir və hər biri hesab edir ki, məhz, o haqq yolundadır, onun sitayiş etmədiyi din isə yalandır; mən isə bütün dinlərə sitayiş edirəm, deməli bütün dinləri doğru hesab edirəm[6].

Mənbəni ruscaya tərcümə edən Karaulova Adzarnarseni Məsudidə adı çəkilən Şəki hökmdarı Adernerse olduğunu qeyd edir. IX əsr ərəb coğrafiyaşünası İbn Xordadbeh 846-886-cı illər arasında yazdığı “Yollar və ölkələr” əsərində Cənubi Qafqaz ərazisini təsvir edərkən Sanariyadan sonra qərbə doğru ardıcıllıqla əl-Baq, Kisal (Kasak), Абхаз, Qələ'ət əl-Cərdiman, Xayzan və Şəkkinin gəldiyini göstərir[7]. Buradan da aydın olur ki, İbn Rüstədə adı çəkilən Xayzan Şəkidən bir qədər qərbdə yerləşirmiş. Şirinbəy Hacıəli mənbələrdə buna qədər hələ Şəki şəhərinin adının çəkilmədiyini əsas götürərək, Şəkinin ilk paytaxtının Xayzan şəhəri olması ehtimalını irəli sürür və hesab edir ki, Xayzan şəhəri ən azından Şəki dövlətinin yay iqamətgahı hesab edilə bilər[8].

944-cü ildə “şəkililərin hökmdarı Atrnerseh”

[redaktə | mənbəni redaktə et]

X əsr ərəb tarıxçisi və coğrafiyaşünas-səyyahı Məsudi isə Şəki vilayətinin Sanariya ilə Qəbələ arasında yerləşdiyini, vilayət əhalisinin xristian olduğunu, lakin vilayətdə ticarət və s. işlərlə məşğul olan müsəlmanların da yaşadığını göstərməklə yanaşı həm də qeyd edir ki, onun kitabının yazıldığı vaxt – 944-cü ildə, şəkililərin hökmdarı Atrnerseh ibn Hamam idi[qeyd 2].

Bununla da tarixi mənbələrin Atrnerseh haqqında 38 illik (906-944) dövrü əhatə edən məlumatları bitir, Məsudidən sonra mənbələrdə Atrnersehin 944-cü ildən sonrakı həyatı və fəaliyyəti barədə heç bir məlumat yoxdur.

Adının “Albaniya tarixində” çəkilməməsi və bunun ehtimal olunan səbəbi

[redaktə | mənbəni redaktə et]

“Albaniya tarixi”nə görə Qriqor Hammamdan sonra hakimiyyətə oğlu Sahaq Sevada gəlmişdir:

Sevada adlanan Sahaq igid və bacarıqlı olduğu üçün Girdıman və Parisos vilayətlərini özünə tabe etdi və quldurları ram edərək Coraygetin[rus.] ağası oldu. O, maarifin tərəfdarı idi və öz evində müəllim saxlayırdı. Erməni çarı Smbat dəfələrlə onunla döyüşürdü, lakin onu özünə tabe edə bilmədi[9].

Yuxarıda 906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə və 909-cu il hadisələrində Sahak Sevedanın adının çəkilməsi, ikincidə "Albaniyanın böyük knyazı" kimi təqdim edilməsi barədə məlumat verildi. Onun həqiqətən, Girdimana hakim olması, Coraygeti tutması, erməni çarı ilə mübarizə etməsi erməni mənbələri tərəfindən də təsdiqlənir. Bununla yanaşı, erməni mənbələrində Saak barədə daha dəqiq və daha ətraflı məlumatlar var. Məsələn, Ovanes Drasxanakertli Saakın erməni çarı II Aşotun[rus.] (914—928/929) qayınatası və müttəfiqi olduğunu göstərir. Bununla yanaşı Ovanes Drasxanakertli məlumat verir ki, Saakın Coraygetdəki (Ağstafaçay ətrafı) qalaları tutması, bu mahalı öz knyazlığının ərazisinə qatması kürəkəninin xoşuna gəlməmiş, qayınatasının üzərinə qoşun yeritmiş, sonda təslim olan Saakın və Saakın oğlu Qriqorun gözlərini çıxartdırmışdır [10].

“Albaniya tarixi”ndə Qriqor Hammamın 5 oğlunun olması göstərilsə də, onlardan yalnız 3-nün adı çəkilir; böyük oğlu Əbu Əlinin digər oğlu Smbat tərəfindən öldürülməsi qeyd edildikdən sonra, yalnız bir oğlunun – Saak Sevadanın evladlarının, nəvə-nəticələrinin adları açıqlanır, Atrnersex və 5-ci oğlu barədə isə heç nə deyilmir, nəinki, onların övladları barədə. Buna diqqət yetirməyən bəzi tədqiqatçılar, çox vaxt Şəki hakimi Atrnersexi və onun oğlu İşxan Əbu Əbdülmaliki müvafiq olaraq, “Albaniya tarixi”ndə adları çəkilən Saak Sevedanın nəvələri Atrnersex və Seveda İşxanla eyniləşdirməyə cəhd edirlər, bəzən isə Moisey Kalankatuklunun “qeyri-dəqiqliyə” yol verməkdə günahlandırmağa çalışırlar[11].

