Qaxmuğal — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Qaxmuğal | |
---|---|
41°25′56″ şm. e. 46°58′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qaxmuğal oyk., miir. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin adı Qax şəhərinin adından və muğal etnonimindən ibarətdir. XIII əsrdə monqollann (yaxud muğalların) içərisində Azərbaycana gəlmiş türkdilli tayfaların müəyyən hissəsi Qax ərazisində məskunlaşdıqdan sonra ətrafda yaşayan avarlar onları və o cümlədən yerli azərbaycanları ümumi adla muğal adlandırmışlar. Sonralar muğal adı həmin r-ndakı bütün azərbaycanlara şamil edilmişdir. Ona görə Qaxın azərbaycanlar yaşayan hissəsi Qaxmuğal, digər hissəsi isə Qaxingiloy (Qaxın ingiloylar yaşayan hissəsi) adlanmışdır. Sonralar bu hissələr müstəqil yaşayış məskəninə çevrilmişdir. Hazırda kənd Qax şəhəri ilə birləşib.[3]
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |