Ölülərin hakimiyyəti — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "İslam tarixi və ideologiyası silsiləsindən" olan kitabı.
Ölülərin hakimiyyəti | |
---|---|
| |
Müəllif | Rövşən Abdullaoğlu |
Janr | İslam tarixi |
Orijinalın dili | Ərəbcə |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2012 |
Nəşriyyat | Qədim Qala |
Səhifə |
I: 200 |
ISBN | ISBN 9789952814873 |
Yaradılış sistemində bəzi proseslər vardır ki, onların dərk edilməsi insan üçün çox çətindir. Belə ki, insan adətən gördüyü və daim eşitdiyi mətləbləri həqiqət hesab edir. Yeni eşitdiyi, dünya həyatında görmədiyi və ya illərlə zehnində formalaşmış fikirlərinin əksi olan məsələlərdən xəbərdar olan zaman ona çox qəribə gəlir.
Bu kitabda qələmə alınan mövzu mümkündür ilk baxışda oxucu üçün qəribə və anlaşılmaz olsun, lakin bir az diqqət və təfəkkür edəndən sonra mətləb aydınlaşmağa başlayır. Kitabda qələmə aldığımız mətləblər nəinki müxtəlif dinlərin, eyni zamanda elmin də çətin anlaşılan mövzularından hesab olunur. Oxucular üçün yeni olan bu mövzu tarix üçün heç də yeni deyildir. Kitab oxunulandan sonra deyilənlər tamamilə aydın olacaqdır.
Kitabın I cildi 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 200 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]