Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru.
Hacıbaba Nəzərli | |
---|---|
Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli | |
Doğum tarixi | 22 mart 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Vəfat səbəbi | xalq düşməni kimi güllələnmişdir. |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur.[1]
Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934)[2], 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir.
Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.[2]