Xilaskar monastırı (Badara)

Xilaskar monastırıXocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır.

Xilaskar monastırı
Monastırın dövrümüzə çatmış xarabalıqları
Ölkə  Azərbaycan
Şəhər Xocalı
Yerləşir Badara kəndi
Tikilmə tarixi XII-XIII əsrlər
Xilaskar monastırı (Azərbaycan)
Xilaskar monastırı

Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Tarix adətən birinci sətirdə göstərilir, kitabənin birinci sətiri isə tamamilə silinmişdir.[1] Lakin, kitabədə “darpas” (saray), "vaçar" (bazar) kimi sözlərin istifadəsi, İşxan Smpat, Katolikos Atanas kimi adların çəkilməsi kompleksin qədim dini mərkəz olduğunu sübut edir.[1]

Abidəni tədqiq etmiş K. Mkrtçyan ehtimal edir ki, Həsən Cəlalın öldürülməsindən sonra XIII əsrin II yarısında Xaçın knyazlığının mərkəzi Xanabert qalasından buraya köçürülmüşdür.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaşlar vardır.[2]

Monastırın başkilsəsi planda üçnefli bazilika olmaqla, tərəfləri 11.3x9.7 metr ölçülərə malikdir. Altar ətrafındakı köməkçi otaqlar ibadət zalının yarısını tutur.[2] Kilsənin şərq divarında olan üçbucaq formalı iki niş divar boyunca uzanır.[2]

Giriş qapıları olan cənub və qərb divarlarının hörgüsündə kobud yonulmuş, digər divarların hörgüsündə isə yonulmamış daşlar istifadə edilmişdir. Pilyastrkapitellər zərif şəkildə yonulmuşdur.[2]

Ağımtıl kilsə binası yaşıllıqlar içində olduqca böyük təsir bağışlayır.

  1. 1 2 3 Mkrtçyan, 1989. səh. 160
  2. 1 2 3 4 Mkrtçyan, 1989. səh. 159
  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989