İohann Vilhelm (aşağı alm. Jan Wellem, alm. John William; 19 aprel 1658, Düsseldorf[2] – 8 iyun 1716[1], Düsseldorf[2]) — Vittelsbax sülaləsindən Pfals kürfürstü və Noyburq hersoqu (1690–1716), Yulix və Berq hersoqu (1679-1716) və Yuxarı Pfalz hakimi və Kam qrafı (1707-1714). 1697-ci ildən İohanh Vilhelm həm də Megen qrafı idi.
İohann Vilhelm | |
---|---|
alm. Johann Wilhelm von der Pfalz | |
Pfals kürfürstü və Pfals-Noyburq hersoqu | |
2 sentyabr 1690 – 8 iyun 1716 | |
Əvvəlki | Filipp Vilhelm |
Sonrakı | III Karl Filipp |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 aprel 1658 |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 1716[1] (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi, rəsm kolleksioneri[d] |
Atası | Filipp Vilhelm |
Həyat yoldaşları |
|
Ailəsi | Vittelsbax sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
1658-ci ildə Noyburqlu Filipp Vilhelm və Hessenli Elizabet Amaliyanın ailəsində doğulmuşdu. Doqquzillik müharibə zamanı fransız qoşunları tərəfindən böyük ölçüdə məhv edilmiş Heydelberqdə deyil, yaşadığı Düsseldorfda anadan olub. O, yezuitlər tərəfindən yetişdirilmişdi. 1680-ci ildə atası onu Yulix və Berqə canişin kimi göndərmişdi. 1686-cı ildə Qızıl Yun ordeni cəngavəri olmuşdu. 1687-ci ilin oktyabrında Heydelberqə ezam olundu.
1690-cı il sentyabrın 2-də o, kürfürst kimi atasının yerinə keçdi. Müharibə səbəbindən İohann Vilhelm dağıdılmış Heydelberqdə deyil, Düsseldorf qalasında yaşayırdı. Böyük maliyyə ehtiyaclarını ödəyə bilmək üçün o, Boxberqi Vürzburq yepiskopluğuna 300.000 qulden qarşılığında girov qoymuşdu. Doqquzillik müharibəni sona çatdıran Risvik Sülhində, o, Pfalsda yenidən katolikləşmə işləri aparan Fransanın etdiklərini geri qaytarmamağa razı olaraq, fransızlar tərəfindən işğal edilmiş Pfals ərazilərinin almağa nail oldu, bu da onsuz da dərin katolik İohann üçün çətin deyildi. Möhtəşəm binaları, Düsseldorf sarayının genişləndirilməsi və dəbdəbəli saray həyatı ilə bir çox rəssam və sənətkarlar üçün pullar ayırdığı Yulix-Berq hersoqluğuna nisbətən Pfalsda və protestantlar arasında daha az populyar olmasının əsas səbəbi bu idi.
Onun dövründə Şvetzinqen qalası yay iqamətgahına çevrildi. Onun nailiyyətlərinə hər şeydən əvvəl incəsənətin və mədəniyyətin təbliği daxildir. O həmçinin əsasən Rubensin əsərlərindən ibarət Düsseldorf Şəkil Qalereyasını qurmuşdu və bu, şəhərin bir sənət metropoluna çevrilməsinin əsasını qoydu. Onun kolleksiyası, Bensberq Sarayının sənət xəzinələri ilə birlikdə (o cümlədən, Antonio Belluççi, Ciovanni Antonio Pelleqrini, Yan Veeniks və Domeniko Zanetti) bu gün Münhendəki Alte Pinakothek qalereyasının əsas fondlarından birini təşkil edir. İohann Vilhelmin saray rəssamı Yan Frans van Douven idi. 1696-cı ildə onun sayəsində barokko opera binası açılmışdı. Georq Fridrix Hendel tez-tez kürfürst sarayında qonaq kimi çıxış edirdi. 29 sentyabr 1708-ci ildə Hubertus ordenini yenilədi və onun baş komandiri oldu.
1701-ci ildə başlayan İspan Vərəsəliyi Müharibəsi zamanı İohann Vilhelm İmperatorun müttəfiqi olaraq müvəqqəti olaraq daha nüfuzlu Yuxarı Pfalsı Bavariyadan aldı. Fransızların irəliləməsi əvvəlcə Aşağı Reyn çayını da təhdid etsə də, İohann Vilhelm XIV Lüdovikə qarşı imperiya və dəniz qüvvələrinin yeni Haaqa ittifaqına qoşulan ilk knyaz idi. O, həmçinin İngiltərə ilə xüsusilə yaxın münasibət qurdu və Prussiya kralı ilə protestantların hüquqlarının ləğvi ilə bağlı Risvik müddəasını tətbiq etməmək üçün razılığa gəldi.
İmperator I İosif 1711-ci il aprelin 17-də vəfat etdikdən sonra Saksoniya kürfürstü Güclü Avqustdan başqa İohann Vilhelm də VI Karlın tacqoyma mərasimində iştirak etdi. 22 dekabr 1711-ci ildə Frankfurt-am-Maynda imperator vikarı vəzifəsini aldı. 1713-cü ildə Utrext Müqaviləsi ilə Oberqelder torpağı bölünəndə Erkelenz ərazisi Yulix hersoqluğuna keçdi. 1714-cü il Raştadt sülhündə isə imperiya və imperator üçün hərbi və siyasi xidmətlərinə və vasitəçilik işinə görə aldığı maaşdan məhrum edildiyini gördü, çünki onun üçün, Bavariyalı qohumu və rəqibi II Maksimilian Emanuel öz köhnə nüfuzunu bərpa etmişdi.
1716-cı il iyunun 8-də vəfat edən İohann Vilhelmin məzarı Düsseldorfda, indiki Müqəddəs Andreas Dominikan kilsəsi olan keçmiş saray və yezuit kilsəsinin məqbərəsindədir. Kürfürstün cəsədi onun saray memarı Qabriel Qrupello tərəfindən hazırlanmış və tökdüyü möhtəşəm sarkofaqda qoyulmuşdur. Son araşdırmalara görə, məqbərə 1716/17-ci illərdə, yəni İohann Vilhelmin ölümündən sonra Simon Sarto tərəfindən tikilib. Tikinti başa çatdıqdan sonra digər ailə üzvlərinin tabutları, məs. İohan Vilhelmin bir neçə bacısı kilsədəki məbəddən buraya köçürülüb.[3]
25 oktyabr 1678-ci ildə Viener Noyşdatda Avstriyalı Mariya Anna Yozefa ilə evləndi. O, Müqəddəs Roma İmperatoru III Ferdinandın və onun üçüncü həyat yoldaşı Mantualı Eleonoranın qızı idi. Toy mərasimini arxiyepiskop Leopold Karl fon Kollonitş həyata keçirib. Cütlük Düsseldorfda məskunlaşmışdı.[4] Evlilikləri zamanı Mariya Anna iki uşaq dünyaya gətirdi, lakin heç biri sağ qalmadı:[5][6]
Mariya Anna 1689-cu ildə vərəmdən öldü. Bir neçə il sonra, 29 aprel 1691-ci ildə İohann Vilhelm Toskana böyük hersoqu III Kozimo de Mediçinin qızı Anna Mariya Luiza de Mediçi ilə evləndi. Anna Mariya Luiza 1692-ci ildə hamilə qaldı; lakin vaxtından tez bitdi. Tarixçilər səhvən hesab edirdilər ki, onun gəlişindən qısa müddət sonra o, zinakar ərindən sifilisə yoluxmuşdur, bu da Anna Mariya Luiza və İohan Vilhelmin uşaq doğurmamasının səbəbini izah edə bilərdi.[7][8][9] 2012-ci ildə, 1966-cı ildə Arno çayının daşqınından sonra çıxan Anna Mariya Luizanın sümükləri ekshumasiya edildi. Elmi ekspertiza sifilis izi aşkar etmədi.[10]