Sündü — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.
Sündü | |
---|---|
40°37′36″ şm. e. 48°49′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Qobustan şəhərindən 95 km şərqdə, Sündü platosunda yerləşir. Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir.
Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub. Kənd 1918-ci ilin qanlı mart hadisələrindən — erməni təcavüzündən, soyqırımdan da yan keçməyib, daha çox əziyyət çəkib, dəhşətli itkilərlə üzləşib. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanın bir çox bölgələrində olduğu kimi Sündü kəndində də ermənilər misli görünməyən vəhşiliklər törədiblər.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin avqust ayında yaradılan komissiya tərəfindən soyqırım faktları araşdırılmışdır. Soyqırımı olan kəndlərdə yerli əhali ilə görüşərək iclaslar keçirən və həmin iclasları rəsmi şəkildə protokollaşdıran həmin komissiyanın üzvləri 1918-ci il noyabr ayının 8-də Sündü kəndində də görüş keçirmiş, görüş və hadisələr protokollaşdırılmışdır. İclasın protokolundan görünür ki, 1918-ci ilin aprel ayında, yəni soyqırım törədilən zaman Sündü kəndində 433 ev olmuş, əhalinin sayı 2.553 nəfər təşkil etmişdir. Ermənilərin törətdikləri soyqırım zamanı 198 ev yandırımış, 295 nəfər qətlə yetirilmişdir. Kəndin qocaman sakini Səbzalı kişinin xatirələrindən: "
Ermənilər ilk dəfə şimal istiqamətindən hücum ediblər. Erməni-bolşevik hakimiyyətinin rəhbəri Stepan Şaumyanın planı əsasında Bakıdan gələn Qozlu-Xilmilli istiqamətində cəmləşən erməni silahlı dəstələri 1918-ci ilin aprel ayında Sündü kəndində belə qanlı hadisələr törətdilər. XIX əsrdə Xilmilli kəndinə Rusiyadan köçürülən malakanlar (ruslar) həmin hadisələr zamanı ermənilərə kömək ediblər. |
İlk qurbanlarımız Sündü kəndi ilə Xilmilli kəndi arasındakı “Dikdaş” adlı ərazidə olub. Qoçalı Cəbi oğlu və onun həyat yoldaşı Töhfə adlı qadın öz torpaq sahələrində işləyən zaman erməni hücumuna məruz qalıblar. Sonra Sündü kəndi top atəşinə tutulur. Əhali silahsız olduğuna görə yalnız qaçmaqla canlarını qurtarmağa çalışırlar. Lakin silahlı erməni dəstələri onları təqib ediblər. Yaşlı insanlar, azyaşlı uşaqlar kütləvi şəkildə qətlə yetiriliblər". Əhalinin qaça bilən hissəsi "Acıdərə" adlanan yer vasitəsilə qaçıb Kurdəmirə, oradan isə Azərbaycan Xalq Cümhuruyyətinin fəaliyyət göstərdiyi Gəncə şəhərinə gedib çıxıblar. Yalnız Türk İslam Ordusu Bakını azad etməyə gələndən sonra yerli əhali öz döğma yurdlarına qayıdıb. Bütün bu məlumatlar Azərbaycan Dövlət Arxivində 1061 nömrəli fondda yerləşir.
