Sanatruk (v. 338, Ermənistan) — 298–338-ci illərdə Paytakaran hökmdarı, bəlkə də Qafqaz Albaniyasının çarı.
Sanatruk | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 338 |
Vəfat yeri | |
Ailəsi | Alban Arşakiləri |
Dini | Zərdüştçülük |
Sanatruk Albaniyaya xristianlığı yaymaq üçün göndərilmiş əslən parfiyalı erməni din xadimi Müqəddəs Qriqorisi və onun yerli sakinlərdən xristian dininə cəlb edə bildiyi şəxsləri edam etdirdikdən sonra, alban feodalları ilə birgə 337-ci ildə Erməni çarlığına hücum etmiş və ölkənin paytaxtı Valarşapatı bir il əlində saxlamışdır. Romalıların köməyinə arxalanan ermənilər bir il sonra əks hücuma keçmiş və Sanatruku Erməni çarlığından çıxara bilmişlər. Döyüşlərin birində Sanatruk həlak olmuşdur.
Baxmayaraq ki Musa Kalankatlının təqdim etdiyi Alban Arşakilərinə aid siyahıda[1] Sanatrukun adı yoxdur, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |