Çüdüllü

ÇüdüllüAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Çüdüllü
41°26′37″ şm. e. 46°46′37″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qax rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 382 (2013) nəfər
Xəritəni göstər/gizlə
Çüdüllü xəritədə
Çüdüllü
Çüdüllü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çüdüllü oyk., düz. Qax r-nunun Turaclı i.ə.v.-də kənd. Tədqiqatçılar oykonimi çudul (avar dilində "xarabalıq, sahibsiz yer") sözü əsasında "sahibsiz yer" kimi izah edirlər. Əslində, çu (at) və dul (yer, dərə) komponentlərindən ibarət olan bu oykonim "atxana", "at saxlanan yer" mənasındadır. Qəbələ rayonundakı Tövlə oykoniminin sinonimidir. Kənd vaxtilə salındığı ərazinin adını daşıyır. 1728-ci ildə İrəvan quberniyasının İqdır nahiyəsində eyniadlı kənd qeydə alınmışdır.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Coğrafi mövqe baxımından çox zəngindir. Beləki, Rusiya sərhədlərinə qədər uzanan zəngin meşə örtüyü vardır. Meşələrində Qoz, Fındıq, Şabalıd, Cökə, Göyrüc, Palıd və digər ağaclarla zəngindir. Meşə heyvanlarından Yunut, Canavar, Çaqqal, Tülkü,Qırqovul, Bildirçin və.s heyvanlar yaşayır. Havası təmiz və nisbətən rütubətlidir. Böyük fındıq sahələri var.

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 111 təsərrüfatda hər iki cinsdən toplam 382 nəfər əhali yaşamaqdadır.[2]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]