“Albaniya tarixi”ndə Qriqor Hammamın yalnız bir oğlunun – Saak Sevadanın, evlad və nəvə-nəticələrinin adlarının açıqlanmasının səbəbi isə bu ola bilər ki, kitabın son cildi yazılarkən, Saak Sevadanın nəticəsi İoan Senekerim hələ sağ idi[12] və hansısa ərazinin[qeyd 3] hakimi idi. Məhz bu amil “Albaniya tarixi”ndə onun nəsil şəcərəsinə daha çox diqqət yetirilməsinə, özünün isə padşah kimi təqdim edilməsinə səbəb ola bilərdi[13].

  1. Xorepiskop— sanar hakimlərinin titulu. İlk dövrlərdə Sanariya xorepiskopları dini hakimiyyətlə yanaşı, dünyəvi hakimiyyəti də əllərinə almış, bundan sonra sanarlara rəhbərlik edərək Kaxetiyanın birləşdirilməsinə və erkənfeodal gürcü dövlətinin – Kaxeti knyazlığının yaranmasına nail olmuşlar. Nəticədə bu dövlətin başında duran knyazlar ənənəvi qaydada xorepiskop titulu qəbul edirdilər. Xorepiskop titulu artıq teokratik funksiyasını itirmiş, feodal dövlətinin dünyəvi başçısının tituluna çevrilmişdir. Картлис Цховреба, 2008. səh. 167, qeyd 33
  2. Məsudidən azərbaycan dilinə edilən bir tərcümədə: Azər ibn Nəbih ibn Məhacir, — Vəlixanlı N. M., 1974. səh. 61
  3. İbn Havqəl X əsrin ortaları üçün öz kitabında həm Əbu Əbdülməlik adı ilə tanınan Şəki hökmdarı Asxasın adını və həm də ətraf vilayətlərin Sanxarib adlı 3 hakiminin adını çəkir. Bunlardan birincisi Rab ərazisini idarə edən ibn Suvar adı ilə tanınan Sanxarib, ikincisi Xacin hakimi Sanxarib. 941-957-cü illər arasında Şəki hakimi Salarilər dövlətinə bac olaraq ildə 1 milyon dirhəm, Rab ərazisini idarə edən Sanxarib 300 min dirhəm və əlavə hədiyyələr, Xacın hakimi isə 100 min dirhəm və əlavə olaraq 50 min dirhəm dəyərində atlar və hədyyələr verirdi (səh.:105). Bunlar – Şəki hakimi Asxas və 2 Sanxarib eyni dövrdə yaşamışlar. 3-cü Sanxarib isə Sanariya hakimi kimi təqdim olunur (səh.: 99) (Караулова П. А., 1903. səh. 99,105) və bunun hakimiyyətdə olduğu dövr İbn Havqəlin kitabının yazıldığı illərə – X əsrin 70-ci illərinə, gedib çıxa bilər. Buna görə də Rub ərazilərinin hakimi Sanxaribi Sanariya çarı Sanxariblə eyniləşdirmək mümkündür. Aqafangel Krımski də İbn Həvqəldəki Rab ərazisini Sanariya ilə, Rab ərazisini idarə edən Sanxaribi, Sanariya çarı kimi təqdim edilən İbn Suvar Sanxarib ilə və “Albaniya tarixi”ndəki Sevadanın oğlu Sənəkərim ilə eyniləşdirir (Əliyev Ş. H., 2007. səh. 94). Çatışmayan yalnız bir şey qalır, o da Sənəkərim adlı çarın Sanariyada hakimiyyətdə olmasını təsdiqləyən digər mənbələrdir.
  1. Мусхелишвили Д. Л., 1982. səh. 41
  2. Moisey Kalankatuklu., 2006. səh. 378
  3. Гунба М. М., 2012
  4. Картлис Цховреба, 2008. səh. 144
  5. Иованнес Драсханакертци., 1986
  6. Ибн Рустэ., 1903
  7. Ибн Хордадбех., 1986. səh. 165
  8. Əliyev Ş. H., 2007. səh. 165
  9. Moisey Kalankatuklu., 2006. səh. 336
  10. Иованнес Драсханакертци, ГЛАВА LI, 1986. səh. 336
  11. Əliyev Ş. H., 2007. səh. 85, 90
  12. Əliyev Ş. H., 2007. səh. 99
  13. Moisey Kalankatuklu., 2006. səh. 336
  1. Moisey Kalankatuklu. Albaniya tarixi (10000 nüs.). Bakı: Avrasiya - Press. 2006. ISBN 9952-421-52-2 ISBN 978-9952-421-52-1.
  2. Гунба М. М. Ередвская надпись - О походе царя абхазов Константина в Эрети (PDF). (rus). М.: Аква-Абаза. 2012.
  3. Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
  4. Иованнес Драсханакертци. История Армении. Ереван. 1986.
    Иованнес Драсханакертци. ГЛАВА LI // История Армении. Ереван. 1986.
  5. Ибн Рустэ. Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане: V. Ибн Рустэ // Книга драгоценных камней. 32 (Сборник материалов для описания местностей и племен Кавказа). Тифлис. пер. Н. А. Караулова. 1903 [Китaб-ал-а'лaк-ан-нефuса].
  6. Ибн Хордадбех. Книга путей и стран. М. пер. Н. М. Велихановой. 1986 [Китаб ал-масалик ва-л-мамалик].
  7. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək) (1000 nüs.). Bakı: Təhsil. 2007.