Çeçenistan Milli Muzeyi

Çeçenistan Milli Muzeyi (ru: Национальный музей Чеченской Республики) — Qroznı şəhərində yerləşən muzey.[1] Çeçenistan ərazisində muzeyin beş filialı mövcuddur.

Çeçenistan Milli Muzeyi
Xəritə
Əsası qoyulub 1924
Açılış tarixi 7 noyabr 1924
Ölkə
Yerləşir Qroznı
43°19′30″ şm. e. 45°40′52″ ş. u.
nacmuzeychr.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çeçenistan Milli Muzeyinin əsası 7 noyabr 1924-cü ildə Qroznı Xalq Təhsil İdarəsi tərəfindən qoyulmuşdur. İlk dövrlərdə mədəniyyət və din tarixi kimi mövzularda fəaliyyət göstərən regional muzey idi. Mədəni dəyəri olan əşyaların kolleksiyaları buraya müxtəlif qurumlar tərəfindən gətirilmişdir. Numizmatika şöbəsi 1925-ci ilin fevralında açılmışdır. QroznıÇeçenistanın tarixinə dair sərgilər də fəaliyyət göstərir. Muzeyin yaradılması yerli kolleksiyaçı və muzeyin ilk direktoru Boris Skaliottinin köməyi ilə həyata keçirilmişdir.

1930-cu illərdə muzey tədqiqat institutuna çevrildi. 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri Çeçen-İnquş Muxtar Vilayəti adı altında birləşdirildi. 1936-cı ildə muxtar vilayət muxtar respublikaya çevrildi və muzey Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Yerli Mədəniyyət Muzeyi statusunu aldı.[2]

İkinci Dünya müharibəsi və sürgün dövrü

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsi illərində muzey öz işini dayandırmadı. 1950-ci illərin ortalarına qədər muzey Qroznı Regional Tarix Muzeyi kimi fəaliyyət göstərməyə davam etdi. Bu dövrdə muzeyin fondlarında 3356 əsər var idi.

Respulikanın bərpası dövrü

[redaktə | mənbəni redaktə et]

1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa olunduqdan sonra muzeydə Çeçen-İnquşiyanın iqtisadiyyat, təhsil və mədəniyyət sahələrindəki uğurlarını əks etdirən əsərlər sərgilənməyə başlandı.

1967-ci ildə muzey SSRİ Mədəniyyət Nazirliyinin diplomu ilə təltif edildi. 1973-cü ildə muzey RSFSC Mədəniyyət Nazirliyindən ikinci dərəcəli diplom aldı. Daha sonra muzeyin işi müxtəlif mükafatlarla təltif olundu. 1990-cı illərdə Çeçenistan Milli Muzeyi fondunda yerləşən 4000 əsərlə birlikdə Şimali Qafqazın ən böyük muzeylərindən biri sayılırdı.

1994-cü ildə Çeçenistan ərazisində iki regional muzey fəaliyyət göstərirdi. Bunlara Birləşmiş Çeçen Muzeyi və Çeçen Gözəl Sənətlər Muzeyi daxil idi.

Çeçen müharibələri

[redaktə | mənbəni redaktə et]

Bölgədəki silahlı qarşıdurmalar (Birinciİkinci Çeçen müharibəsi) Çeçenistan xalqının tarixi və mədəni irsi ilə birlikdə bölgədəki muzeylər üçün də mənfi nəticələrə səbəb oldu. Muzeylər tamamilə məhv edildi, muzey fondlarının təxminən 90% -i talan edildi və ya fonddakı əsərlər itirildi, milli muzeyin və Aslanbek Şeripov adına Tarix və Memorial Muzeyinin binaları zədələndi.

Muzeyin əsas binası mühüm mədəniyyət və tarixi abidələrini itirdi. İtkilər arasına Franz Roubaudun "General-mayor Sleptsovun Gehin meşəsində ölümü", Vasili Tropinin "Kitablı oğlanın portreti", Pyotr Vereşçaqinin "Mənzərə" və "Qafqaz", İvan Ayvazovskinin "Ay mənzərəsi", "Alhan-yurt" və İlya Repin "Ac" kimi əsərləri daxil idi.

