Qorxular (Rövşən Abdullaoğlu)

Qorxular — Rövşən Abdullaoğlunun yazdığı və 2015-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər.[1]

Qorxular
Qorxular
Qorxular kitabının 3-cü nəşrinin üz tərəfi (2020)
Qorxular kitabının 3-cü nəşrinin üz tərəfi (2020)
Müəllif Rövşən Abdullaoğlu
Janr Psixologiya
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2015
Seriya Emosiyalar psixologiyası silsiləsi
Nəşriyyat Qədim Qala
Səhifə 208
Əvvəlki Üsyan
Sonrakı Bu şəhərdə kimsə yoxdur
ISBN ISBN 978-9952-8246-2-9
Kitabın ilk nəşrinin üzü (2015)

Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ünvanlanmışdır. Qorxularını yenməyən insan bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə birisi bütün həyatını əlil biri kimi yaşayacaq, inkişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablarından qurtulması üçün atılmış ilk və mühüm addımdır.[1]

Əsər ilk dəfə Qədim Qala Nəşriyyat Evi tərəfindən Bakıda "Emosiyalar psixologiyası" silsiləsində 208 səhifədə 2015-ci ildə[1], 2-ci dəfə 2017-ci ildə[2], 3-cü dəfə isə 2020-ci ildə təkrar nəşr olunmuşdur.[3]

  1. 1 2 3 "Qorxular" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  2. "Qorxular (2-ci nəşr)" (az.)). qedimqala.az. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
  3. "Qorxular (3-cü nəşr)" (az.)). qedimqala.az. 2020-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]