İnformatika və İdarəetmə Problemləri (jurnal)


İnformatika və İdarəetmə Problemləri — elmi-praktiki jurnal. İdarəetmə Sistemləri İnstitutunun elmi jurnalı.[1]

İnformatika və İdarəetmə Problemləri
Baş redaktor Ağası Məlikov
Növ Elmi-praktiki
Format A4
Tiraj 500
Təsisçi İdarəetmə Sistemləri İnstitutu (Azərbaycan)
Təsis tarixi 1997-ci il
Ölkə Azərbaycan
Qərargah Bakı şəh., B. Vahabzadə küç., 68
Dil ingilis
icp.az

Jurnal 1997-ci ildən etibarən ildə 2 cild nəşr olunur.

Jurnalın əhatə etdiyi əsas istiqamətlər

[redaktə | mənbəni redaktə et]
  • Nəzarət nəzəriyyəsi və sistem təhlili;
  • Riyazi modelləşdirmə və identifikasiya;
  • Siqnalların və təsvirlərin təhlili və sintezi;
  • İnformasiya ölçmə sistemləri;
  • İnformasiya emalı və nəzarət sistemləri;
  • İdarəetmə sistemlərində süni intellekt;
  • Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması.

Jurnalın redaksiyası

[redaktə | mənbəni redaktə et]

Baş redaktor: Ağası Məlikov ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

Redaksiya heyəti:

  • Əli Abbasov ─ texnika elmləri doktoru, professor, akademik
  • Telman Əliyev ─ texnika elmləri doktoru, professor, akademik
  • Ramiz Alıquliyev ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
  • Ələkbər Əliyev ─ texnika elmləri doktoru, professor
  • Tahir Əlizadə ─ texnika üzrə fəlsəfə doktoru, dosent, məsul redaktor
  • Kamil Ayda-zadə ─ riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
  • Asəf Hacıyev ─ riyaziyyat elmləri doktoru, professor, akademik
  • Vaqif İbrahimov ─ riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
  • Qorxmaz İmanov ─ iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
  • Məsumə Məmmədova ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
  • Kamil Mənsimov ─ riyaziyyat elmləri doktoru, professor
  • Nailə Musayeva ─ texnika elmləri doktoru, professor
  • Əminağa Sadıqov ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

Beynəlxalq redaksiya heyəti:

  • Ağamirzə Bəşirov (Şimali Kipr) ─ riyaziyyat elmləri doktoru, professor
  • Yuri Belyaev (Isveç) ─ riyaziyyat elmləri doktoru, professor
  • Alexander Dudin (Belarus) ─ texnika elmləri doktoru, professor
  • Gennady Falin (Rusiya) ─ riyaziyyat elmləri doktoru, professor
  • Nikolay Filimonov (Rusiya) ─ texnika elmləri doktoru, professor
  • Sharif Huseynov (Latviya) ─ riyaziyyat elmləri doktoru, professor
  • Sztrik Janos (Macaristan) ─ professor
  • Che Soong Kim (Cənubi Koreya) ─ texnika elmləri doktoru, professor
  • Achyutha Krishnamoorthy (Hindistan) ─ professor
  • Əfəndi Nəsibov (Türkiyə) ─ riyaziyyat elmləri doktoru, professor
  • Nozer D. Singpurwalla (Honkonq) ─ professor
  • Alexander Sladkowski (Polşa) ─ texnika elmləri doktoru, professor
  • Jiuping Xu (Çin) ─ professor
  • Texniki redaktor: Natalya Belyayeva
  • Tərcüməçi: Esmira Serova
  • Administrator: Vüsal Məmmədov

Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar

1. Redaktorların vəzifələri

Əlyazmanın nəşri haqqında qərarların qəbulu ─ Jurnalın redaktoru jurnalın redaksiyasına daxil olan məqalələrin seçilməsi ilə bağlı məsuliyyət daşıyır. Redaktor jurnalın redaksiya heyətinin siyasətini rəhbər tuta bilər və qanuni tələblərə uyğun olaraq böhtan, müəlliflik hüququnun pozulması və plagiatlıq kimi halları aşkarlaya bilər. Redaktor bu sahədə qərar verərkən digər redaktor və ya rəyçilərlə məsləhətləşə bilər.

