Çay Qurbançı

Çay QurbançıAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.[1]

Çay Qurbançı
40°36′41″ şm. e. 49°00′05″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çay Qurbançı xəritədə
Çay Qurbançı
Çay Qurbançı

Çay Qurbançının əhalisi türk mənşəlidir. Əsasən heyvandarlıqla məşğul olmuşdur. Çay Qurbançının əvvəli Qurbançı kəndi yaxınlığında olan Şəhərgahla əlaqəlidir. Çay Qurbançının Molla İsa qəbiristanlığı vardır. Bu qəbiristanlığın olması burada uzun müddət yaşayış olduğunu göstərir. Qurbançı kəndi təqribən 200 il əvvəl buradan köçən əhali hesabına formalaşmışdır. Sovetlər vaxtı (təqribən 1930-cu illərdə) Çay Qurbançı ayrıca kolxoz olmuşdur.

Etnotoponimdir. Oykonim çay və Qurbançı (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Qurbançı kəndi" mənasındadır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 65 nəfər əhali yaşayır.[3]

  1. "Qobustan rayonu: İnzibati ərazi dairələri". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
  2. Çay Qurbançı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629