WATCH

watch1

n I saat (cib, qol); to wind / to set a ~ saatı qurmaq; My watch is fast / slow Mənim saatım qabağadır / geri qalır; by / on my ~ mənim saatımda; He set his watch by mine O, saatını mənimki ilə qurdu / düzəltdi; My watch has run down Mənim saatım dayanıb

n II 1. (over) diqqət, göz olma; müşahidə etmə; to keep a ~ over smb. / smth. 1) bir kəsə / bir şeyə göz qoymaq; The sentry was keeping watch Gözətçi diqqətlə nəzarət edirdi / göz qoyurdu; 2) bir kəsi / bir şeyi güdmək / gözətləmək; the night ~ gecə gözətçisi; 2. məc. ayıq qalma, yatmama; oyaqlıq;

◊ to pass as a ~ in the night iz qoymadan keçib getmək; ~ and ward 1) ciddi / möhkəm güdmə; 2) gecə-gündüz güdmə / göz qoyma

watch2

v 1. göz qoymaq, izləmək, müşahidə etmək; Watch that he doesn’t fall Gözlə ki, o yıxılmasın; 2. baxmaq; to ~ TV televizora baxmaq; 3. keşik / qarovul çəkmək, mühafizə etmək; Could you watch my clothes while I have a swim Mən çiməndə (mənim) paltarıma baxa bilərdinmi / bilərdinizmi?; 4. otarmaq; The shepherd was watching his sheep Çoban qoyunlarını otarırdı; 5. ayıq-sayıq olmaq, özünü gözləmək; ehtiyatlı olmaq; fikir vermək (özünə); Watch what you say! Nə dediyinə fikir ver!; 6. növbətçilik etmək (xüs. gecə); to ~ with a sick person, to ~ at smb.’s (bed) side xəstənin yanında / xəstənin çarpayısı yanında növbətçilik çəkmək; 8. yatmamaq, oyaq qalmaq; Watch and pray! Yatmayın və dua edin!; to ~ for gözləmək; She watched for her chance to speak O danışmaq üçün fürsət gözlədi; to ~ out amer. özünü gözləmək, ayıq-sayıq olmaq; Watch out! There is a car coming Özünü / Özünüzü gözlə / gözləyin, maşın gəlir; Watch out for the dog! İtdən özünü gözlə!; to ~ over mühafizə etmək, keşik çəkmək, baxmaq; Watch over my clothes, please! Zəhmət olmasa, paltarlarımda göz ol / olun!;

◊ A watched pot never boils ≅ Gözləyəndə vaxt uzanır; to ~ one’s step 1) ehmal yerimək; 2) ehtiyatla hərəkət etmək

WASTY
WATCH-BOAT
OBASTAN VİKİ
Watch
"Watch" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. 29 iyun 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən mini-albomun üçüncü sinqlı olaraq buraxılıb.
Apple Watch
Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur. 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır. "Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim edir. Onlardan hər biri "Apple" tərəfindən "Series" olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan "Series 1" və "Series 2" adlı iki seriyaya bölünüb. 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür. 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.
Watch Dogs
Watch dogs - Ubisoft Montreal tərəfindən hazırlanan, Ubisoft tərəfindən satışa çıxarılan açıq-dünya aksion-macəra oyunudur. Bu oyun 27 may 2014-cü il tarixində satışa çıxarılmışdır. Oyundakı hadisələr Amerikanın Çikaqo şəhərində cərəyan edir. Baş qəhrəman Aiden Pearce yüksək ixtisaslı hackerdir. O şəhərin operativ sistemi ilə əlaqədar olan və onları kontrolda saxlamaq üçün lazım olan hər bir cihaza çıxış əldə edə bilir. Bu oyunun şüarı belədir: "Hər şey qarşılıqlı təsir ilə biri o birinə bağlıdır, əlaqə - bu gücdür". Watch dogs-da olacaq bütün hadisələr açıq dünyada olacaq. Həmçinin, Gameplay özündə gizli elementləri - mobil əlaqəni, işıqforları, idarə etməni, müşahidəni cəmləşdirir. Bu oyun təkcə tək oyunçulu deyil, həm də korporativ çox oyunçulu rejimdə də mövcuddur.
Human Rights Watch
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi‎) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib. == Tarixi == Human Rights Watch 1978-ci ildə hökumətin 1975-ci il Helsinki Sazişlərinə riayət etməsinə nəzarət etmək üçün Sovet blokunun hər yerində formalaşmış vətəndaş qruplarını dəstəkləmək üçün nəzərdə tutulmuş Helsinki Watch təşkilatının yaradılması ilə başlayıb. Sovet İttifaqı və Şərqi Avropada insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etməklə Helsinki Watch 1980-ci illərin sonlarında baş verən demokratik dəyişikliklərə töhfə verib. Americas Watch 1981-ci ildə Mərkəzi Amerikanı qanlı vətəndaş müharibələri bürüyərkən yaradılıb. Geniş faktların araşdırılmasına əsaslanaraq, Americas Watch hökumət qüvvələri tərəfindən sui-istifadə hallarına, həm də üsyançı qrupların müharibə cinayətlərini araşdırmaq və ifşa etmək üçün beynəlxalq humanitar hüququ tətbiq etdib. 1980-ci illərdə sürətlə ardıcıl olaraq Asia Watch (1985), Africa Watch (1988) və Middle East Watch (1989) o zamanlar "The Watch Committees" kimi tanınan sistemə əlavə edildi.
Watch My Dance
Watch My Dance — 2011 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
Somebody's Watching Me
Somebody's Watching Me – Rockwell və Maykl Ceksonun birgə ifa etdiyi mahnı. Mahnı ABŞ və Avropa ölkələrində böyük uğur qazanmış, 1984 – cü ildə Billboard Hot 100 – da ikinci yerə Billboard R&B singles – da birinci yerə, UK Singles Chart – da isə altıncı yerə kimi yüksəlmişdir. Somebody's Watching Me Rockwellin yaradıcılığında ən pik zirvə olmuşdur. Belə ki, bu mahnıdan sonra onun müəyyən qədər məşhurlaşan mahnısı "Obscene Phone Caller" olmuşdur ki, o da Billboard Hot 100 – də yalnız otuz beşinci yerə kimi yüksələ bilmişdir. İlk ifadan sonra "Somebody's Watching Me" mahnısına dəfələrlə müxtəlif ölkələrdən olan musiqiçilər tərəfindən müraciət olunmuş, mahnının yeni versiya və remixləri yaradılmışdır. İsveçrəli məşhur dj. DJ BoBo 1992-ci ildə mahnıya müraciət etmiş və sinql şəklində satışa buraxmışdr. DJ BoBonun işlədiyi yeni versiya İsveç və İsveçrədə birinci, Almaniyada dürdüncü, Avstriya, Niderland və Norveçdə üçüncü, Avstraliyada isə on üçüncü yerə kimi yüksələ bilmişdir. Kompozisiyaları CD Single Somebody Dance With Me (Radio Mix) Somebody Dance With Me (Club Mix) Uh-Uh! (Deejay Remix) Somebody Dance With Me (Live In Switzerland) Remix – CD-Maxi Fresh 1240 Somebody Dance With Me (Remix) Move Your Feet Somebody Dance With Me (Live In Switzerland) Remix Italien – CD-Maxi DWA 0097 Somebody Dance With Me (Heaven Trouble Remix) Somebody Dance With Me (Radio Mix) Somebody Dance With Me (Club Mix) Uh-Uh!