Ədalətlilik ─ Redaktor müəllifin irqindən, cinsindən, cinsi mənsubiyyətindən, dinindən, etnik mənsubiyyətindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq əlyazmaların intellektual məzmununu qiymətləndirir.

Konfidensiallıq ─ Redaktor və redaksiya heyətinin üzvləri qəbul olunan əlyazma haqqında məlumatı müəlliflər, rəyçilər, digər redaksiya məsləhətçiləri və nəşriyyatçıdan başqa heç kimə açıqlamamalıdır.

Maraqların toqquşması ─ Məqalələr redaktor və ya redaksiya heyətinin üzvləri tərəfindən müəllifin yazılı razılığı olmadan tədqiqat məqsədləri üçün istifadə oluna bilməz. Redaktorun hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən irəli gələn münaqişələri olduqda, həmin redaktor bu məqalələrin qiymətləndirilməsindən imtina edir və bu redaksiya heyətinin digər üzvlərinə həvalə olunur.

2. Rəyçilərin vəzifələri

Redaksiya qərarlarına dəstək ─ Rəy prosesi redaktor və redaksiya heyətinə redaksiya qərarlarının qəbul olunmasına dəstək verir, eyni zamanda müəllifə məqalənin təkmilləşdirmək üçün imkan yaradır.

Rəyçilikdən imtina ─ Seçilmiş hər hansı rəyçi özünü məqaləyə rəy vermək üçün hazır olmadığını və ya tələb olunan müddətdə rəy verməyin mümkün olmadığını hesab edərsə, bu barədə redaktoru məlumatlandırmalı və ya rəyvermə prosesindən imtina etməlidir.

Konfidensiallıq ─ Rəy üçün qəbul olunnmuş hər hansı əlyazma konfidensial sənəd kimi dəyərləndirilməlidir. Onlar redaktor tərəfindən səlahiyyətləndirilmiş şəxslərdən başqa digərləri ilə müzakirə oluna bilməz.

Obyektivlik ─ Rəy prosesi obyektiv icra edilməlidir. Müəllifin şəxsiyyətini tənqid etmək yolverilməzdir. Rəyçilər öz fikirlərini əsaslandırmalıdırlar.

İstinadlar ─ Rəyçilər müəlliflər tərəfindən başqalarına aid olan, lakin istinad edilməmiş fikirləri aşkar etməlidirlər. Əvvəlcədən digər müəlliflər tərəfindən nəşr olunmuş tədqiqat nəticələrinə istinad olunmalıdır. Rəyçi əlyazmalar arasında hər hansı oxşarlıq aşkar etdikdə, bu halı redaktorun diqqətinə çatdırılmalıdır.

Maraqların toqquşması ─ Müəllifin yazılı razılığı olmadan onun nəşr olunmamış materialı rəyçinin öz tədqiqatında istifadə oluna bilməz. Rəy prosesində əldə olunmuş məlumat və ideyaların konfidensiallığı qorunmalı və şəxsi məqsədlər üçün istifadə olunmamalıdır. Rəyçilər hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən yaranan münaqişələr mövcud olduqda müvafiq əlyazmalara rəyçilikdən imtina etməlidirlər.

3. Müəlliflərin vəzifələri

Nəticələrin hesabatı ─ Orijinal tədqiqatın müəllifləri tədqiqat işi haqqında dəqiq hesabatı, eləcə də, onun aktuallığının obyektiv müzakirəsini təqdim etməlidir. Tədqiqat işində istifadə olunmuş verilənlər dəqiq təsvir olunmalıdır. Məqalə digərlərinə ondan faydalanmaq üçün kifayət qədər detalları və istinadları əhatə etməlidir. Saxtakarlıq və qeyri-dəqiq məlumatlar yolverilməzdir. Rəy və nəşr olunacaq məqalələr dəqiq və obyektiv olmalı, redaksiya heyətinin rəyləri açıq ifadə olunmalıdr.

Əlyetərlik və saxlama ─ Redaksiya müəlliflərdən tədqiqatda istifadə olunan məlumatların təqdim edilməsini tələb edə bilər və müəyyən vaxt ərzində bu məlumatları saxlamaq üçün müraciət oluna bilər.

Orijinallıq və Plagiatlıq ─ Müəlliflər orijinal məqalələr təqdim etməli, digər müəlliflərin məqalələrinə müarciət etdikləri halda istinaddan və sitatdan istifadə etməlidirlər.

Təkrarçılıq və paralel nəşr ─ Müəllif eyni tədqiqat işini əhatə edən əlyazmanı birdən çox jurnalda nəşr edə bilməz. Eyni əlyazmanı birdən çox jurnala təqdim etmək qeyri-etik nəşriyyat fəaliyyətidir və qəbuledilməzdir. Ümumiyyətlə, müəllif əvvəllər nəşr olunmuş məqaləni digər jurnallara təqdim edə bilməz.

İstinadlar ─ Digər müəlliflərin məqalələrinə müraciət edildikdə istinad göstərilməlidir. Müəlliflər tədqiqat işininin mahiyyətini müəyyənləşdirən nəşrlərə istnad etməlidirlər. Üçüncü tərəf ilə müzakirə, əməkdaşlıq zamanı əldə edilmiş məlumat mənbənin açıq razılığı olmadan istifadə oluna bilməz. Əlyazmalara qrant müraciətləri kimi konfidensiallıq tələb edən xidmətlər göstərərkən əldə olunan məlumat müvafiq müəlliflərin yazılı razılığı olmadan istifadə oluna bilməz.

Həmmüəlliflik hüququ ─ Müəlliflik təqdim edilmiş tədqiqatın konsepsiyasına, dizaynına, yerinə yetirilməsinə və ya şərhinə əhəmiyyətli töhvələr vermiş şəxslərlə məhdudlaşdırılmalıdır. Əhəmiyyətli töhvələr vermiş bütün şəxslər həmmüəllif hesab olunmalıdır. Tədqiqatın hansısa mərhələlərində iştirak etmiş digər şəxslər öz razılıqları olmaqla həmmüəllif kimi qeyd olunmalıdır. Müəllif məqalənin son variantının bütün həmmüəlliflər tərəfindən baxılmasına, təsdiq olunmasına və nəşr üçün təqdim olunmasına birbaşa məsuliyyət daşıyır.

Maraqların toqquşması ─ Bütün müəlliflər öz əlyazmalarında maraqların toqquşmasına səbəb ola biləcək məsələləri (əlyazmanın şərhinə və ya tədqiqat nəticələrinə təsir edə biləcək maliyyə və və s.), qeyd etməlidirlər. Elmi tədqiqat layihəsinin yerinə yetirilməsinə dəstək verən bütün maliyyə mənbələri dəqiq qeyd olunmalıdır. Açıqlanması zəruri olan potensial münaqişə səbəblərinə bəzi nümunələrə iş yerinin maraqları, məsləhətçi təşkilatların maraqları, mülkiyyət məsələləri, qonorarlar, ödənilmiş ekspert şahidliyi, patent müraciətləri və qeydiyyatları, qrantlar və digər maliyyə məsələləri daxildir. Maraqların toqquşmasına səbəb ola biləcək məsələlər nəşr prosesinin ilkin mərhələlərində açıqlanmalıdır.

Nəşr olunmuş məqalələrdə başlıca səhvlər ─ Çap olunmuş məqaləsində mühüm səhv və ya qeyri-dəqiqliq aşkar etdikdə, redaktor və ya nəşriyyatçını bu barədə təcili məlumatlandırmaq və ya redaktor ilə səhvi düzəltmək ya da məqaləni geri qaytarmaq üçün əlaqə saxlamaq müəllifin vəzifəsidir. Əgər redaktor və ya nəşriyyatçı məqalədə hər hansı mühüm səhvin olduğunu üçüncü tərəfdən öyrənərsə, məqaləni geri çəkmək, düzəltmək və ya məqalənin düzgünlüyü barədə sübüt təqdim etmək müəllifin öhdəliyinə düşür.

  1. "Arxivlənmiş surət". 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]