Bu şəhərdə kimsə yoxdur

Bu şəhərdə kimsə yoxdur — azərbaycanlı yazıçı, filosof-şərqşünas və psixoloq Rövşən Abdullaoğlunun ilk romanı.[1]

Bu şəhərdə kimsə yoxdur
Romanın ilk nəşrinin üz qabığı
Romanın ilk nəşrinin üz qabığı
Müəllif Rövşən Abdullaoğlu
Janr Psixoloji roman
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2015
Nəşriyyat Qədim Qala
Nəşr 11
Cild Nazik
Səhifə 376
ISBN ISBN 978-9952-8246-1-2

Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram.[1]

Tərcümə və nəşr

[redaktə | mənbəni redaktə et]

Roman ilk dəfə 2015-ci ildə Bakıda, Qədim Qala nəşriyyatında Azərbaycan dilində 376 səhifədə, 60x84 ölçüsündə çap edilib. 2021-ci ilə qədər kitab 21 dəfə təkrar nəşr edilib.

Əsər 2016-cı ildə Cəmilə Vaqif (rus. Джамиля Вагиф) tərəfindən "В Этом Городе Никого Нет" adı ilə rus dilinə tərcümə olunaraq "Qədim Qala" nəşriyyatında 400 səhifədə, 60x84 ölçüsündə nəşr olunub.[2][3]

2018-ci ildə "This City is Empty" adı ilə ingilis dilinə tərcümə edilib və elektron versiyası Amazon.com satış platrformasına yerləşdirilib.[4]

2020-ci ildə "Bu Şehirde Kimse Yok Mu?" adı ilə Aynur Sultanova Kahraman tərəfindən türk dilinə tərcümə edilib və Türkiyədə Destek Yayınları nəşriyyatında nəşr edilib.[5][6]

"Əli və Nino" və "Kitabevim.az" mağazalar şəbəkəsinin məlumatına görə, roman 2016-cı ildə Azərbaycanda ən çox satılan kitab olmuşdur.[7][8][9][10]

Beynəlxalq ədəbi qurumların rəyləri

[redaktə | mənbəni redaktə et]

"Self-Publishing Review" peşəkar ədəbi tənqid və redaktə xidmətləri təklif edən, kitablarla bağlı rəylər, məqalələr və yenilikləri dərc edən mötəbər ədəbi qurumdur. Fəaliyyəti haqqında "The Guardian", "The Huffington Post", "Writer's Digest", "Forbes" və "The New York Times" kimi nəhəng mətbuat orqanlarında bəhs edilmiş və xidmətləri tövsiyə edilmişdir.

Self Publishing Review:

"İki unudulmaz həyat hekayəsi Rövşən Abdullaoğlunun emosional cəhətdən çox təsirli və iddialı "Bu şəhərdə kimsə yoxdur" romanında kəsişir. Abdullaoğlu fəlsəfə, poeziya, ritorika və özünüdərki ustalıqla bir-birinə toxuyub. Bununla da gözlənilməz gedişata malik və son dərəcə dərin, mənalı bir əsər ərsəyə gətirib".

"Kirkus Book Reviews" Nyu-Yorkda yerləşən, ədəbi tənqid sahəsində səksən illik təcrübəsi olan, il ərzində 7000–10 000 yeni kitabı dəyərləndirən ədəbi qurumdur.

Kirkus Reviews:

"Müəllif Villi ilə Visamın timsalında iki güclü xarakter yaradır; çox maraqlı dönüşlər və həqiqi müdriklik də qatmaqla hekayəni zənginləşdirir. Öz səmimiyyət libasını qürurla daşıyan və oxucunun ruhunu qidalandıran cəlbedici bir hekayədir".

"IndieReader" 2009-cu ildə əsası qoyulmuş, beynəlxalq kitab müsabiqələrinin təşkilatçısı olan ədəbi tənqid qurumudur. Fəaliyyəti "The Wall Street Journal", " The Huffington Post", "USA today", "Forbes", "The New York Times" kimi nəhəng mətbuat orqanları tərəfindən dəstəklənir.

IndieReader:

"İrqi, mədəni baryerləri aşan, ailəsi tərəfindən tərk edilməkdən müharibənin törətdiyi təhlükələrə qədər həyatın müxtəlif uğursuzluqlarının öhdəsindən gələn çox dəyərli əsərdir".

"BookLife" şirkəti (http://booklife.com/) 1872-ci ildən fəaliyyət göstərən, "kitab dünyasının İncili" kimi tanınmış "Publishers Weekly" beynəlxalq mətbuat orqanın müstəqil nəşrlər üçün ayrılmış qoludur. Fəaliyyətinin əsas istiqamətini kitabların oxunub dəyərləndirilməsi təşkil edir. 2016-cı ildən "Publishers Weekly" şirkətinin dəstəyi ilə bədii və qeyri-bədii ədəbiyyat üzrə illik "BookLife Prize" müsabiqəsini keçirir.

BookLife Prize:

"Romanın ideyası – nikbin bir insanın bir pessimistin həyatına daxil olaraq onun baxış bucağını və həyatının axarını dəyişməsi diqqətçəkən və yenidir. Nəsr gözəl qələmə alınıb. Baş qəhrəmanın mehriban, müdrik bir insanla getdikcə dərinləşən ünsiyyət nəticəsində təkamül etməsi böyük məharət və dərin duyarlılıqla işlənib".

BookLife Reviews:

"Fərqli aləmlərdən olan iki qəhrəmanın müzakirələrində fəlsəfi yanaşmanı sevən, açıqfikirli oxucuların təfəkkür etmələri üçün çox məqamlar var".

"Readers’ Favorite" kitablara rəy və mükafat verilməsi ilə məşğul olan, fəaliyyəti Better Business Bureau (BBB) tərəfindən yüksək (A+) dəyərləndirilmiş ədəbi qurumdur və rəyləri məşhur "Penguin Random House", "Simon & Schuster" və "Harper Collins" nəşriyyatları tərəfindən mötəbər bilinir. "Müstəqil Müəlliflər Assosiasiyası" ("Association of Independent Authors") tərəfindən "Best Websites for Authors" və "Honoring Excellence" mükafatlarına layiq görülmüşdür.[11][12]

R. Tanveer, "Readers' Favorite" üçün:

"Bu şəhərdə kimsə yoxdur" səni yaxşıya doğru dəyişəcək həmin o insanı və həm də öz kimliyini tapmaqdan bəhs edən gözəl bir hekayədir. Mən yazıçının böyük pərəstişkarıyam, onun "Relslər üzərinə uzanmış adam" romanını da çox bəyəndim. Rövşən Abdullaoğlu usta yazıçıdır!"

2016-cı ildə Anar Qasımov tərəfindən "BookTrailer" kitab treyleri müsabiqəsi çərçivəsində treyleri çəkilib.[13]

2021-ci ildə "Gözüm ol mənim" layihəsi çərçivəsində səsləndirilərək "audio-kitab" versiyası hazırlanıb.[14]

2024-cü ildə əsər əsasında eyniadlı teleserialın çəkilişlərinə başlanıb. Serial "Xəzər" TV-də yayımlanır. Baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru isə Rüfət Şahbazovdur.[15][16] Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi AtakişiyevRasim Cəfər, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə, Ləman Mərrih və digərləri canlandırırlar.[17][18]

  1. 1 2 "Rövşən Abdullaoğlunun daha bir kitabı işıq üzü görüb" (az.)). salamnews. 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
  2. "На русском языке издан один из самых обсуждаемых азербайджанских бестселлеров" (rus.)). trend.az. 2016-10-28. 2016-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
  3. "В Этом Городе Никого Нет" (rus.)). qedimqala.az. 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  4. "This City Is Empty Kindle Edition". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
  5. ""Bu şəhərdə kimse yokmu" - Bestseller türkcə çap olundu" (az.)). modern.az. 2020-05-18. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
  6. ""Bu şəhərdə kimse yokmu"-Bestseller türkcə çap olundu" (az.)). azedu.az. 2020-05-18. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
  7. Zərif Nisə. "Tilsim sındı - Azərbaycanlı yazıçı xariciləri üstələdi" (az.)). milli.az. 2017-01-13. 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13.
  8. "Azərbaycanda ən çox satılan kitab - FOTO". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  9. "Azərbaycanda ən çox satılan kitabın adı məlum olub". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  10. "Azərbaycanlı yazıçı xariciləri üstələdi". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  11. "Onun adı 3 milyon tirajla buraxılan "US Today"da gedəcək…". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  12. Onun adı 3 milyon tirajla buraxılan "US Today"da gedəcək… [ölü keçid]
  13. "BookTrailer - Bu şəhərdə kimsə yoxdur - Rövşən Abdullaoğlu, 2015" (az.)). YouTube/KRENVAN studio. 2016-05-11. 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  14. [ https://facebook.com/GozumOl/posts/438619801134770/ "Gözüm Ol Mənim" Facebook səhifəsi]Arxivləşdirilib 2024-02-03 at the Wayback Machine
  15. ""Bu şəhərdə kimsə yoxdur" serial olur!" (az.). 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  16. ""Bu şəhərdə kimsə yoxdur" serial olur!". olke.az. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  17. "Azərbaycanda milli-mənəvi dəyərləri təbliğ edən serial çəkilir". Azərtac. 2024-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
  18. "Azərbaycanda hamının ailəliklə baxa biləcəyi serial çəkilir (FOTO) | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). İstifadə tarixi: 2024-01-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]