Çilov (ada)

ÇilovXəzər dənizində, Abşeron arxipelaqında ada.

Çilov adası
Çilov adası
Çilov adası
Ümumi məlumatlar
Sahəsi 11,5 km²
Uzunluğu
  • 7,8 km
Eni 6,2 km
Hündür nöqtəsi 8 m
Əhalisi 791 nəfər (2008-ci il)
Yerləşməsi
40°19′19″ şm. e. 50°34′51″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Arxipelaq
Akvatoriya
Çilov adası xəritədə
Çilov adası
Çilov adası
Çilov adası (Azərbaycan)
Çilov
link=:Şəkil:
Çilov adası

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir.

Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir. Xəzri adı ilə yayılmış şimal küləklər səciyəvidir. Ərazi quru suptropik iqlimə malikdir. Küləklər əsasən payız-qış mövsümünə təsadüf edir. Nisbətən sakit dövrü may-avqust aylarında baş verir. Sahilləri donmaya məruz qalmır. Ərazi üzrə dəniz suyunun orta illik tempraturu 14–15 dərəcə, qış və yay müvafiq olaraq 6–7; 23–24 təşkil edir. Xəzərdə səth axınları siklonik burulğanlar yaradır. Dənizdə axınların səciyəvi qiyməti 15–20sm/saniyədir, Çilov adası ilə Neft Daşları arasında 100 sm/san-yə çatır. Dəniz suyu duzluğunun orta illik qiyməti 12‰ təşkil edir. Adaya Abşeron yarımadasına xas 150–200 mm yağıntı düşür. Son zamanlar burada 35 min ağac və 500 qizilgül kolu əkilmişdir. Yerli sakinlərin kiçik bağ sahələrində ənçir, nar, gilas, fındıq və hətta akasiya ağacları cətinliklə də olsa becərirlər. Çətinliyin səbəbi ərazinin qumsal olmasi ilə əlaqədar bitki yetişdirmək üçün daha çox suya ehtiyac olmasıdır.

Məskunlaşma əsasən adanın şərqində Çilov qəsəbəsindədir. Yaşayış məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib. Əhalisi 2008-ci ilin yanvarına olan məlumata əsasən 791 nəfər təşkil edir. Müxtəlif vaxtlarda əsasən hasilatın yüksək olduğu zamanlar adanın əhali sayı 2400 nəfər təşkil edib. Qəsəbədə 131 saylı məktəb, 50 yerlik uşaq bağçası fəaliyyət göstərir. İnsanların əylənməsi üçün 2010 ildə kiçik meydanca istifadəyə verilib. Tibbi-stosianar məntəqə də vardır. Əhalinin həyətyanı sahələrində mal-qara, qoyun-keçi, toyuq-çüçə saxlanılır hətta burada az miqdarda meyvə ağaçları və üzüm tingləri mövcuddur. Suya olan tələbat iri cənlərə vurulan dəniz suyunun saflaşdırılması sayəsində ödənilir. Bu yolla suya olan təlabatı tam ödəmək mümkün olsa da, adaya gəmilər vastəsilə su gətirilir.

Rus admiralı Mark Voyjonic Xəzər dənizinə 1781-ci ildə etdiyi ekspedisiya zamanı adada olmuşdur.[1][2] 1950-ci illərdə adada hava hücumundan müdafiə hərbi hissəsi yerləşirdi, buradan Bakının şərq hissədən hava hücumundan müdafiəsi təşkil edilirdi. Bu məqsədlə adada C75 zenit-raket kompleksi yerləşdirilmişdi.

1992–93-cü illərdə Rusiya qoşunlarını adadan tamamilə cıxarmışdır.

Çilov tarixən Çilov-Şahilan kimi də adlandırılmışdır. Ronis adını isə farslar vermişlər.[3] Jiloy ismisə ruslara məxsusdur. Bunu onunla əsaslandırırlarki Don Kazakı Stepan Razin bir müddət bu adaya yerləşmiş və sahil bölgələrinə quldur basqınları təşkil etmişdir. Rus Hidroqrafı F. İ. Soymonov bu ada haqqında məlumat vermişdir. O, 1763 ildə qələmə aldığı kitabında yazırdı: "Körfəzin sonunda Jiloy adası var. Orada yaşayış əlaməti yoxdur. Bununla belə Stepan Razin bir ara bura yerləşmişdir". Digər bir fərziyyəyə əsasən tələffüs zamanı sözun formasını itirməsi nəticəsində Jiloy kimi səsləndirilmişdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ərazi əsasən neft və qaz ehtiyatlar ilə zəngindir. Buranın mənimsənilməsinə 1948-ci ildə başlanmışdır. Genişmiqyaslı hasilat işləri 1952-ci ilə təsadüf edir. İndiyənə qədər Çilov adası və onun şelf ərazilərində 115 quyu qazılıb hasilata verilmişdir (2010 tarixin də olan məlumata əsasən hazırda yalnız 31 quyu istismar edilir). 2010 ilə qədər olan ümumi hasilat 4,81 milyon ton təşkil edib. Günlük hasilat ortalama 80 tondur[mənbə göstərin]. Hasilatı SOCAR istehsalat birliyinin 28 may neft-qaz çıxarma idarəsi tərəfindən həyata kecirilir. Çıxarılan neft sualtı borularla Dübəndi limanına çatdırılır. 2010-cu il də ümumi 5.198.519 ton neft hasil edilib. 2011-ci ilin 4 ayı ərzində qaz hasilatı 1885618 m³ təşkil edib. Əhali əsasən neftçıxarma sahələrində işləyir. Gələcəkdə dəniz balıqçılığının inkişafına geniş imkanlar yarana bilər. Burada kiçik soba fəaliyyət göstərir ki, bu soba vasitəsilə adanın əhəngə olan tələbatı ödənilir. Tikinti materiyalları materikdən gətirilir.

Çilov mayakı 2013-cü ildə buraxılmış poçt markası üzərində

Çilov adasının özünün gəzməli yerləri var. Burada insanlar arasında "Urnos" deyilən yer var, uzun buruna oxşadığı üçün ona belə ad verilib. Əsasən, yay aylarında şagirdlər ora piknik və ekskursiyaya gedirlər. Burada həmçinin, tarixi 1800-cü ilə qədər çatan mayak vardır. Oranı da görmək şagirdlər üçün maraqlıdır[4].

  1. "Oil exploration in Azerbaijan". 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.
  2. "Rear Admiral Count Mark Voynovich". 2015-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.
  3. "Острова Апшеронского полуострова". 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.
  4. Dərsə vertolyotla gedən sumqayıtlı müəllim: Gənc xanımın heyrətamiz həyatı — FOTOLAR Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. xeberle.com, 01.03.2018  (az.)