Sisərnəvəng monastırı

Ağoğlan monastırı və ya SisərnəvəngLaçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır.

Ağoğlan monastırı
Xəritə
39°38′39″ şm. e. 46°24′27″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Laçın
Yerləşir Ağoğlançayın sahili
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi V-VI əsrlər
Üslubu bazilika
İstinad nöm.310
KateqoriyaMəbəd
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Ağoğlan monastırı (Azərbaycan)
Ağoğlan monastırı
Bazilikanın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur.

Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir. Altar yaxşı ifadə edilmiş tağlar və konxa ilə örtülmüşdür. Altar apsidası altında mərkəzi nefə açılan, tağvari formaya mülik üç xor yeri vardır. Altar və apsidaya yaxın tikili hissələrinin aşağı tərəfi yaxşı kəsilmiş bazaltdan, divarların yuxarı hissəsi, müstəqil dayanan pilonlar, həmçinin tağvari örtüklər tufdan inşa edilmişdir.

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Sisərnəvəng adının etimologiyası ilə bağlı bu gün iki fikir mövcud olsa da, əsl sahibləri olan alban mənşəli tayfaların buranı necə adlandırdıqları məlum deyil. Bəzi tədqiqatçıların fikrincə adın əsasında erməni dilində qaranquş anlamını verən "sisernak" sözü dayanır və bu sözün istifadə edilməsi kilsə xarabalıqlarında qaranquşların yuva qurmasıdır.[1] Digər tədqiqatçıların fikrinə görə isə adın əsasında erməni dilində çəçələ barmaq anlamını verən "sisern" sözü durur və bu sözün istifadə edilməsinin səbəbi monastır kilsəsində Müqəddəs Georginin çəçələ barmağının saxlanmasıdır.[2]

Monastırın azərbaycandilli ədəbiyyatda istifadə edilən adı - Ağoğlan monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir.

Monastır Sünik vilayətini ilə həmsərhəd Laçın ərazisində yerləşir. XV əsrdə havar iki hissəyə bölünmüşdür: şimal hissəsi Xozoraberd, cənub hissəsi isə Kaşataq adlandırılmışdır. Sisərnəvəng monasrırı məhz cənub hissənin ərazisinə düşmüşdür.[3]

Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Tatev yepiskopluğuna tabe olmuş monastır XIII əsr tarixçiləri Stepannos Orbeli və XVII əsr tarixçisi Tovma Vanandetsi tərəfindən böyük dini mərkəz kimi xatırlanır.

Monastır tarixi mənbələrdə ilk dəfə IX əsr hadisələri ilə əlaqədər xatırlanır:

" Sünik knyazı Filippe Tatev monastırının xeyirinə yaxınlıqldakı yaşayış yerlərini yepiskop Davuda 1000 dirhəmə satdı (güzəştə getdi)... , bu haqqda aşağıdakı mətn tərtib edildi. 299-cu ildə (miladi 844) ... və Sisərnəvəng iqumeni Stepanosun şahidliyi ilə.[4] "

Bu məlumat tədqiqatçıların məbədi IX əsrə aid etmələri üçün əsas rolunu oynamışdır.[5] G.Məmmədova isə qeyd edir ki, “Hesab etmək olar ki, 844-cü ildə Sisərnəvəg kifayət qədər geniş və məşhur monastır idi ki, onun xidmətçisi bəxşiş sənədində şahid göstərilirdi. Məbədin memarlıq xüsusiyyətləri isə, sözsüz ki, onun inşa tarixinin daha qədim dövrə aid olmasından danışmağa imkan verir.”[6] Tədqiqatçının fikrincə Sisərnəvəng məbədinin inşa tarixi VI əsrə aiddir.[7]

1613-cü ildə monastırı əhatə edən qala divarları möhkəmləndirilmiş və tağlı əsas giriş qapısı inşa edilmişdir. Bu haqqda məlumatın əks edildiyi erməni dilində olan kitabə 1989-1992-ci illər arasında Laçın rayonunun Azərbaycan nəzarətində olduğu müddətdə yoxa çıxmışdır.[8][etibarsız mənbə?] Əsas kilsə binası və zəng qülləsi 1779-cu ildə təmir edilmişdir. Bu haqqda məlumat verən kilsə kitabəsi isə 1967-ci ildə yoxa çıxmışdır.[9]

