Özbəkistan coğrafiyası — Orta Asiyanın cənub-qərb hissəsində yerləşən ölkə.
Özbəkistan coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region | Orta Asiya |
Koordinatlar | 41°00′ şm.e, 64°00′ şr.u |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 0 km |
Sərhədlər | 6 221 km |
Ən yüksək nöqtə | 4643 m Həzrət Sultan[1] |
Ən alçaq nöqtə | –12.8 m Minqbulaq |
Ən böyük çay | Amudərya, Sırdərya |
Ən böyük göl | Aral dənizi |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi sahəsi 448,900 km²-dir. Bunların 425,400 km² (95%) quru sahəsidir (dünyada 56-cı yer). Bu ölkə İsveçlə demək olar ki, eyni ölçüdədir.
İqlimi kəskin kontinentaldır. Orta temperatur: yanvar - +4 °C-dən 8 °C-ə, iyul - +22 °C-dən +26 °C-ə qədər. Düzənliklərdə orta illik yağıntı 90–580 mm, dağlıq rayonlarda 460–910 mm təşkil edir. Okeanlara şıxışı yoxdur. Lixtenşteynlə birgə, yalnız okeanlara çıxışı olmayan ölkələrlə həmsərhəd olan bir dövlətdir. Özbəkistan ərazisi tamamilə qapalı hövzələrinə daxildir.
Ən ucqar şimal nöqtəsi: Ustyurt yaylasının şimal-şərqində, Aral dənizinin (gölün) qərb sahilində - 45 ° 36 ′ ş.e.
Ən ucqar cənub nöqtəsi: Termez şəhəri - 37 ° 13 ′ ş.e.
Ən ucqar qərb nöqtəsi: Ustyurt yaylasında - 56 ° ş. u.
Ən uqar şərq nöqtəsi: Fərqanə vadisinin cənub-şərqindəki Əndican su anbarının, Orta Asiyadakı ən yüksək bəndinin ətəyində - 73 ° 10 ′ ş.e
Ölkə ərazisinin üçdə ikisi səhralar (Qızılqum şəhrası), çöllər (Mirzəçöl) və dağlardan (Hissar silsiləsi) ibarətdir. Özbəkistan şəhərləri əsasən çay vadilərinin (Amudərya və Sırdərya) ətrafında yerləşir. Hansıkı ölkə əhalsini cəmləşmişdir.
Ölkənin şimal-şərqində Aydar şirin su gölü yerləşir. Onun ümumi sahəsi 4000 km² olan Aydar-Arnasay göllər sistemində ən böyük (3000 km²) süni su anbarıdır. Şimalda sərhəd keçmiş Aral dənizinin (gölün) ortasından keçir. Hazırda göl qurumuşdur. Onun yerində isə Böyük Aral qalmışdır.
Sərhədlərin ümumi uzunluğu 6221 km-dir
Şimalda və şimal-şərqdə - Qazaxıstanla həmsərhəddir (sərhədin uzunluğu 2203 km-dir)[2]
Şərqdə - Qırğızıstanla (sərhədin uzunluğu 1099 km-dir.
Şərqdə və cənub-şərqdə - Tacikistanla (sərhədin uzunluğu 1161 km).
Cənubda - Əfqanıstanla (sərhədin uzunluğu 137 km).
Cənub və qərbdə - Türkmənistanla (sərhədin uzunluğu 1621 km).
Özbəkistanın əsas ərazidən ayrılan dörd eksklavı var (hamısı Fərqanə vadisində yerləşir və Qırğızıstan ərazisi ilə əhatə olunmuşdur).
Özbəkistan ərazisində Tacikistan (Sarvak) və Qırğızıstan (Barak) anklavları mövcuddur.