Meşəbaş

MeşəbaşAzərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy inzibati ərazi vahidində kənd.

Meşəbaş
41°24′32″ şm. e. 46°52′28″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 430 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 382 nəf.
Xəritəni göstər/gizlə
Meşəbaş xəritədə
Meşəbaş
Meşəbaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasınınZaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Meşəbaş kəndində milli tərkibi ingiloylardan ibarət 16 ailə yaşayırdı.[1]
  • 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 171 nəfər əhali yaşayırdı.[2]
  • 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 102 təsərrüfatda hər iki cinsdən toplam 382 nəfər əhali yaşamaqdadır.[3]

Meşəbaş oyk., mür. Qax r-nunun Qax İngi- loy i.ə.v.-də kənd. Kürmük çayı dərəsindədir. Keçmiş adı Meşəbaşı olmuşdur. Oykonim meşə və başı (yəni yuxarısı, yuxan hissəsi) sözlərindən ibarət olub, "meşənin üstü, yuxansı" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Sultan Əhmədxan Xəlilbəy meşəsinin üstündə Meşəbaşı adlı yerdə 20 ingiloy ailəsini məs- kunlaşdırması nəticəsində yaranmışdır. Kənd öz coğrafi mövqeyinə görə belə adlandınl- mışdır.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.
  1. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
  2. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А. А. Эльзенгера и Н. П. Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е. И. В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 158
  3. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427