Bu məqalə Hovannes ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Müaviyə — Albaniya knyazı və Səhl ibn Sunbatın oğlu. 837-ci ildə Babəkin qardaşı Abdullanı ərəblərə təslim etdiyi üçün ona yüz min dirhəm mükafat verilmişdir (eyni vaxtda atası Səhl isə Babəkin özünü ərəblərə təslim etdiyi üçün bir milyon dirhəm və başqa mükafatlar almışdır)[1].
Müaviyə | |
---|---|
Şəxsi məlumatlar | |
Atası | Səhl ibn Sunbat |
Dini | xristian |
Mənbələrdə 854-cü ildə Buğa əl-Kəbir tərəfindən tutularaq Samirəyə göndərilmiş yerli hakimlərin adları sırasında "Arran patriki Müaviyə ibn Səhl ibn Sumbat"nın da adı çəkilir[2][3], lakin digər bir mənbədə Samirəyə göndərilənlərin adları arasında Müaviyənin adı yoxdur, əvəzində atası Səhlin adı var[4].
Bəzi müasir erməni tədqiqatçıları Müaviyəni Xaçın knyazı hesab edirlər və Albaniya knyazı Hovannes ilə eyniləşdirməyə cəhd edirlər[5][6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |