Zamanı necə yeyək?

Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər.[1]

Zamanı necə yeyək?
Zamanı necə yeyək?
Zamanı necə yeyək? kitabının üz qabığı (2016)
Zamanı necə yeyək? kitabının üz qabığı (2016)
Müəllif Rövşən Abdullaoğlu
Janr Psixologiya
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2016
Nəşriyyat Qədim Qala
Səhifə 184
ISBN ISBN 978-9952-8246-7-4

Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman.

Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.[1]

Kitabevim.AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 16-cı olub.[2][3][4]

  1. 1 2 "Zamanı Necə Yeyək" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  2. "2016-ci ildə kimlərin kitabları daha çox satılıb? - SİYAHI". 2020-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  3. "Kitabevim.AZ kitab mağazası 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısını təqdim edir – SİYAHI". 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  4. ""Kitabevim.az" mağazasında 2016-cı ilin ən çox satılanları məlum oldu". 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]