Muzeyin etnoqrafik kolleksiyasından:

  • 68 ədəd çeçen istanqı;
  • 17-ci və 19-cu əsrlərə aid müxtəlif silah kolleksiyaları;
  • 19-cu əsrdə Çeçenistanda Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Şeyx Şamilin Uma Duyevə hədiyyə etdiyi möhürü və qılıncı;
  • Çeçenistanın və Şimali Qafqazın siyasi və hərbi lideri Aslanbek Şaripovun əşyaları;
  • arxeoloji tapıntılar

və daha çoxu[3] qarşıdurmalarda itirildi və muzeyə böyük maddi ziyan dəydi. İmperator Rəssamlıq Akademiyasında akademik işləyən ilk çeçen sənətkarı Pyotr Zaxarovun doqquz əsərindən yeddisi bu dövrdə itirilmişdir.[3]

Həmçinin aşağıdakı əsərlər oğurlanmışdır:

  • 18–19-cu əsrlərə aid 16 qiymətli metaldan istehsal olunmuş bəzəkli qılınc;
  • milli kişi və qadın geyim kolleksiyasından təxminən 200 əsər;
  • Qiymətli metallardan hazırlanmış at qoşqusu;
  • 77 ədəd 18–19 əsrlərə aid Avropa, rus və Şərq naxışları vurulmuş əsər;
  • Bütün muzey fondları haqqında məlumatları ehtiva edən 40 inventar kitabı;
  • 1947-ci ildən bəri respublika ərazisində aparılan 50 cildlik arxeoloji tədqiqatın hesabatı və oxşar digər oxşar əsərlər.[3]

Geriyə qalan muzey fondlarının birləşdirilməsi və vahid muzey siyasətinin aparılması zərurəti ilə əlaqədar olaraq Çeçenistan Dövlət Regional Muzeyi və Pyotr Zaxarov adına Çeçenistan Gözəl Sənətlər Muzeyi 1996-cı ilin oktyabrında Çeçenistan Milli Muzeyi adı altında birləşdirildi.

Müharibədən sonrakı dövr

[redaktə | mənbəni redaktə et]

2004-cü ildə Tretyakov qalereyasının köməyi ilə Qroznıda iki sərgi keçirildi. Beynəlxalq Muzeylər Şurasının Rusiya Komitəsinin nümayəndə heyəti respublikanın muzey statusunu araşdırdı və Çeçenistan Milli Muzeyinə aid veb saytın açılması və fəaliyyət göstərməsi üçün muzeyin lazımi avadanlıqla təmin edilməsini öhdəsinə götürdü.

18 may 2007-ci ildə, Beynəlxalq Muzeylər Günündə bərpa edilmiş muzey binasının təntənəli açılışı oldu. Həmçinin 2009-cu ildə Lev Tolstoy Ədəbiyyat və Etnoqrafiya Muzeyinin əsas binası bərpa edildi və ətrafında yeni əlavə binalar tikildi. Lermontov Ədəbiyyat Muzeyinin köhnə binasının təmir və bərpa işləri də başa çatdırıldı.

5 oktyabr 2012-ci il tarixində muzeyin yeni binasının açılış mərasimi baş tutdu.

2013-cü ilin dekabrında Çeçenistan Milli Muzeyi tərəfindən Şimali Qafqazın ilk məlumat və təhsil mərkəzi fəaliyyətə başladı. Mərkəz müasir kompüter texnologiyaları və milli sənət kolleksiyaları ilə Rusiyanın xaricdəki və Antarktidadakı layihələrində iştirak edən 135-ci informasiya və təhsil mərkəzi oldu.[4]

  1. Асталов В. А., Хамурзаев И. С. Музейная сеть Чеченской Республики в конце XX — начале XXI века. — Махачкала: АЛЕФ, 2014. — 196 с. — ISBN 9785438606161.
  2. Samatov, Renat; Krutih, Denis; Demin, Dmitri; Mansurova, Nadejda; Şulyugin, Vlad. "Национальный музей Чеченской Республики — Россия 10" Arxivləşdirilib 2013-08-19 at the Wayback Machine. stage1.10russia.ru. İstifadə tarixi: 2020–10–27.
  3. 1 2 3 "Национальный музей ЧР". 5 noyabr 2014 tarixində arxivləşdirildi. İstifadə tarixi: 27 oktyabr 2020.
  4. "Виртуальный филиал Русского музея открылся в Грозном" Arxivləşdirilib 2019-12-10 at the Wayback Machine. vestikavkaza.ru (ru). İstifadə tarixi: 2020–10–27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]