Şotavar

ŞotavarAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Şotavar
41°23′12″ şm. e. 46°42′31″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.008 nəf.
Xəritəni göstər/gizlə
Şotavar xəritədə
Şotavar
Şotavar

Oykonim şato (etn.) və var (İran dillərində "yaşayış yeri", "möhkəmləndirilmiş yer", "qala", "çəpər") komponentlərindən ibarət olub, "şatoların kəndi" mənasındadır.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.

1872-ci ildə nəşr olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin Qarasu naibliyinə daxil olan Şotavar kəndində milli tərkibi muğallardan ibarət 35 ailə yaşayırdı.[2] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin etnik tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstan xalqlarının nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdir.

14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Əlibəyli kənd cəmiyyəti tərkibinə daxil olan Şotavar kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan[3] (42 evdə 126 nəfəri kişilər və 136 nəfəri qadınlar olmaqla toplam 262 nəfər) və avarlardan (14 evdə 46 nəfər kişilər və 42 nəfəro qadınlar olmaqla toplam 88 nəfər) ibarət 350 nəfər (172 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhali yaşayırdı.[4] Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdir.

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 1081 nəfər əhali yaşamaqdadır.[5]

Hazırda kənd əhalisi tamamilə etnik Azərbaycan türklərindən təşkil olunmuşdur.[6][7][8]

  1. Şotavar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  2. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
  3. Qeyd: azərbaycanlılardan
  4. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
  5. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2016-03-12 at Archive.today
  6. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat. .
  7. "OĞUZ BOYLARINDAN: SALUR – Yeni Ufuk Dergisi" (türk). 2018-12-13. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  8. "Macarıstandan Kəşmirə qədər yayılmış qədim türklər - Muğallar". Yeni Azərbaycan (ingilis). 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.