Ölsəm… bağışla — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film.
Ölsəm... bağışla | |
---|---|
| |
Janr | dram, məhəbbət |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Fəxrəddin Manafov Gülzar Qurbanova Sədayə Mustafayeva Muxtar Maniyev |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 24 oktyabr 1989 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 87 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1989 |
Texniki məlumatlar |
10 hissə 2516 metr 35 mm |
Rəng | ağ-qara (rəngli kadrlarla) |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0173956 |
Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır.
Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova)[1] onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.