Yesuagen

Yesuagen (yaxud EsuagenAsuagen) — Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər.[3] II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu.

Yesuagen
bayraq
Qafqaz Albaniyasının VII çarı (Arşakilər)
424 – 444
ƏvvəlkiAsay
SonrakıII Vaçe
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir[2]
Vəfat tarixi
Atası Asay yaxud Satoy [1]
Anası III Şapurun bacısı
Həyat yoldaşı II Yezdəgirdin bacısı
Uşaqları II Vaçe
Xoçkorik
III Vaçaqan
Adsız bir qız
Ailəsi Alban Arşakiləri[2]
Dini Alban Həvari Kilsəsi

Moisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur:

  1. II Vaçe — taxtda onu əvəz etmişdi
  2. Xoçkorik — qeyri-qanuni oğlu idi
  3. III Vaçaqan
  4. Adsız bir qız — Girdman knyazı Barzabod Mehrani ilə evlənmişdi.

Yesuagenin nişanı

[redaktə | mənbəni redaktə et]

Yesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S.Y.Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir.[4] Möhür ay ilahəsi ilə əlaqəlidir.[5]

  1. Mürtəzalı Hacıyev, Asvagenin möhrü məqaləsi
  2. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  3. Moisey Kalankatlı. Alban ölkəsinin tarixi, VI
  4. Intailles sasanides de la collection Pirousan Monumentum H.S. Nyberg III. Teheran — Liege, 1975, p.17, pl. I, fig. 22
  5. S.Y.Qasımova — Le sceau du Catolicos d`Albanie et du Balasagan Studia Iranica. T. 20, fasc. 1, 1992, p.31–32