Çiləbürt monastırı – Ağdərə rayonunun Çiləbürt kəndi ərazisində, Çiləbürt qalası və Üç körpə monastırı yaxınlığında yerləşən tarix-memarlıq abidəsi.
Çiləbürt monastırı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ağdərə |
Yerləşir | Çiləbürt kəndi |
Tikilmə tarixi | XVIII əsr |
Vəziyyəti | qəzalı |
|
Çiləbürt monastırı Tərtər çayının sağ sahilində, Çiləbürt qalasının şimal-qərbində, qaladan 2 kilometr aralıda yerləşir.[1] Monastır regionun ən qədim və məşhur mədəni mərkəzlərindən biri olmuşdur. Kompleksə daxil olan tikililər – kilsə, rahib hücrələri və digər mülki tikililər XVIII əsrdə daha qədim tikililərin yerində inşa olunmuşdur.[1]
Çiləbürt monastırının başkilsəsi birnefli bazilika formasına malikdir. Monastırın iki tərəfli damı qoşa pilyastrlar tərəfindən dəstəklənir. Kilsənin giriş qapısı qərb divarında yerləşir. Cənub divarında iki, şərq və qərb divarlarında isə bir pəncərə yeri var.[1]
Kompleks ərazisində yeni tikililərin inşası zamanı daha qədim tikililərin daşlarından, həmçinin ərazidə olan xaçdalar və kitabəli daşlardan istifadə olunmuşdur.[2]