Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır.
Xədicə Alimə Hüma Xatun | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bursa |
Dəfn yeri | |
Həyat yoldaşı | II Murad |
Uşağı | II Mehmed |
Fəaliyyəti | əsilzadə |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi. Gənc yaşda vəfatından sonra oğlu şahzadə Mehmedin təlim-tərbiyəsi ilə atası II. Muradın digər qadını olan Mara Xatun maraqlanmışdır.