Vaquas monastırı – Kəlbəcər rayonunun Qozlu kəndi (keçmiş Mardakert rayonunun Vaquas kəndi) ərazisində yerləşən, elmi ədəbiyyata Vaquas məbədləri adı altında daxil olmuşdur.[2] Kompleksə XIII əsrə inşa edilmiş əsas kilsə binası, daha qədim dövrə aid olduğu ehtimal edilən kiçik sovməə, narteks və məişət xarakterli tikililərdən ibarətdir.[3] Kompleksə daxil olan binalar hamısı ciddi dağıntılara məruz qalmış və ya qəzalı vəziyyətdədir.
Vaquas monastırı | |
---|---|
erm. Եկեղեցի Վարդանի գոմեր | |
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Qozlu kəndi |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | 1215[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qədim adı Vaquas olan Qozlu kəndi çoxəsrlik tarixə malikdir. Tətrtər çayının sağ sahilində yerləşən Qozlu kəndi Yuxarı Xaçın ərazisində ən aktiv ictimai həyata malik yaşayış məntəqələrindən, Dvin-Bərdə ticarət yolunun ən vacib nöqtələrindən biri olmuşdur. Həmçinin kənd ərazisindəki körpüdən keçən yol Xaçın – Craberd – Göyçə hövzəsi ərazilərini birləşdirən ən qısa yol olmuşdur.[3]
Qədim Vaquas kəndinin xarabalıqları müasir Qozlu kəndinin iki-üç kilometrliyində yerləşir. Kəndin mərkəzində vaxtilə 3 metr hündürlüyə malik, incə naxışlarla bəzədilmiş 1218-ci ilə aid xaç daşı ucalırdı.[4]
Kənd ərazisində yerləşən Vaquas monastırının əsas kilsə binası üzərindəki kitabədə onun inşa olunma tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: “664-cü ilin (miladi 1215) yayında, mən, Hassan, Böyük Qriqorun qızı, knyaz Taxanın həyat yoldaşı bu kilsəni inşa etdirdim...”[1]. G.Məmmədova Qozlu məbədlərini IX-X əsrlərə aid edilmişdir.[5]
Birinci məbəd düzbucaqlı çərçivənin içərisində yerləşmiş yarımoval formalı mehrab apsidasına malikdir. Tağbənd örtüklü apsidanın hər iki yanında taxça vardır. Apsidanın şərq divarında pəncərə yeri düzəldilmişdir. Düzbucaqlı ibadət zalına cənub və qərb tərəflərdən daxil olmaq mümkündür. İbadət zalının qərb tərəfində ondan daha enli düzbucaqlı hissə inşa edilmişdir. İbadət zalına bitişik olan bu hissənin şimal-şərq və cənub-şərq künclərində düzbucaqlı pastoforilər inşa edilmişdır. Pastoforilərin hər birinin şərq divarında pəncərə, qərb divarında isə düzbucaqlı hissəyə (köndələn dəhlizə) açılan qapı yeri vardır. Pastoforilər ilə məbədin əsas hissəsi, hörgüdən göründüyü kimi, müxtəlif vaxtlarda inşa edilmişdir. Düzbucaqlı hissənin qərb tərəfinə bitişik halda ondan nisbətən dar, ibadət zalından isə enli olub, girişi qərb tərəfdə yerləşən daha bir dördkünc dəhliz inşa edilmişdir.[6] Beləliklə, məbədin planı müxtəlif ölçülü qolları olan memarlıq xaçı formasını almışdır. İkinci məbəd düzbucaqlı çərçivədə yerləşən nalvari mehrab apsidasına malikdir. Apsidanın şərq divarında pəncərə yeri vardır. Pastoforilər apsidanın yanlarında deyil, ondan qərbdə, apsidanın düzbucaqlı çərçivəsindən daha enli dördbucaqlı hissənin şimal-şərq və cənub-şərq künclərində inşa edilmişlər. Düzbucaqlı pastoforilər şərqdə yarımdairəvi apsida ilə tamamlanır. Hər bir apsidanın şərq divarında müvafiq olaraq bir pəncərə yeri düzəldilmişdir. Pastoforilərin dar dəhlizə açılan qapısı olmuş, buradan dəhliz vasitəsilə ibadət zalına keçmişlər. Arakəsmə Köndələn divar dəhlizi qərb və pastoforilərin yerləşdiyi şərq hissələrinə ayırmışdır. Bu hissələrin arasında tağvari formalı bir qapı yeri inşa edilmişdir. Həmin qapı yerindən dəhhizə və oradan birbaşa ibadət zalına daxil olmaq mümkün idi. Dəhlizin qərb divarında isə məbədin əsas girişi yerləşmişdir.[6]
Qozlu məbədləri IX-X əsrlərə aid edilmişlər (Г.Г.МамеnoBa, 2004, c. 88). Planda düzbucaqlı formaya malik olan əsas kilsə binası, Əyrivəng kilsəsində olduğu kimi nalvari apsidaya və apsidanın hər iki tərəfində kiçik otaqlara malikdir.[2] Kilsə və yan otaqlar arasındakı çatlar onların başqa vaxtlarda inşa edildiyini göstərir.[2] Kilsə həcminin davamı kimi onun qərb tərəfində ocanan yarımdairəvi altar tağvari örtüyə malikdir.[3] Şərq divarının geniş pilyastrları onu göstərir ki, apsidanın tağvari prteye vaxtilə bir neçə divar tağı üzərində dayanmışdır.[2]
Apsidanın yanlarında yerləşən kiçik otaqlar silindrik tağvari örtüyə malik olmuş və əsas ibadət zalı ilə kiçik qapı yeri vasitəsiylə əlaqələndirilmişdir.[3] Kilsənin qərb divarına birləşən narteks əhəmiyyətli dərəcədə dağıntılara məruz qalmışdır.[3] Divardakı tağ yerlərinə əsasən müəyyən edilmişdir ki, narteksin tağvari dam örtüyü də divar tağlarına söykənmişdir.[3]
Sovməə binası kompleksin şimal tərəfində yerləşir.[3] Düzbucaqlı plana malik sövmənin cənub divarında niş, şərq divarında isə pəncərə yeri vardır. Tikili silindrik tağvari örtüyə və ikitərəfli dama malikdir.[3]
Kompleksə daxil olan tikililərin inşasında həm kobud çay daşları, həm də yaxşı işlənmiş daşlardan istifadə edilmişdir.[3] Pəncərə və qapı yerlərinin yanları, həmçinin tikililərin küçc hissələrinin inşasında yalnız yaxşı yonulmuş daşlardan istifadə olunmuşdur.[3]