1937-ci ildə Sündü kəndi də sovet hökumətinin işgəncə terrorundan qurtula bilmir. Həmin ildə kənddən 15 nəfər sürgün edilmişdi. Kənd məktəbinin müəllimi Fariq Məmməd oğlun Həsənovun dediklərindən: "Atam danışırdı ki, o vaxt qaça bilməyən və onu aparmaq çətin olan yaşlı bir qadını həyətdə taxıl saxlamaq üçün istifadə olunan quyuda gizlədiblər. Əhali "Qəzənfər" adlanan yerdə, mağaralarda gizlənib. Ermənilər bu ərazini tərk edəndən sonra yenidən kəndə qayıdıb quyudakı həmin qadını da xilas ediblər. Babam Bağı kişi İslam Türk Odusunun bu ərazilərdən keçərək Bakıya doğru uğurlu yürüşünü xatırlayırdı. Başqa bir faktı qeyd edim ki, həmin hadisələr zamanı Umuleyla qadın danışırdı ki, onun yeganə bir körpəsi olub, o, uşağını götüb qaçırmış. Yolda ermənilər onun əlindən körpəsini alaraq gülələyiblər. Həmin qadın isə yalnız qaçaraq canını qurtara bilib. O qadın sonralar bu dəhşətli hadisıni hər zaman xatırlayırmış". Sündü kəndinin digər bir yaşlı sakini Nəcəfquliyev Boyükağa Əliağa öğlunun dediklərindən:
1918-ci il hadisələri haqqında atamdan eşitmişəm. O, inşaatçı olub. Həmin dövrdə Azərbaycana gələn türk qoşunları ilə təmasları olub. Bu regionda, Sündü və başqa qonşu kəndlərdə baş verən qanlı hadisələrin, erməni vəhşiliyinin canlı şahidi olub. Atam həmişə danışardı ki, həmin dəhşətli qırğının və faciənin qarşısının alınmasında Qafqaz İslam Ordusu böyük rol oynadı. Yoxsa dinc sakinlər erməni vəhşiliyinin qarşısının alınmasında aciz idi. |
Kənd Sündü platosundadır. Sinədi adının təhrif olunmuş formasıdır. Oykonim Azərbaycan dilindəki sinə (döş, yamac) və tat dilindəki di (kənd) sözlərindən ibarət olub, “yamacdakı kənd” mənasındadır. 1848-ci il məlumatına əsasən, həmin ərazidə Sündi icması da olmuşdur.[1]
Sündü kəndində 50 saylı Qobustan-Xızı-Quba Seçki Dairəsinin 23 saylı seçki məntəqəsi yerləşir. Azərbaycan Respublikası Prezidentinin seçkilərində, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə, Azərbaycan Respublikasının bələdiyyələrinə seçkilərdə və ümumxalq səsverməsində (referendumda) 50 saylı Qobustan–Xızı–Quba saylı seçki dairəsi (23 saylı Sündü kənd seçki məntəqəsi) üzrə kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması üçün Sündü kənd mədəniyyət evinin qarşısında açıq havada yer ayrılmışdır.
Kənddə Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov adına orta məktəb fəaliyyət göstərir. Qeyd: Azərbaycanın Milli Qəhrəmanı Şikarov Şikar Şükür oğlu əslən Sündü kəndindəndir, 1953-cü ildə anadan olmuşdur. Bakı Ali Ümumqoşun Komandirlər məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Rusiya ərazisində-Uzaq Şərqdə batalyon komandiri vəzifəsində xidmət etmiş, bundan sonra Frunze adına Hərbi Akademiyada akademik hərbi təhsil almışdır. Akademiyanı bitirdikdən sonra Almaniyadakı Sovet Qoşunları Qrupu tərkibində təkmilləşmə keçmiş, Kiyev Hərbi Dairəsinin hərbi hissələrindən birində qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycanda Qarabağın ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etmək məqsədilə vətənə qayıdır, Milli Ordunun yaradılmasında fəal iştirak edir. 1991-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 1-ci müavini təyin edilir. 1992-ci ilin martında cəbhəyə gedir, bir çox döyüş əməliyyatlarının hazırlanıb həyata keçirilməsində hərbi mütəxəssis kimi xidmətlər göstərir. Ömrünü ölkəmizin bütövlüyü uğrunda gedən mübarizəyə həsr etmiş Şikar Şikarov 1992-ci il iyunun 13-də Tərtər döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Həmçinin uşaq bağçası, mədəniyyət evi, kitabxana, kinoqurğu, xəstəxana, memarlıq abidələrindən məscid (X əsr), arxeoloji abidələrdən orta əsrlərə aid mağaralar vardır. 2019-cu il mayın 7-də prezident İlham Əliyev Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.[2]
Sündü kəndi Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Yayı quraq keçən mülayim isti iqlimin olması ilə səciyyələnir. Tez-tez Xəzri küləkləri (şimal-şərq) əsir, şərq və cənub–şərq tərəfdən isti küləklərin əsməsi də təsadüf edilir.
Sündü kəndinin əhalisi 2682 nəfərdir. Əhali milli tərkibinə görə Azərbaycan türklərindən ibarətdir, kənddə Azərbaycan türkcəsindən başqa hər hansı yerli dil və dialektdə danışılmır.
1918-ci ilin mart soyqırımında ermənilər tərəfindən Sündü kəndində 295 nəfər kənd sakini şəhid edilmişdi.
Əhalisi əkinçilik (dənli bitkilər, xüsusilə taxıl), üzümçülük və heyvandarlıqla məşğuldur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.
Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |