Əsarət (Rövşən Abdullaoğlu)

ƏsarətRövşən Abdullaoğlunun 2019-cu ildə nəşr edilmiş "Tanrı - mif, yoxsa həqiqət?" silsiləsindən olan ilk kitabı.

Əsarət
Müəllif Rövşən Abdullaoğlu
Janr Teizm
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2019
Nəşriyyat Qədim Qala
Səhifə 208
ISBN ISBN 9789952807882

Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq? Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik.

Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.

Daşıdığınız inanc haqqında ən doğru qərarı vermək istəyirsinizsə, bu kitab sizin üçündür.

Kitab 2019-cu ildə Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

  1. "Əsarət" (az.)). qedimqala.az. 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]