Rəfiqə Hüseynzadə

Rəfiqə Abdul Ağa qızı Hüseynzadə (1952, Bakı) — Şöhrət ordenli azərbaycanlı alim, geologiya-mineralogiya üzrə elmlər namizədi, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin fəxri üzvü (2023), "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü" regional təşkilatının sədri (2020), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti (2011–2023), SOCAR-ın ilk qadın vitse-prezidenti.

Rəfiqə Hüseynzadə
15 mart 2011 – 1 avqust 2023
Şəxsi məlumatlar
Doğum tarixi 1952
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu
Fəaliyyəti alim, siyasətçi
Həyat yoldaşı
Elmi fəaliyyəti
Elm sahəsi geologiya-minerologiya
Elmi dərəcəsi geologiya-mineralogiya üzrə elmlər namizədi
Elmi adı
İş yeri Bakı Dövlət Universiteti

Təltifləri "Şöhrət" ordeni"Tərəqqi" medalı
"Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəfiqə Abdul Ağa qızı Hüseynzadə 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.[1] O, 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini mühəndis geoloq ixtisası üzrə bitirmiş, 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur.[1] 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.[1]

Rus, ingilis və türk dillərini bilir. O, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə evlidir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hüseynzadə 1985–1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışıb.[1] O, 1997-ci ildə ABŞ-nin Hyuston şəhərindəki HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə), o cümlədən Norveçin Tronheym şəhərindəki "Geolab" və "Statoil" şirkətlərinə məxsus "Reserch Center" mərkəzində işləyib.[1]

2001-ci ildən BDU-nun "Faydalı qazıntılar" kafedrasında dosent kimi elmi fəaliyyətini davam etdirir. Geologiya-mineralogiya üzrə elmlər namizədi, 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir.[1]

Rəfiqə Hüseynzadənin Kamal Mustafayev ilə birlikdə ixtiraçısı olduğu "neft layının modelləşdirilməsi üçün sistem" adlı ixtirasına 2020-ci ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilmişdir.[2] Rəfiqə Hüseynzadə həmçinin Lord Devid Evans ilə birgə İngiltərənin "Senate" nəşriyyatı tərəfindən çap edilmiş dörd kitabın, "Azərbaycanı Kəşf Et" (ing. Discover Azerbaijan) kitabının müvafiq olaraq 2015 və 2016-cı ildə yayımlanmış birinci və ikinci buraxılışlarının,[3] 2019-cu ildə yayımlanmış "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" (ing. Azerbaijan and United Kingdom 100 Years of Partnership) kitabının[4] və 2023-cü ildə yayımlanmış "Qarabağın dirçəlişi" kitabının həmmüəllifidir.

O, Böyük Britaniya Lordlar Palatasında "Azərbaycan-Böyük Britaniya arasında enerji və ətraf mühitin mühafizəsi əməkdaşlığı" mövzusunda Londonda 7 dəfə tədbir keçirmişdir.

Rəfiqə Hüseynzadə 2023-cü ildə Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin fəxri üzvü seçilib.[5]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999–2011-ci illərdə SOCAR-ın təsis etdiyi "Azlab" MMC-nin baş direktoru olub.[1] 2011-ci ildə o, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Beləliklə o, SOCAR-ın ilk qadın vitse-prezidenti oldu.[6]

Hüseynzadə SOCAR-ın ekologiya üzrə vitse prezidenti kimi 2012-ci ildə "Neft daşları" və "28 May" NQÇİ-lərində səmt qazının yığılması layihəsinin, 2013-cü ildə "BP-Azərbaycan" şirkəti ilə birgə "Çıraq" yatağındakı platformada 20 ildən artıq şamda yandırılan qazın yığılması və ümumi qaz qəbulu xəttinə ötürülməsi layihəsinin rəhbəri, 2015-ci ildə BP ilə birgə əməkdaşlıq nəticəsində inşa edilən regionun ən böyük Tullantıların İdarə Edilməsi Mərkəzinin layihəsinin, 2014-cü ildən etibarən isə 20 ildən artıq atmosferə atılan səmt qazının illik 2 milyard m³ həcmində tutularaq əhalinin istifadəsinə verilməsi layihəsinin rəhbəri olub. 2015–2020-ci illərdə o həmçinin, BMT-nin İnkişaf proqramı ilə birgə "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı" (NAMA) layihəsinin rəhbəri olmuş, layihə çərçivəsində "Siyəzənneft" NQCI-nin ərazisində illik 7 mln. m³ səmt qazı tutularaq əhalinin istifadəsinə verilmiş və bununla ətraf meşələrin qırılmasının qarşısı alınmışdır.[7]

O, SOCAR-ın ekologiya üzrə vitse prezidenti kimi Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq" (GGFR) təşkilatının rəhbər komitəsinin üzvü olmuş, rəhbər komitənin 2016-cı ildə Londonda,[8] 2017-ci ildə Parisdə[9] və 2020-ci ildə yenidən Londonda[10] təşkil olunmuş iclaslarında iştirak etmişdir. O həmçinin BP, ENİ, Equinor, ExxonMobil, Shell, TotalWintershall şirkətlərinin təşəbbüsü ilə yaradılmış "Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər" təşəbüssünün 2019-cu ildə Parisdə və 2020-ci ildə Londonda keçirilmiş görüşlərində də rəhbər komitənin üzvü olaraq SOCAR-ı təmsil edib.[11][12]

Onun 2018-ci ildə rəhbərlik etdiyi, Norveçin "Carbon Limits" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması" (ing. "Leak Detection and Repair" — LDAR) layihəsi çərçivəsində SOCAR-ın əməliyyat sahələrində 21000 ton CO₂ ekvivalentində emissiya həcmi azaldılaraq sertifikatlaşdırılmış və layihənin icrası nəticəsində 3 milyon avro mənfəət əldə edilmişdir. Bu layihə həm də Azərbaycanda karbon kreditlərinin satışının həyata keçirildiyi ilk layihə olub.