XIX əsrdə monastır kilsəsi yaxınlıqdakı Zeyvə kəndinin erməni sakinləri tərəfindən istifadə edilməyə başlanmış və Müqəddəs Stefan kilsəsi adlandırılmışdır. Zeyvənin erməni sakinləri 1905-ci ildə Erməni-tatar qırğınları zamanı kəndi tərk etmiş və bir daha geri qayıtmamışdır. SSRİ dövründə kilsə tarixi abidə kimi mühafizəyə götürülmüşdür.[10]

1999-2000-ci illərdə monasır kilsəsi Erməni diasporunun maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş və 2001-ci ildə açılışı həyata keçirilmişdir. Hər il kilsədə Müqəddəs Georginin şərəfinə bayram keçirilir.[11]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İnşaat mərhələləri

[redaktə | mənbəni redaktə et]

Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Cənub divarındakı qapıların formasına uyğun olaraq birinci inşaat mərhələsi V-VI əsrlərə aid edilir.[12] Lakin alternativ fikirə görə məbəd ilkin mərhələdə paqan məbədi kimi fəaliyyət göstərmiş və bu mərhələ III əsrə aid olmuşdur.[13]

İkinci inşaat mərhələsində bazilikaya pəncərəsiz apsida əlavə edilmiş (düzbucaqlı interyerin şərq tərəfində içəridən inşa edilmiş), həmçinin xarici divarların üst tərəfinə əlavə edilmişdir. Bu inşaat mərhələsi VI əsri əhatə edir. Bu mərhələdə nefləri giriş hissədən ayıran arkada etimal ki, taxta sütunlar vasitəsiylə inşa edilmişdi. Üçüncü inşaat mərhələsinə aid olan daş tağlar və sütunlar taxta sələflərini əvəz etmişdir. Kapitellərin stilinə əsasən bu inşaat mərhələsi VI əsrin sonları - X əsrin əvvəllərinə aid edilir.[14]

Müqəddəs Georgi bazilikasının memarlığı

[redaktə | mənbəni redaktə et]

Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir. Altar yaxşı ifadə edilmiş tağlar və konxa ilə örtülmüşdür. Altar apsidası altında mərkəzi nefə açılan, tağvari formaya mülik üç xor yeri vardır. Altar və apsidaya yaxın tikili hissələrinin aşağı tərəfi yaxşı kəsilmiş bazaltdan, divarların yuxarı hissəsi, müstəqil dayanan pilonlar, həmçinin tağvari örtüklər tufdan inşa edilmişdir.[6]

Məbəd binasında möhkəmləndirmə işlərinin izləri vardır. Məsələn, şimal nefində sonradan pilyastrlar inşa edilmiş, mərkəzi sütunlar isə bir və ya iki tərəfdən möhkəmləndirilmişdir. Orta nef ikiqatlı, yan neflər isə birqatlı örtüyə malikdir, şərq hissədə rotonda formalı kiçik zəng qülləsi ucalır. İşıqlandırma cənub divarındakı iki böyük pəncərə, qərb divarındakı nazik pəncərələr və orta nefin yucarı hissələrində yerləşən pəncərələr vasitəsiylə həyata keçirilmişdir.[6]

Bazilikanın dekorativ urbanlığı yalnız fraqmentlər formasında dövrümüzə çatmışdır. Sütun kapitelləri erkən xristianlıq dövrü Qafqaz memarlığı üçün xarakterik olan həndəsi naxışlarla bəzənmiş nazik daş plitələrdən ibarətdir.[15] Yan fasadlardakı nazik pəncərələr də islamdan öncəki dövr Qafqaz memarlığında tez-tez rast gəlinən elementlərdən biridir.[16]

