1872-ci ildə dərc olunmuş və 1869-cu iləhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsininİlisu naibliyinə daxil olan Qaxmuğal kəndində milli tərkibi muğallardan ibarət 95ailə yaşayırdı.[1] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Qaxmuğal oyk., miir. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin adı Qax şəhərinin adından və muğal etnonimindən ibarətdir. XIII əsrdəmonqollann (yaxud muğalların) içərisində Azərbaycana gəlmiş türkdillitayfaların müəyyən hissəsi Qax ərazisində məskunlaşdıqdan sonra ətrafda yaşayan avarlar onları və o cümlədən yerli azərbaycanları ümumi adla muğal adlandırmışlar. Sonralar muğal adı həmin r-ndakı bütün azərbaycanlara şamil edilmişdir. Ona görə Qaxın azərbaycanlar yaşayan hissəsi Qaxmuğal, digər hissəsi isə Qaxingiloy (Qaxın ingiloylar yaşayan hissəsi) adlanmışdır. Sonralar bu hissələr müstəqil yaşayış məskəninə çevrilmişdir. Hazırda kənd Qax şəhəri ilə birləşib.[3]
↑Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
↑"Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 138