Ariflərin irfani məqamları (kitab)

Ariflərin irfani məqamlarıRövşən Abdullaoğlunun İbn Sinanınİşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının IX fəslinin tərcümə və şərhi.

Ariflərin irfani məqamları
Müəllif İbn Sina
Mövzu İrfan
Orijinalın dili Ərəbcə
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2012
Tərcüməçi Rövşən Abdullaoğlu
Seriya İrfani kitablar silsiləsindən
Nəşriyyat Qədim Qala
Səhifə 208
ISBN ISBN 978-9952-8148-1-1

"Ariflərin irfani məqamı" kitabı İbn Sinanınİşarat və tənbihat” adlı əsərinin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. “İşarat və tənbihat” İbn Sinanın yazdığı mühüm və şah əsərlərindən hesab edilir. Bu kitab məntiqfəlsəfə olaraq iki hissədən təşkil olunmuşdur. O, bu kitabın son üç fəslini irfana aid etmişdir. Bu üç fəsil o qədər dərin irfani fikirlərə şamildir ki, ondan böyük alimlər bəhrələnmiş və üstünlüyünü bəyan etmişlər. Bu üç irfani fəsillər arasında da ariflərin irfani məqamları barədə olan IX fəsil özünəməxsus yer tutur. İbn Sina “Ariflərin irfani məqamları” fəslində ariflərin mənəvi yüksəlişləri zamanı keçdikləri irfani mərtəbələri izah etmiş, ariflərin bunları keçə bilmələri üçün etdiyi əməllərdən ümumi olaraq danışmışdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən əvvəlcə 202, daha sonra isə yenə 2012-ci ildə 212 səhifədə 60x90 ölçüsündə çap edilib.[1] Kitab 2019-cu ilə qədər 3 dəfə təkrar nəşr edilib.

  1. "Ariflərin İrfani Məqamları (III nəşr)" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]