Ərəbşalbaş

Ərəbşalbaş (əvvəlki adı: Ərəbcəbirli) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qobustan rayonunun Ərəbşalbaş kəndi Leninabad kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərəbşalbaş kənd Soveti yaradılmışdır.[1]

Ərəbşalbaş
40°37′12″ şm. e. 48°45′48″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 875 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ərəbşalbaş xəritədə
Ərəbşalbaş
Ərəbşalbaş

Kənd 1853-cü ildə yaradılmışdır.

Kəndin keçmiş adı Ərəbcəbirli olmuşdur. 1853-cü ildə 50 ailədən ibarət olmuş ərəbcəbirli tayfası Şalbaş adlı xəzinə torpağında məskunlaşdığına görə belə adlandırılmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Sündü yaylasında yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4195 nəfər əhali yaşayır.[3]

Kənddə "Hacı Gülmalı" məscidi dini icması fəaliyyət göstərir.[4]

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
  2. Ərəbşalbaş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]