Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı.[1][2][3]
Koramal | |
---|---|
KorAmal | |
| |
Müəllif | Rövşən Abdullaoğlu |
Janr | Roman |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2022 |
Nəşriyyat | Qədim Qala |
Əvvəlki | Abaddon |
Kitabın təqdimat mərasimi Gəncədə baş tutub.[4][5] İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib.[6][7]
Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar…
– Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da.
– Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?..
Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər.
Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər?
“Qırmızı imperiya”nın qanlı oraq-çəkici altına cəm olmuş sadə insanların kədərli aqibətinə, Əfqanıstan və Qarabağ müharibələrinin pərdəarxası məqamlarına işıq salan yeni roman: böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Kitab 2022-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 336 səhifədə 60x84 ölçüsündə çap edilib.