Alban çarı (Satinikin atası)

Adı bilinməyən alban çarı qızı Satiniki Erməni çarı Artaksesə ərə vermişdir. Bu haqda məlumat "Alban ölkəsinin tarixi" əsərində verilmişdir.

"Alban ökəsinin tarixi" əsərində

[redaktə | mənbəni redaktə et]

Artakses Yervanda hücum edəndə, Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə (Sevan) gölünün sahilinə gəlib və onların köməyi ilə Yervandan qovub, Erməniyyəni işğal edir. Elə bu vaxtlarda albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb, nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses də öz ordusunu yığır və onlara qarşı çıxaraq, Kür qırağında düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının oğlu Artaksesin əlinə əsir düşür. Çar oğlunun əvəzinə o, bacısını, Satinik adlı çar qızını alır və sülh bağlayaraq Erməniyyəyə qayıdır. Az bir vaxtdan sonra Satinikin atası vəfat edir və taxtını bir qəsbkar tutub, qızın qardaşını ölkədən qovur. Artaksesin Sibat adlı mürəbbisi qəsbkarı qovub, taxtı Satinikin qardaşına qaytarir, özü isə böyük qənimətlə və çoxlu əsirlərlə Erməniyyəyə qayıdır.[1]

"Şəhid Suxias və əsgərləri" əfsanəsində

[redaktə | mənbəni redaktə et]
Şəhid Suxias və əsgərləri

Hadisə 123-cü ildə (yaxud 130, İveron monastırı qeydlərinə görə isə 100-cü ildə) baş verir. Alban hökmdarı (adı verilmir) öz qızı Satenikanı nişanlısı Ermənistan hökmdarı Artaksar (88–123) ilə evləndirmək üçün cehizlərlə yüklü karvanla birlikdə Artaşat şəhərinə yollayır. Karvanın içində hökmdarın Baqadras adlı sərkərdəsi və 16 əsgər şahzadəni qorumaq üçün yerlərini almış olurlar.

Yolda gedərkən Bizanslı bir rahib olan Xrisos ilə qarşılaşırlar. Xrisos sərkərdə və əsgərləri xaç suyuna salaraq xristian adlarını verir. Baqadras adını dəyişib Suxias qoyur. Əmrindəki əsgərlər də Andreas, Anastasius, Talale, Fyodor, İvkirion, İordan, Kondrat, Lusian, Mimnan, Nerenci, Polievkt, Yaqub, Foka, Domenti, Viktor və Zosima adlarını götürərək xristian dininə girirlər.

Xrisos özü bütpərəstlər tərəfindən öldürüldükdən sonra Suxias özü dini yaymağa başlayır. Əsgərlərlə birlikdə Sukaketi dağında, Baqrevandi kəndinin yaxınlıqlarında məskən salırlar. Asketik həyat tərzi sürməyə başlayırlar.[2]

Paralel hekayələr

[redaktə | mənbəni redaktə et]

"Artaşes və Satenik"

[redaktə | mənbəni redaktə et]

Erməni tarixi kitabında Albaniya çarının yox, alanların çarının qızı olan Satenikin I Artaksias ilə evlənməsi haqqında məlumat vardır.[3]

  1. Moisey Kalankatuklu — Alban ölkəsinin tarixi Arxivləşdirilib 2015-08-16 at the Wayback Machine/qədim erməni dilindən təcümə akad. Z. M. Bünyadov, Bakı, 2006.
  2. The Orthodox Church in America. "Martyr Suchias and his Soldiers in Georgia (tərcümə edən: Cavid ağa)". 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.
  3. Movses Khorenatsi. History of Armenia, 5th Century (Հայոց Պատմություն, Ե Դար). Annotated translation and commentary by Stepan Malkhasyants. Gagik Sargsyan (ed.) Yerevan: Hayastan Publishing, 1997, 2.50, p. 165. ISBN 5-540-01192-9.