Poladlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.
Poladlı | |
---|---|
40°25′19″ şm. e. 48°49′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax r-nunun ərazisinə köçməsi haqqında da məlumat var.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1552 nəfər əhali yaşayır.[2]
Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |