Varaz Qriqor

Varaz QriqorMehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi.[2] Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi.[3] Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir.

Varaz Qriqor
628 – 642
ƏvvəlkiIII Vaçaqan (müstəqil Albaniya hökmdarı olaraq)
Sema Vişnasp (Albaniya mərzbanı olaraq)
SonrakıCavanşir
ƏvvəlkiII Vard
SonrakıCavanşir
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi ?
Atası II Vard
Anası ?
Həyat yoldaşı Huriduxt
Uşaqları Varaz Peroz
Cavanşir
Yelena Mehrani
Yezad Xosrov
Varazman
Ailəsi Mehranilər[1]
Dini Xristianlıq

Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi. Övladları:

  1. Varaz PerozCavanşir ilə birlikdə İrana qarşı üsyan etmişdi.
  2. Cavanşir — Albaniyanın XI çarı
  3. Yelena Mehrani — türk əsilli Cavidanla evlənmişdi.
  4. Yezad XosrovCavanşir ilə birlikdə İrana qarşı üsyan etmişdi.
  5. Varazman
  1. Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. Kiril Tumanov, Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle : Tables généalogiques et chronologiques
  3. Musa Kalankatlı, Alban tarixi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]