İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın oğlu idi.
İşxan Əbu Əbdülmalik | |
---|---|
Şəki hökmdarı (ranların çarı – [1]) | |
ən tezi 1044 – ən tezi 944-dən ən geci 1110-cu ilə qədər | |
Əvvəlki | Atrnerseh |
Sonrakı | Dinar |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 951 |
Atası | Atrnerseh |
Anası | Dinar |
X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi(ru) yazır ki, Х əsrin 40-cı illərində Albaniyada
hökmdar Atrnersehin oğlu, mömin çar mübarək Hammamın nəvəsi İşxannik padşahlıq taxtına oturdu.
İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır[2].
“Kartli salnaməsi”ə görə
Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin(en) bacısının oğlu idi, onun anası Dinar, onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[3].
İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş[4].
Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir.
Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir[5].
Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir.
“Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat(ru) (1008–1014/15[qeyd 1]) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür[6].
Yuxarıda qeyd edildiyi kimi, çariça Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[7].