2020-ci ildə BP, KazMunayGas, "Equinor Abşeron AS" və "Total E&P Absheron B. V." şirkətləri ilə birgə yaradılmış "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü" (ing. Caspian Environmental Protection Initiative - CEPI) adlı regional təşkilatın ideya müəllifi və həmin ildən rəhbəri olmuşdur.[7][13]

2021-ci ilin 31 oktyabr – 12 noyabr tarixlərində Birləşmiş Krallığın təşkilatçılığı ilə Qlazqo şəhərində təşkil olunan COP26 konfransında SOCAR-ı təmsil edən nümayəndə heyətinə Hüseynzadə rəhbərlik edib.[14] O, həmçinin 2022-ci ilin fevralında 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci iclası çərçivəsində Bakıda keçirilən "Enerji keçidi — Karbohidrogen mənşəli yanacaqlardan və metan azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" sessiyasında təqdimatla çıxış etməklə SOCAR-ı təmsil edən yeganə çıxışçı olub.[15]

Mükafatları və təltifləri

[redaktə | mənbəni redaktə et]
  • 2012 – Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı.[16]
  • 2012 – Dünya Bankının GGFR təşkilatı tərəfindən Neft Daşları və "28 May" NQÇI-lərində səmt qazının yığılması layihəsinə görə ali mükafat.[17]
  • 2015 – Dünya Bankının GGFR təşkilatı tərəfindən Azəri-Çıraq-Günəşli yatağında qazın şamda yandırılmasının azaldılmasına görə ali mükafat.[17]
  • 2016 – BP-in prezidenti Qordon Birel tərəfindən BP şirkəti ilə birgə ekoloji layihələrin icrasında effektiv əməkdaşlığa görə mükafat.
  • 2017 – BP-nin prezidenti Qəri Counz tərəfindən Azəri-Çıraq-Günəşli yatağında şamda yandırılan qazın əsaslı azaldılmasına görə mükafat.
  • 2018 – GGFR-nin sədri Rikardo Puliti tərəfindən Azərbaycanda şamda yandırılan və səmt qazının azaldılmasında iştirak və Dünya Bankının GGFR təşkilatı ilə uğurlu əməkdaşlığına görə mükafat.
  • 2023 – Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni.[1]
  1. 1 2 3 4 5 6 7 8 "Rəfiqə Hüseyn-zadə "Şöhrət" ordeni ilə təltif edilib". Report İnformasiya Agentliyi (az.). 2022-07-23. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  2. Patent: İ 2020 0059. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
  3. ""Azərbaycanı kəşf et" kitabının ikinci nəşrində ölkəmizin tarixindən və müasir həyatından bəhs edilir". Azərtac. 2017-02-08. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  4. "Londonda "Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi" kitabının təqdimat mərasimi keçirilib". Azərtac. 2019-05-23. İstifadə tarixi: 2024-10-30.
  5. "Azərbaycan Geoloqu" elmi bülleteni (№ 26) (PDF). 2023. ISSN 2410-4264.
  6. "R.A.Hüseyn-zadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti təyin edilməsi haqqında Azərbayacn Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (ingilis). 2011-03-15. İstifadə tarixi: 2024-10-30.
  7. 1 2 "Yeni ekoloji layihələr SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaq". Azərbaycan qəzeti (az.). 1970-01-01. İstifadə tarixi: 2024-10-30.
  8. "SOCAR-ın vitse-prezidenti Dünya Bankının "GGFR" təşəbbüsünün rəhbər komitəsinin iclasında iştirak edib". Azərtac. 2016-07-05. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  9. "SOCAR-ın vitse-prezidenti Dünya Bankı ekoloji proqramının Rəhbər Komitəsinin iclasında iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  10. "SOCAR-ın vitse-prezidenti GGFR-in Rəhbər Komitəsinin onlayn görüşündə iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2020-07-15. İstifadə tarixi: 2024-10-30.
  11. "Rəfiqə Hüseynzadə: "SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir"". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. İstifadə tarixi: 2024-10-30.
  12. "Londonda SOCAR-ı Rəfiqə Hüseynzadə təmsil edib". ikisahil.az (az.). 2020-01-16. İstifadə tarixi: 2024-10-30.
  13. "SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə yeni ekoloji regional təşkilata sədr seçilib". Azərtac. 2020-05-04. İstifadə tarixi: 2024-10-30.
  14. "SOCAR-ın nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2021-11-15. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  15. "Rəfiqə Hüseynzadə: Ekoloji dayanıqlı texnologiyaların tətbiqi sayəsində "yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq". respublika-news.az. 2023-04-09. İstifadə tarixi: 2024-10-30.
  16. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012 tarixli Sərəncamı". Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (az.). İstifadə tarixi: 2024-10-30.
  17. 1 2 "SOCAR-ın vitse-prezidenti GGFR-in Rəhbər Komitəsinin onlayn görüşündə iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2020-07-15. İstifadə tarixi: 2024-10-30.
  18. "SOCAR-ın vitse-prezidenti mükafata layiq görüldü". Qafqazinfo (az.). 2018-12-15. İstifadə tarixi: 2024-10-30.