İbrahim Hüseynov

İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi) (20 oktyabr 1906, Bakı18 sentyabr 1961, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

İbrahim Hüseynov
Digər adı İbrahim Şünasi
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf nişanı" ordeni — 1959

İbrahim Hüseynov 20 oktyabr 1906-cı ildə Bakıda varlı tacir Kərbəlayi Ağahüseynin ailəsində anadan olmuşdur.[1] Səhnə təxəllüsü "Şünasi" olan İbrahim Hüseynov yuxarı sinifdə oxuyanda Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinə üzv olmuş, 1929–1932-ci illərdə Bakı İşçi Teatrında, 1932–1935-ci illərdə Gəncə Dövlət Teatrında işləmişdir. 1935–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində oxumuşdur.[2]

1929–1932-ci illərdə Bakı İşçi Teatrında "Anatollu, Dayıoğlu, Bibioğlu" proqramı olub. Tamaşaçılar arasında şöhrət qazanan proqramın ifaçıları Əhməd Anatollu (Anatollu), Qəzənfər Məlikov (Bibioğlu) və İbrahim Şünasi (Dayıoğlu) idilər.[2]

Aktyorun yaradıcılığının əsas dövrü Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlıdır. O, 1938–1949 və 1956–1961-ci illərdə burada işləmiş, teatr müvəqqəti bağlananda 1949–1951-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışmışdır. 1951–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki muskomediya truppasında aktyorluq etmişdir.[2]

İbrahim Hüseynov 18 sentyabr 1961-ci ildə Bakıda vəfat etmişdir.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
Rol Tamaşa Müəllif
Həsən bəy Məşədi İbad Üzeyir Hacıbəyov
Mərcan bəy Ər və arvad Üzeyir Hacıbəyov
Vəli Arşın mal alan Üzeyir Hacıbəyov
Şulu Əlli yaşında cavan Zülfüqar Hacıbəyov
Sandro Aşıq Qərib Zülfüqar Hacıbəyov
Məşədi Səfi Evliykən subay Zülfüqar Hacıbəyov
Qoşun və Uzun Toy kimindir? Məhərrəm ƏlizadəAğası Məşədibəyov
Xacə Məsud Lənkəran xanının vəziri Mirzə Fətəli AxundovNiyazi
Etibar və Azay Qızılgül Məhərrəm Əlizadə və Soltan Hacıbəyov
Hatəmxan ağa və Şahbaz bəy Müsyö Jordan və dərviş Məstəli şah Mirzə Fətəli Axundov və Şəmsəddin Fətullayev
Kamil Məhəbbət gülü Hüseyn MuxtarovSüleyman Ələsgərov
Salyanski Gözün aydın Məhərrəm Əlizadə və Fikrət Əmirov
Dursun Duma Süleyman RüstəmSəid Rüstəmov
Möhsün Ulduz Sabit Rəhman və Süleyman Ələsgərov
Əmin Qızılaxtaranlar Həsən SeyidbəyliTofiq Quliyev
Baləmi Rəisin arvadı Məhərrəm Əlizadə və Səid Rüstəmov
Çiko Keto və Kote Vladimir Dolidze
Napoleon Bayadera İmre Kalman
Bakı İşçi Teatrında
Rol Tamaşa Müəllif
Birinci tələbə Notrdam kilsəsi Viktor Hüqo
Qonaq Çinar altında məhəbbət Yucin O'Nil
Lyutov Küləklər şəhəri Vladimir Kirşon
Cəlaləddin Hind qızı Əbdülhəq Hamid
Novruz Yollar Hacıbaba Nəzərli
Azərbaycan Dövlət Dram Teatrında
Rol Tamaşa Müəllif
Mağaza müdiri Kimdir müqəssir? Georgi Mdivani
Gəray Böyük məhəbbət Cabbar Məcnunbəyov
Dördüncü əsgər Amerikanın səsi Boris Lavrenyov
  1. Cəfərzadə, K. "Sənətdə keçən ömür: İbrahim Hüseynov". "Mədəniyyət" qəzeti. 11 yanvar 2012. səh. 15.
  2. 1 2 3 4 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 115–116. ISBN 978-9952-8021-9-1.