Təklə Mirzəbaba

Təklə MirzəbabaAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kənd Sovetinin Təklə Mirzəbaba kəndi Ərəbşalbaş kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Təklə Mirzəbaba
40°37′38″ şm. e. 48°47′10″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 902 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Təklə Mirzəbaba xəritədə
Təklə Mirzəbaba
Təklə Mirzəbaba

Etnooykonimdir. XIX əsrdə Cavad qəzasında Həramidə yaşamış 110 ailədən ibarət təklə tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqələrindəndir. Mirzəbaba bu tayfanın başçısının adıdır.[2]

Kənd əhalisi XX əsrdə 101 ailə olmaqla Cavad qəzasından köçmüşdür. Mənşəcə sırf türk təkəli tayfasının Azərbaycandakı qalıqlarıdır. Təkəlilər — Oğuz tayfasının bir qoludur.

"Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Tərəkəmə təkləlilər tarixi zərurət üzündən gündoğanda və günbatanda məskunlaşmış, Bu tayfalar dünyanın bir çox ölkələrində, Antalyadan tutmuş Çinədək olan ərazilərdə özlərinə yurd-yuva qurublar. Təklə sözünün mənası "tək" "tənha", söz birləşmələrindən meydana gəlib. Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olub, Türkiyə ərazisində yaşayıblar. Dünyanın ən tanınmış istirahət mərkəzlərindən olan Türkiyənin Antaliya və Fethiyə arasındakı sahil boyu torpaqları Təklə eli kimi tanınır. 1514-ci ildə başlayan Osmanlı-Səfəvi müharibələri qısa fasilələrlə yuz il dəvam etmişdir. Bu dövrdə İran Azərbaycanına Səlcuq tayfaları ilə bərabər təklə tayfası da gəlmişdir. Beləliklə Təklə tayfasının bır hissəsi Cənubi Azərbaycan ərazisində yaşamağa başlayır. Azərbaycan xalqının etnogenezinin formalaşmasında iştirak edən Təklə tayfası igid, qorxmaz bir tayfa olub. Təkləlilər tayfasının Azərbaycana gəlməsi tarixini 15-ci əsrdən etibarən başlayıbdır. Onlar turk tayfaları arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynamışlar. Təklələr zamanla tirələrə bölünür və bu tirələrdən biridə Eyvazalı tirəsidir.

Təkəlilər tayfasının adı ilə səsləşən onomastik vahidlər bu gün də özünü qoruyub saxlamaqdadır. Azərbaycanın Bərdə rayonunda Türkmən, Xızı rayonunda Təkəli kəndi, Gürcüstanın Borçalı bölgəsində Marneuli rayonunda Təkəli kəndi, Qardabani rayonunda Ağ Təklə, Qara Təklə kəndləri və Ermənistanın Dərəçiçək bölgəsində Təkəli kəndi buna misal ola bilər.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir.

Kənd əhalisi 2000 nəfərdən çoxdur.

İqtisadiyytaı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əksəriyyəti əkinçilikmaldarlıqla məşğul olur.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
  2. Təklə Mirzəbaba // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]