Göydərə (Qobustan)

GöydərəAzərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd.[1]

Göydərə
40°25′06″ şm. e. 48°56′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Göydərə xəritədə
Göydərə
Göydərə

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd coğrafi mövqeyinə görə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərbində yerləşir. Göydərə kəndi insan sağlamlığı üçün vacib olan son dərəcə rütubətsiz və əlverişli quru iqlim şəraitinə malikdir. Kəndin dəmyə torpaqlara və geniş otlaq sahələri var.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.[2]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • İlqar Məmmədov — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri.
  • Telman Güləliyev — biologiya elmləri namizədi.
  • Ağaseyid Camalov — cərrah.
  • Vəli Vəliyev — iqtisad elmləri namizədi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilikheyvandarlıq təşkil edir.

Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərir[3].

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 70" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)