Şimal divarında fresko qalıqları ilə üzlük matrialın hissələri saxlanmışdır. G. Məmmədovanın fikrincə bu fakt, “... məbədin daxili divarlarının xarici divarlarla müqayisədə daha kobud daşla inşa edilməsi və pilonlar və arkalardan fərqli olaraq incə yonulmuş daşla üzlənməməsini izah edir. Şimal divarındakı qalıqlara əsasən məbədin daxili divarlarının suvaqla üzlənməsi və freska rəsmləri ilə bəzədilməsini əminliklə demək olar.” [6]

G. Məmmədova qeyd edir ki, məbədin divarlarının freska ilə bəzədilməsi onun konfessional bağlılığı ilə bağlı məsələni aydınlatmağa kömək edə bilər. Belə ki, VI əsrin ikinci yarısında, katolikos Movsesin göstərişindən sonra monofizit qriqoryan kilsəsi məbədlərin memarlığında monumental rəssamlığın tətbiqinə xoş baxmırdı.[17] Freska rəssamlığı Ermənistan ərazisində X əsrin əvvəllərindən etibarən geniş yayılmağa başlayır. Cənubi Qafqaz ərazisində erkən xristianlıq dövrünə aid kilsələrdə freska rəsmlərinin olması, məbədin xalkedonizmlə əlaqələndirilməsi üçün əsas rolunu oynayır.[18] Sisərnəvəng bazilikasının Cənubi Qafqaz ərazisində ən yaxın analoqu Kaxetiyadakı Kaçareti bazilikasıdır.[19]

  1. Kouymjian, Dickran. "Index of Armenian Art: Armenian Architecture - Tsitsernavank". Armenian Studies Program. California State University, Fresno. 2013-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-23.
  2. Tzitzernavank. Documents of Armenian Architecture/Documenti di Architettura Armena Series. Polytechnique and the Ermənistan Elmlər Akademiyası. vol. 21 Milan: OEMME Edizioni, 1989.
  3. Hewsen, Robert H. Armenia: A Historical Atlas. Chicago: University of Chicago Press. 2001. 100–104, 121–123. ISBN 0-226-33228-4.
  4. Сюнийский епископ, Степанос. История. Москва: Изд. Эмина. 1861. səh. 150-153.
  5. Щеблыкин, И.П. Архитектура VIII-X веков. Баку: кн. ААЭН. səh. 43.
  6. 1 2 3 4 Мамедова, 2004. səh. 55
  7. Мамедова, 2004. səh. 59
  8. Karapetian, Samvel. Armenian Cultural Monuments in the Region of Karabagh. Yerevan: Gitutiun Publishing House, 2001, səh. 145.
  9. Hasratyan, Murad M. Tsitsernavank. Yerevan: Vneshtorgizdat, 1990, səh. 5.
  10. Karapetian. Armenian Cultural Monuments, p. 137.
  11.  (rus.) В Цицернаванке праздновали день Святого Георгия Победоносца, Kavkaz.Memo.Ru, 29/9/2003 Arxivləşdirilib 2003-11-10 at the Wayback Machine.
  12. Donabedian, Patrick and Jean-Michel Thierry, Armenian Art. New York: H.N. Abrams in association with Prelacy of the Armenian Apostolic Church of America-Catholicosate of Cilicia, 1989, səh. 509.
  13. Hasratyan. Tsitsernavank, səh. 5-6.
  14. Donabedian and Thierry. Armenian Art, səh. 509.
  15. Саинян, А. Архитектура Касахской базилики. Ереван: АН. Арм. ССР. səh. 121.
  16. Высоцкий, А.И. Проблема датировки в раннесредневековой архитектуре стран Закавказия (III респ. конф. по проб културы и иск. Армении, Тезисы докладов). Ереван. 1977. səh. 113.
  17. Яралов, Ю.C. Строительная техника Византии (56). Москва: Всеобщая история архитектуры, т.3.
  18. Мамедова, 2004. səh. 57
  19. Чубинашвили, Г. Архитектура Кахетии. Тбилиси: Изд. АН Груз. СССР. səh. 58.
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
  • Геюшев, . Р.Б., Амарас-Агоглан, Баку: Элм, 1975