Çində səhiyyə — Çin Xalq Respublikasındakı səhiyyə sistemi.
2006-cı ildə Çin Xalq Respublikasında əhalinin hər 100 min nəfərinə 155 həkim, 111 orta tibb işçisi, 2002-ci ildə isə 11 stomatoloq, 28 əczaçı, 3 mama düşürdü[1].
Səhiyyəyə qoyulan xərc 2003-cü ildə ÜDM-in 4,7%-ni təşkil etmişdir. 2005-ci ildə bu göstərici büdcə hesabına 38%, özəl sektor hesabına 62% maliyyələşdirmədən ibarət idi[1].
1949-cu ildən etibarən Çin hökuməti əhalinin sağlamlığına böyük təsir göstərmişdir. Sağlamlıqla əlaqəli əsas parametrlər belədir:
1950 | 1960 | 1970 | 1980 | 1990 | 2000 | 2011 | |
---|---|---|---|---|---|---|---|
Ömür müddəti | 41.6 | 31.6 | 62.7 | 66.1 | 69.5 | 72.1 | 75.0 |
Ümumi məhsuldarlıq dərəcəsi | 5.3 | 4.3 | 5.7 | 2.3 | 2.5 | 1.5 | 1.7 |
Uşaq ölümü nisbəti | 195.0 | 190.0 | 79.0 | 47.2 | 42.2 | 30.2 | 12.9 |
5 ölümlülük dərəcəsi / Uşaq ölümü | 317.1 | 309.0 | 111 | 61.3 | 54.0 | 36.9 | 14.9 |
Ana ölümü nisbəti | 164.5 | 88.0 | 57.5 | 26.5 |
Səhiyyə sisteminin hüquqi tənzimlənməsi ölkənin Konstitusiyası, şəhər qulluqçularının baza tibbi sığortası haqqında ÇXR Dövlət şurasının 1998-ci il tarixli qərarı; tibbi praktika haqqında 1999-cu il tarixli, əhali və ailə planlaşdırılması haqqında 2001-ci il tarixli, dərmanlar haqqında 2001-ci il tarixli, infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi haqqında 2004-cü il tarixli qanunlar; vərəmin profilaktikası, müalicəsi, nəzarəti üzrə tədbirlər haqqında 1991-ci il tarixli qərar və ənənəvi Çin təbabəti haqqında 2001-ci il tarixli Əsasnamə ilə həyata keçirilir[1].
Ən çox yayılmış infeksiyalar bakterial diareya, əhalinin 10%-ində hepatit B, leptospiroz və malyariyadır[1].
Bütün ölüm hadisələrinin 80%-nin səbəbi xroniki xəstəliklərdir. Yaşlı əhali arasında ölümün əsas səbəbləri 2005-ci ildə bədxassəli şişlər, serebrovaskulyar xəstəliklər, travmalar, ağ ciyər və ürəyin işemik xəstəlikləri olmuşdur[1].
Xançjou, balneoloji (Şinçen, Tanqantszı, Szimo və s.), dağ iqlimi (Kunmin, Luşan, Muqansan, Tayşan, Çanşan və s.), dənizyanı iqlim (Beydayxe, Tsindao, Yantay və s.) kurortları var[1].
Çində ənənəvi xalq təbabəti həkimləri də tibbi xidmət göstərirlər[1].
Çin Xalq Respublikasında siqaretlə əlaqəli xəstəliklər 1,2 milyon insanın ölümünə səbəb olmuşdur. Bununla birlikdə dövlətin tütün monopolisti olan Çin Milli Tütün Korporasiyası dövlət gəlirlərinin 7-10%-ni təmin edir ki, məsələn, 2011-ci ildə bu məbləğ 600 milyard yuan, təxminən 100 milyard ABŞ dolları həcmində olmuşdur[3].
Səhiyyə sistemində əsaslı islahatlar aparılır. Təşkilati-maliyyə dəstəyinin yerli hakimiyyətə həvalə edilməsi bazarın ixtisaslaşdırılmış yardım və bahalı dərmanlarla doldurulmasına səbəb olmuşdur. Təminatsız əhalinin ödəniş qabiliyyəti olmadığından onun tibbi xidmətlər, o cümlədən ilk tibbi-sanitariya yardımı istehlakı azalır. Səhiyyə və ailə planlaşdırılması mərkəzlərinin xidmətləri daxil olmaqla, tibbi xidmət aztəminatlılar üçün də ixtisar edilir[1].
...the tobacco industry is one of the largest sources of tax revenue for the Chinese government. Over the past decade, the tobacco industry has consistently contributed 7-10 percent of total annual central government revenues...