"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi.
İki nəfərlik vağzal | |
---|---|
rus. Вокзал для двоих | |
Janr | melodram |
Rejissor | Eldar Ryazanov |
Ssenari müəllifləri |
Emil Braginski Eldar Ryazanov |
Baş rollarda |
Lüdmila Qurçenko Oleq Basilaşvili |
Operator | Vadim Alisov |
Bəstəkar | Andrey Petrov |
Rəssam | Aleksandr Borisov |
İstehsalçı | "Mosfilm" kinostudiyası |
Distribütor | Mosfilm, Netflix |
İlk baxış tarixi | 11 fevral 1983[1], 8 may 1983[1], 28 oktyabr 1983[1], 3 noyabr 1983[1], 24 fevral 1984[1], 6 sentyabr 1984[1], 20 fevral 1985[1], 12 oktyabr 1985[1], 12 mart 1987[1] |
Filmin növü | bədii film |
Müddət | 141 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1982 |
Rəng | rəngli |
Çəkiliş yeri | Lyubertsı, Moskva |
IMDb | ID0084873 |
Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.
Platonun yadına saldığı həmin gün o, atası ilə görüşmək üçün Moskva-Alma-Ata qatarında Qriboyedova gəlir. Zastupinsk orta stansiyasında qatar 20 dəqiqəlik dayanır. O, nahar eləmək üçün vağzalın yanındakı restorana gəlir. Verilən nahar isə o qədər iyrənc olur ki, o, yeməyini yemir və getmək istəyir. Lakin ofisiant qız Vera ondan yeməyin pulunu istəyir. Platon heç nə yemədiyini deyir. Söhbət çox çəkir və Platon qatara gecikir.
Növbəti qatarı gözləyən Platon bələdçi Andreyin sevgilisi Veranın yanına gəldiyini görür. Andrey Veraya iki çamadan yemiş gətirib. Andrey Veranı da götürüb kupeyə çıxır. Bu müddətdə Platondan yemişlərə baxmağı xahiş edir. Yemişləri oğurlamaması üçün Andrey Platondan pasportunu girov istəyir. Qatar gedəndə Andrey sənədi qaytarmağı yaddan çıxarır. Belə vəziyyətdə Platon növbəti qatara minə bilməz və iki gündən sonra Andrey gələnə qədər Zastupinskdə gözləməyə məcburdur.
Bütün günü Platon və Vera bir neçə dəfə vağzalda rastlaşırlar. Vera Platonun qatara minə bilməməsində özünü günahkar bilir. Onlar barışırlar. Axşam Vera sonuncu avtobusa gecikir və Platonla vağzalda qalmalı olur. Gecə vağzalda yatan vaxt Platonun portmanatını oğurlayırlar. Platon həm sənədsiz, həm də pulsuz qalır. Pul qazanmaq üçün o, bazarda həmin yemişləri satmalıdır. Axşam Platon Veranı restorana dəvət edir və pianoçu işləyib qazandığı pulla hesabı ödəyir.
Platon Veraya televizorda canlı yayıma çıxan arvadını göstərir. O, arvadının avtomobil sürən vaxt bir nəfəri vurmağından danışır. Platon bütün günahı öz boynuna götürür. İndi Platon verdiyi iltizama əsasən, yaşadığı yerdən kənara çıxmamalıdır. O isə ağır xəstə olan atası ilə görüşmək üçün gizli Qriboyedova gedirdi. Çünki Platon, azadlığa buraxılandan sonra atasını sağ görə bilməyəcəyindən qorxurdu. Vera dözə bilmir və gizli Platonun arvadına zəng edir. Platonun arvadı öz günahını inkar edir və hər şeyi ərinin üstünə atır. Restorandan sonrakı gecəni Platon və Vera bir yerdə keçirirlər.
Növbəti səhər Andrey gəlir və Platonun pasportunu qaytarır. Vera Andreyə onu Platona görə atdığını deyir. Andrey və Platon arasında vuruş başlayır və polisin gəlməsi ilə qurtarır. Andreyi tuturlar, Platon isə Zastupinskdən gedir.
Bununla da Platonun xatirələri qurtarır. O, artıq qəsəbəyə çatıb. Arvadı ilə görüşəcəyi daxmanı tapanda Platon görür ki, əslində onu görməyə gələn Veradır.
Platonun səhər yoxlamasına gecikməyə ixtiyarı yoxdur və gecikmə qaçış kimi başa düşüləcək. Lakin saatın zəngini nə Platon, nə də Vera eşidir. Onlar yoxlamaya cəmi 20 dəqiqə qalmış yuxudan dururlar. Platon həbsxanaya 10 kilometr qaçmalıdır. O, özü ilə həm də ağır akkordeonu aparır. Vera sevdiyi insanı atmaq istəməyib onunla birlikdə qaçır. Həbsxanaya çatmağa lap az qalıb, amma onların artıq gücü yoxdur. Bu vaxt Vera Platona akkordeonda çalmağı təklif edir. Bu səs həbsxananın həyətində eşidilir və Platonun səhər yoxlamasında iştirak etməsi nəzərə alınır.